Hacıismayıllı (Cəlilabad)

HacıismayıllıAzərbaycan Respublikasının Cəlilabad rayonunun Seyidbazar kənd inzibati ərazi dairəsində kənd.[1]

Hacıismayıllı
39°10′ şm. e. 48°27′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 90 m
Saat qurşağı
Əhalisi
Əhalisi 512 (2009) nəfər
Xəritəni göstər/gizlə
Hacıismayıllı xəritədə
Hacıismayıllı
Hacıismayıllı

Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub. Müsahibimiz Cavid Babayev bildirir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlərə aid qəbiristanlığı nəzarətə götürüb.[2]

Bu və digər oxşar tədqiqatlar göstərir ki, kənd yaşayış məntəqəsi kimi qədim və zəngin tarixə malikdir.

Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şatırlı kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacıismayıllı kəndin əsasını qoymuş nəslin adıdır.[3]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 512 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub - FOTOLAR". Sia.az (az.). 2023-08-16. İstifadə tarixi: 2024-10-18.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]