Ekosistemdə canlılar qidalanma xüsusiyyətinə görə bu cür qruplaşırlar:
Avtotrof canlılar (trofe-yem deməkdir) sərbəst qidalanan canlılardır. Onlar günəş enerjisindən və qeyri-üzvi birləşmələrdən oksidləşmə reaksiyası nəticəsində ayrılan enerjidən istifadə edib, ətraf mühitin mineral komponentləri (karbon qazı, birləşmə halında olan azot, kükürd və s.) hesabına öz hüceyrələrinin üzvü maddələrini sintez edir, yəni biokütləsini yaradırlar. Belə canlılara ilk produsentlər deyilir, yaşıl bitkilər, fotosintezedici prokariot mikroorqanizimlər, hemosintezedici bakteriyalar buraya aiddir. Deməli ekosistemdə üzvü maddə və onunla bağlı enerji yaradan canlılar avtotrof orqanizimlərdir[1].
Heterotrof canlılar- başqa canlılnı yeyənlərdir. Bunlar fotosintez və hemosintez nəticəsində yaranan üzvü maddələri yeməklə onların parçalanması və çürüməsi nəticəsində alınan enerji hesabına yaşayırlar. Heterotrof orqanizimlər enerji baxımından şərti olsa da iki böyük qrupa ayrılırlar[2]:
Heteretrofların konsumentlərə və redusentlərə ayrılması şərtidir. Bu bölgü ekosistemdə canlıların arasındakı nisbi mənada qapalı qida zəncirini göstərmək üçündür (produsent-konsument-redusent-produsent.