Elçin Hacı

Elçin Hacı(Tam adıː Elçin Hacıbaba oğlu Hacıyev) Azərbaycan teatr və kino aktyoru, prodüser

Elçin Hacı
Elçin Hacıbaba oğlu Hacıyev
Doğum adı Elçin Hacıyev
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Hacıbaba Hacıyev
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 2008 - günümüz
Təhsili Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Elçin Hacı 19 dekabr 1987-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 1994-2005-ci illərdə Sabunçu rayonu Maştağa qəsəbəsi Əliağa Vahid adına 293 nömrəli eksperimental tam orta məktəbdə oxumuşdur. 2005-2009-cu illərdə Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasına yiyələnmişdir. 2009-cu ildə "Satira" teatr studiyasında çalışıb.2009-2010-cu illərdə hərbi xidmətdə olub.2010-2018-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aparıcı aktyor kimi fəaliyyət göstərib.Müxtəlif illərdə və hal hazırda Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edir.2020 ci ildən Radio Anten 101 fmdə "Canlı kitab" verilişinin aparıcısı və "1 SƏHNƏ" prodüser mərkəzinin direktorudur.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

2006, 2008 və 2011-ci illərdə Respublika Bədii Qiraət müsabiqələrinin laureatı olub. 2011-ci ildə Xalq Teatrları festivalında baş rolu oynadığı "Vətən daşları" (rej:Anar Babalı) tamaşası 1-ci yerə layiq görülmüşdür. [1] 2012-ci ildə "2+1" eksperimental tamaşalar festivalında əsas rolda oynadığı "Romeo və Cülyetta" (rej:Mirzə Ağa Mirzəyev) tamaşasında diploma layiq görülmüşdür. 2011-2012-ci illərdə Respublika Teatr festivallarında oynanılan tamaşalarda rol almışdır. 2011-2015-ci illərdə Azərbaycanın rayonlarına, Türkiyəyə, Gürcüstana qastrol səfərlərinə gedib. Bakı Beynəlxalq Teatr Konfranslarında, seminarlarda, ustad dərslərində iştirak edib. Akademik Milli Dram Teatrı, YUĞ Dövlət Teatrlarının teatr studiyalarında tələbə olmuşdur. Akademik Milli Dram Teatrında bir neçə tamaşalarda rol almışdır. İrəvan teatrında baş rol oynadığı "Molla Nəsrəddin evlənir?" tamaşası 2016-cı il Türkiyədə keçirilən "Nasreddin Hoca" beynəlxalq teatr festivalına, 2017-ci ildə isə Türksoyun Qazaxıstanda təşkil etdiyi "Türküstan" beynəlxalq teatr festivalına dəvət almışdır. [2] [3]


Aktyor dövlət tədbirlərində aktyor, bədii qiraətçi, aparıcı kimi çıxışlar etmişdir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sifarişi ilə Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə "Sabir 150" bədii kompozisiyasını hazırlamışdır.

Aztv-də "Bəbək" uşaq televiziya proqramında aktyor,Ans, İctimai,Lider, Xəzər telekanallarında dublyaj aktyoru olub.Hal-hazırda Bakı Film studiyasında dublyaj aktyoru, "Audiokitab" MMC-də kitab səsləndirməsilə məşğuldur.Həmçinin Radio Anten 101 fmdə "Canlı kitab" verilişinin aparıcısı və "1 SƏHNƏ" prodüser mərkəzinin direktorudur.

Teatr[redaktə | mənbəni redaktə et]

"Satira" teatr studiyası[redaktə | mənbəni redaktə et]

1. Həkim - "Vicdansız" (Rəhman Əlizadə) rejissor Rəhman Əlizadə

İrəvan Dövlət Azərbaycan Dram Teatrı[redaktə | mənbəni redaktə et]

2. Həkim - "Ağ ölüm" (Marat Haqverdiyev) rej-Vidadi Əliyev

3. Əsgər, Türk, Erməni - "Soyqırımı tarixinin dastanı" (Zihni Papaqçı) rej-Hacıbaba Məmmədov

4. Axundzadə - "Mürafiə vəkilləri" (Mirzə Fətəli Axundzadə) rej-Oruc İzzətoğlu [4]

5. Münəccim - "Qızıl ahu balası" (Yelena Şetinka) rej-Oruc İzzətoğlu [5]

6. Baş Leytenant Nəsibov - "Vətəndən ağırdır vətənin yükü", "Burdan min atlı keçdi" (Hidayət Orucov) rej- Oruc İzzətoğlu, rej-Firudin Məhərrəmov [6]

