Həşəratyeyənlər

Həşəratyeyənlər (lat. Eulipotyphla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.

Həşəratyeyənlər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bədəninin uzunluğu 3-40 sm olur. Başı uzunsov olub, adətən hərəkətli xortumcuq şəklindədir. Dünyada 300-ə qədər, Azərbaycanda 8 növü məlumdur. Əsasən gecə heyvanıdır. Əksəriyyəti yuvalarda, meşədə yaşayan, kiçik növlər isə xəzəllərin altında sığınacaq tapırlar. Bir qismi (köstəbək, desman) xəzlikdir. Kirpilər həşəratyeyənlərdəndir. Həşəratyeyənlər alt təbaşir dövründən məlumdur. Heyvani yemlə qidalanırlar. Desmanlar və yarıqdişlilərin sayı az olduğundan qorunurlar.[2]

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Qədim, yaxşı ayrılmış və özünəməxsus, başlıca olaraq kiçik məməlilər qrupdur. Güclü şəkildə uzanmış və xortum şəklində itiləşmiş sifəti ilə seçilir. Azərbaycan faunasındakı heyvanların bədəninin uzunluğu 3-4 sm-dən (cırtdan ağdiş) 30 sm-ə qədər (kirpilər) dəyişir. Onların torpaq altında (köstəbəklər), suda (kutor alar), torpaqda bitki xəzəli altında (yereşənlər), yaxud passiv müdafiəyə (kirpilər) uyğunlaşmış bədən formaları müxtəlifdir. Gözlərin, qulaq seyvanlarının ətrafları və quyruğun quruluşu da bu qədər rəngarəngdir. Tük örtüyü köstəbəklərin məxməri gödək xəzindən kirpilərin uzun tikanlı iynələrinə qədər dəyişir. Rəngləri bir qayda olaraq parlaqlığı və əlvanlığı ilə seçilmir. Bütün həşəratyeyənlərin tipik əlaməti sayı 44-ə qədər çatan tam diş sırasının olmasıdır. [3] Duyğu orqanlarından iybilmə və lamisə yaxşı inkişaf etmişdir ki, bu da kimya komminikasiyasinin aparıcı rolu ilə bağlıdır. Görmə zəif və ya tamamilə yoxdur. Dəridə səciyyəvi və tünd iy verən bir çox vəzi vardır. Süd vəziləri yaxşı inkişaf etmişdir. Əmziklərin sayı 3-dən 6-ı cütə qədərdir.

Bir qayda olaraq heyvani yem, xüsusən həşəratlar və onların sürfələri ilə qidalanırlar

Çoxalması ilin isti dövründə, bəzən qışda, qışın sonu və ya ilk baharda (köstəbəklər) baş verir. Məhsuldarlığı yüksək olub ildə 1-dən 3-4-ə qədər, hər dəfə 3-6 bala verir.[4]

Həşəratyeyənlərin arealı Avstraliya, Yeni Zelandiya,Cənubi Amerika və Uzaq Şimal Qərbdən başqa bütün planeti ehatə edir. Müxtəlif zonalarda səhralardan subalptikaya, dağlarda isə alp çəmənlərinə qədər hər cür biotoplarda məskunlaşırlar. Bütün il ərzində fəal olan (köstəbəklər, yereşənlər, desman) və ya qiş yuxusuna gedən (kirpilər) başlıca olaraq qaşqaralan və gecə heyvanlarıdır.

  • Kirpilər fəsiləsi (Erinaceidae)
    • Yarımfəsilə: Kirpilər (Erinaceinae)
    • Yarımfəsilə: (Hylomyinae),(moonrats and gymnures)
  • Yereşənlər fəsiləsi (Soricidae)
    • Yarımfəsilə: ağdiş yereşənlər (Crocidurinae: white-toothed shrews)
    • Yarımfəsilə: qırmızıdiş yereşənlər (Soricinae: red-toothed shrews)
    • Yarımfəsilə: Afrika ağdiş yereşənləri (Myosoricinae: African white-toothed shrews)
  1. Waddell P. J., Okada N., Hasegawa M., Waddell P. J., Okada N., Hasegawa M. Towards Resolving the Interordinal Relationships of Placental Mammals (ing.). // Systematic Biology OUP, 1999. Vol. 48, Iss. 1. P. 1. ISSN 1063-5157; 1076-836X doi:10.1093/SYSBIO/48.1.1 PMID:12078634
  2. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003
  3. Həsənov N.Ə. Abşeron-Qobustan teriofaunasının dinamikası və fon növlərinin ekoloji xüsusiyyətləri \\.: Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın Avtoreferatı, 2011, səh. 11
  4. Azərbaycan heyvanlar aləmi. Onurğalılar. III cild 2004, səh. 620 İSBN 5-8066-1688-6