Elşən Əvəz oğlu Hüseynov (12 sentyabr 1973 - 26 yanvar 1994) — Qarabağ müharibəsi şəhidi.
Elşən Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Muğanlı, Xocavənd rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Nərgiztəpə, Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Ağcabədi Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan SSR Azərbaycan |
Atası | Əvəz Hüseynov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1990-1994 |
Döyüşlər | Qarabağ müharibəsi |
Elşən Hüseynov 12 sentyabr 1973-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsilini 1980-1988-ci illərdə Muğanlı kənd məktəbində almışdır.
1990-cı ildən etibarən Elşən də atası Əvəz, qardaşı Müşviq ilə birlikdə Qarabağ müharibəsində iştirak etmişdir. Yaşının az olmasına baxmayaraq, ən təhlükəli döyüşlərdə vuruşmuşdur. 18 yaşında Milli Ordu sıralarına yazılmışdır. O, "N" saylı hərbi hissədə qulluq edirdi. Elşən Hüseynov 26 yanvar 1994-cü ildə Xocavənd rayonunun Nərgiztəpə adlanan ərazisi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.