Elçin Quliyev (12 sentyabr 1960, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Elçin Quliyev | |
---|---|
Vəzifədədir | |
1 noyabr 2024-cü ildən | |
2015 – 2019 | |
Seçki dairəsi | 2015 — 63 saylı Sabirabad şəhər birinci seçki dairəsi |
Əvvəlki | Ceyhun Osmanlı |
Sonrakı | Kamal Cəfərov |
2022 – 2023 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sabirabad, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Sabirabad şəhərində anadan olub. 1977-ci ildə Sabirabad şəhəri, S. Vurğun adına 3 saylı şəhər orta məktəbini bitirib. 1977-1981-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti-UNEC) maliyyə-kredit ixtisası üzrə təhsil alıb.
1981-ci ildə SSRİ Dövlət Bankının Sabirabad filialında iqtisadçı kimi fəaliyyət göstərib.
1981-1983-cü illərdə Hərbi xidmətini başa vurub.
1984-1990-cı illərdə SSRİ Dövlət Bankının Sabirabad filialında mühasib, böyük iqtisadçı, 1-ci dərəcəli iqtisadçı, 1991-1998-ci illərdə Səhmdar Kommersiya Aqrar Sənaye Bankının kredit şöbəsində aparıcı iqtisadçı və baş iqtisadçı vəzifələrində çalışıb.
Ailəlidir, 2 övladı var.
1998-1999-cu illərdə İlkin qeyri-bank kredit birliyində İdarə heyətinin sədri vəzifəsində çalışıb.
1999-2000-ci illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin Sabirabad rayonu üzrə Vergi Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Sabirabad rayonu üzrə Dövlət Vergilər Şöbəsinin rəisi vəzifəsində çalışıb.
2001-2002-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb.
2002-2006--cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
2006-2007-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 7 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışıb.
2007-2010-cu illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatında şöbə rəisi vəzifəsində çalışıb.
2010-2015-ci illərdə Azərbaycan Respublikası Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində çalışıb.
2015-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə 63 saylı Sabirabad şəhər birinci seçki dairəsindən V çağırış Milli Məclisin deputatı seçilib.
2022-2023-cü illərdə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə heyətinin sədr müavini vəzifəsində çalışıb.
Dövlət qulluğunun baş müşaviridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Xalq Cümhuriyyətinin "100 illik" medalı və Azərbaycan Respublikasının Milli Məclisinin "Parlament" medalı ilə təltif olunub.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |