Elçin Salmanov

Elçin Habil oğlu Salmanov (27 sentyabr 2001, Yevlax21 sentyabr 2023, Məlikli, Ağdam rayonu) — lokal xarakterli Antiterror şəhidi.

Elçin Salmanov
Şəxsi məlumatlar
Doğum tarixi 27 sentyabr 2001(2001-09-27)
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 2023(2023-09-21) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Habil Salmanov
Anası Gülnarə Salmanova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə Komando Briqadaları
Xidmət illəri 2019–2023
Rütbəsi MAHHXHQ
Vəzifəsi Kəşfiyyat
Döyüşlər
 • Vətən müharibəsi (2020)
 • Cermux əməliyyatı (2022)
 • Antiterror əməliyyatı (2023)
Təltifləri
"Vətən müharibəsi iştirakçısı" medalı — 2021
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2023 "Vətən uğrunda" medalı — 2023 "Xocavəndin azad olunmasına görə" medalı — 2021

Elçin Habil oğlu Salmanov 27 sentyabr 2001-ci il tarixində Yevlax şəhərində kasıb bir ailədə anadan olub. Əslən Kəlbəcər rayonu, Çaykənd ərazi dairəsi, Kəndyeri kəndindən olan ailə məcburi köçkün kimi Yevlax şəhərində müvəqqəti olaraq inzibati idarə və zavod binalarında yaşayıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanına əsasən məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, 2010-cu ildə Yevlax şəhərində inşası yekunlaşmış məcburi köçkünlər üçün salınmış 615 ailəlik yeni yaşayış məntəqəsində (32-ci məhəllə) 5 nəfərdən ibarət Salmanovlar ailəsi 2 otaqlı evlə təmin olunurlar.

Elçin Salmanov ilk ibtidai təhsilini Yevlax şəhər məktəblərində alsada, sonradan təhsilini Kəlbəcər rayon 30 saylı tam orta məktəbdə davam etdirir. Təhsil aldığı dövürdə məktəblə paralel musiqiyə də həvəsi olur və qardaşı İlkinlə birlikdə Yevlax şəhərində yerləşən 11 nömrəli Ağdam musiqi məktəbinə yazılırlar. İlkin Qarmon sinfinə Elçin isə Nağara sinfinə qəbul olunur. Ailənin yaşam çətinliyini dərk edən Elçin orta təhsilini doqquzuncu sinifdə bitirməli olur və avtomobil rəngsaz sənətini öyrənmək üçün usta yanında köməkçi olaraq işə başlayır. Elçin Salmanov hər kəsin sevimlisi və eyni zamanda öz əxlaqı, mədəniyyəti ilə cəmiyyət içində böyük hörmət qazanmışdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2019-cu il oktyabr ayında hərbi xidmətə yollanan Elçin Salmanov xidmətinə AğdamXocavənd istiqamətində başlayır. 27 sentyabr 2020-ci il tarixində başlamış İkinci Qarabağ müharibəsi zamanı Elçin Salmanov da döyüşlərə qatılır və Xocavəndin azad olunmasında ştirak edir. Qüsursuz xidmətlərinə görə hərbi-hissə rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə mükafatlandırılır. Hərbi xidmətini 1 il 9 ay çəkdikdən sonra 2021-ci il iyul ayında ehtiyata buraxılır. Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı və 10 fevral 2022-ci il tarixli Sərəncama əsasən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur.

Xidmətdən sonra bir çox iş yerlərində özünü yoxlayan Elçin yenidən hərbiyə qayıtmağı planlaşdırır. Səbəb isə uşaqlıqdan heç vaxt ayrı qala bilmədiyi qardaşı Salmanov İlkinin Komando briqadalarında müddətdən artıq xidmət etməsi olur. Elçin Salmanov 2022-ci ilin mart ayında komando briqadasına qardaşı İlkin Salmanovun yanında işə qəbul olunur. İşinə Kəşfiyyatçı kimi və Kalaşnikov pulemyotu (PK) silahı təhkim olunaraq başlayır. Döyüşlərdə dəqiq nişan və səlis atışına görə yoldaşları arasında Rembo ləqəbi ilə çağrılır. 2022-ci il sentyabr ayında hər iki qardaş birlikdə "Cermux" əməliyyatında iştirak edirlər. 10 günlük əməliyyatı uğurla tamamlayırlar. Elçin Salmanov xidməti dövründə nizam-intizamı ilə seçilərək bir neçə dəfə komandirləri tərəfindən Sertifikatlarla təltif olunur. Elçin Salmanov 2023-cü il sentyabr ayının 19-da Ağdərə uğrunda başlamış Antiterror əməliyatına, qardaşı İlkin Salmanov ilə birlikdə Ağdamın Məlikli kəndi ərazisində qatılır. Döyüş meydanında hər iki qardaş fərqli istiqamətlərdə döyüşə girirlər. Döyüş başlayandan bir neçə saat sonra İlkin Salmanov düşmən tərəfindən snayperin hədəfi olur. Çiyin nahiyəsindən və ayağından ağır yaralanan İlkin Salmanov 40 dəqiqədən çox ərazidən təxliyyə oluna bilmir. Bir-birindən xəbərsiz qardaşlar döyüş meydanında düşmənə təslim olmurlar. Elçin Salmanov qardaşından xəbərsiz döyüşü davam etdirir və sentyabr ayının 20-si hər zaman arzuladığı şəhidlik zirvəsinə ucalır. 21 sentyabr 2023-cü il tarixində Yevlax Şəhidlər Xiyabanında dəfn olunur.

Ölümündən sonra Prezident İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif olunur. 19 iyun 2010-cu ildə şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovdan güc alan, Elçin Salmanov hərbi xidmətdə olarkən yazdığı kitabçada bir gün Mübariz olacağı və bu yolda addımlayacağını qeyd etmişdir. Təsadüf deyil ki, Elçin Salmanovda hərbi xidməti dövründə Mübariz İbrahimov kimi kəşfiyyatçı və pulemyotçu olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]