7. Nazir - "Vəzifə dəlisi" (Xeyrəddin Qoca) rej-Anar Məmmədov [7]

8. Balaqədeş - "Qaravəlli" (Anar) rej-Anar Məmmədov

9. Yüzbaşı - "Xan-bəzəmə" (Xaqani Əliyev) rej-Xaqani Əliyev

10. Rauf bəy - "Cümhuriyyətin ilk sədası" (Demet Çizmeli) rej-Nicat Qərib [8]

11. Aşot - "İrəvanda xal qalmadı" (Hidayət Orucov) rej-Nicat Qərib

12. Natiq - "Stullar" (Ejen İonesko) rej-Oruc İzzətoğlu [9] [10]

13. Molla Nəsrəddin - "Molla Nəsrəddin evlənir? "(Xaqani Əliyev) rej-Xaqani Əliyev

14. Hədim,Rəhim - "Min möhtəşəm günəş" (Xalid Hüseyni) rej-Elvin Mirzəyev

15. Leytenant - "Ömür qatarı" (Mar Baydciyev) rej-Sərvər Əliyev [11]

Akademik Milli Dram Teatrı[redaktə | mənbəni redaktə et]

16. Kəndli - "Dirilən adam" (Mir Cəlal) rej-Oruc İzzətoğlu [12]

17. Masqaraçı - "Əmir Teymur" (Hüseyn Cavid) rej-Mehriban Ələkbərzadə

18. Keşikçi - "Herostradı unudun" (Qriqori Qorin) rej-Mehriban Ələkbərzadə

19. Aşbaz, Qulluqçu- "Müfəttiş" (Nikolay Qoqol) rej- Mikayıl Mikayılov


Azərbaycan Teatr Xadimləri İttifaqı.

20. Piter - "Zoopark əhvalatı" (Edvard Olbi) - rej- İmran Ali Qurban (2019 "Baxış" festivalı)

SƏHNƏ TEATRI

21. Dərviş-"Bir dəfə Qarabağda" (M. F. AZUNDZADƏ) - rej Elvin Mirzəyev

22. Molla Nəsrəddin - "Molla Nəsrəddin 2022" (Xaqani Əliyev) - rej Oruc Qurbanov İzzətoğlu

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. "Fədakar" (bədii-sənədli film)
  2. "Cümhuriyyətin 9 şəkli" (sənədli film)
  3. "Xüsusi təyinatlı İbad" (bədii film)
  4. "Sovet ittifaqının sonuncu qəhrəmanı" (sənədli film)
  5. "Şəhid şəhər" (bədii kompozisiya)
  6. "Hörümçək toru" (teleserial)
  7. "Son hədd" (teleserial)
  8. "Həyat sən nə qəribəsən" (teleserial)
  9. "Keçmişin izində" (teleserial)
  10. "Qaynanamız" (teleserial)
  11. "İzi itmiş cinayətlər" (teleserial)
  12. "İmtahan" (teleserial)
  13. "Sevgi naminə" (teleserial)

14."Zəng" (bədii televiziya filmi) Aztv

15."Yağlı boya ilə ailə portreti" (bədii televiziya filmi) Aztv

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "VƏTƏN DAŞLARI" VƏTƏNDAŞLARIN ALQIŞINI QAZANDI[ölü keçid]
  2. "MOLLA NESREDDIN (HOCA NESREDDIN) EVLENIR..?". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  3. "Türkdilli ölkə teatrlarının iştirakı ilə "Teatr Baharı- 2017" festivalı keçiriləcək". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  4. "Mürafiə vəkilləri 2011". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  5. "Qızıl ahu balası (2011) Teatr tamasasi, 2011". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  6. ""Burdan min atlı keçdi" tamaşası nümayiş olunub". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  7. "Yeni tamaşa var". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  8. ""Cümhuriyyətin ilk sədası" Bakıda". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  9. "Stullar teatr tamasasi, 2014". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  10. Teatr yeni mövsümü rumın dramaturqunun əsəri əsasında hazırlanmış tamaşa ilə açmaq niyyətindədir[ölü keçid]
  11. "İki ömür yolu, bir dəmir yolu..." 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
  12. "Dirilən adam (2007)". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.