Elşən İbrahim oğlu Hüseynov (30 may 1976, Qıraqlı, Saatlı rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Elşən Hüseynov | |
---|---|
Elşən İbrahim oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 may 1976 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1995 (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | İbrahim Hüseynov Kərəm oğlu |
Anası | Hüseynova Arifə Zeyniş qızı |
Hərbi fəaliyyəti | |
Təltifləri |
30 iyun 1976-cı il Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur. 1983-cü ildə burada məktəbə getmiş, 1993-cü ildə burada məktəbi bitirmişdir. 1994-cü ildə Milli Orduya çağırılmışdır.
Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin komandanlığı ilə silahlı dəstə zərərsizləşdirildi.
13-17 mart hadisələri zamanı Elşəndə silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə öz əziz canlarından keçdilər. Bunlardan biri də Hüseynov Elşən oldu...
Atası Hüseynov İbrahim Kərəm oğlu 10 yanvar 1930-cu ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur.
Anası Hüseynova Arifə Zeyniş qızı 21 mart 1938-ci ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-cil tarixli 307 saylı fərmanı ilə Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilmişdir.
Saatlı rayon mərkəzi xəstəxanası onun adını daşıyır. 2012 -ci ildən həmin xəstəxanadan onun adı götürülüb. Onun adı heç bir yerdə əbədiləşdirilməyib.