Elçin Əlipənah oğlu Hüseynov (19 dekabr 1976, Hacıismayıllı, Cəlilabad rayonu) — Azərbaycanın estrada müğənnisi.[1][2][3][4]
Elçin Hüseynov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 19 dekabr 1976 (48 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1992 — h. h. |
Janrlar | estrada, muğam, xalq musiqisi, klassik, pop |
Təhsili |
Hüseynov Elçin Əlipənah oğlu[5], 1976-cı il dekabr ayının 19-da Cəlilabad rayonunun Hacıismayillı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə Haciismayilli kend orta məktəbin 1-ci sinfinə getmiş, 1992–1993-cü tədris ilində Cəlilabad rayon Hacıismayıllı kənd orta məktəbini və eyni zamanda paralel olaraq, musiqi məktəbini əla və yaxşı qiymətlərlə bitirmişdir.
1993–1996-cı illər ərzində Cəlilabad rayon mədəniyyət mərkəzində müğənni kimi fəaliyyət göstərmiş, demək olar ki, rayon üzrə keçirilən bütün dövlət tədbirlərində bir qayda olaraq yaxından iştirak etmişdir. Qabaqcıl fəaliyyətlərinə görə dəfələrlə Rayon İcra Hakimiyyəti başçısı, Rayon Təhsil və Mədəniyyət şöbələrinin fəxri fərmanları ilə təltif olunmuşdur.
1997–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturalogiya fakültəsinin mədəniyyətşünaslıq ixtisasını bitirmişdir.
Azərbaycanın əməkdar artisti Sabir Mirzəyevdən üç il muğam, Bakı Musiqi Akademiyasında isə klassik estrada müğənnisi Teymur Əmrahdan iki il vokal dərsləri almışdır.
2008-ci il may ayının 24-də ailə həyatı qurmuşdur — Raya, Röya, Pənah və Əli adlı 4 övladı var.[6]
25–26 ildir ki, fasiləsiz olaraq müğənni kimi fəaliyyət göstərən sənətçi rəhbərlik etdiyi "NİEL" orkestrın üzvləri ilə birlikdə Respublikamızda keçirilən dövlət tədbirlərində, üzvü olduğu Yeni Azərbaycan Partiyasının təşkil etdiyi konsertlərdə, rayonlarda, kəndlərdə, hərbi hissələrin əsgərləri qarşısında, qocalar evində, kimsəsiz uşaqlar evində, Bakı şəhəri və eyni zamanda Azərbaycanın sərhədlərindən uzaqlarda: Türkiyədə, Rusiyada, İran İslam Respublikasında[7], Ukraynada, Almaniyada və s. müxtəlif illərdə keçirilən konsertlərdə Azərbaycan mədəniyətini layiqincə təmsil etmiş və sənətinin yaradıcılıq gücündən peşəkarlıqla bəhrələnməyə səy göstərmişdir.[8]
1997–1998-ci illərdən etibarən efirlərdə olan sənətçi özünəməxsus ifaları ilə hər zaman Azərbaycan xalqının sevgisini və rəğbətini qazanmışdır. Azərbaycan Respublikasının Televiziya fondunda bir neçə solo konsertləri, Radio fondunda isə sənətçinin ifasında bir çox bəstəkar mahnıları, xalq mahnıları, təsnif və muğamlarından ibarət lent yazıları saxlanılır. Bu təbii ki, müğənnini bir el müğənnisi kimi çox sevindirmişdir.
Mahnı yaradıcılığı ilə daim məşğuldur, artıq 10 diskin, 20-dən cox ekran işinin müəllifi olmuşdur.