Elşən Hüseynov (şəhid)

Elşən Əvəz oğlu Hüseynov (12 sentyabr 1973 - 26 yanvar 1994) — Qarabağ müharibəsi şəhidi.

Elşən Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Muğanlı, Xocavənd rayonu, Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Nərgiztəpə, Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Ağcabədi Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR Azərbaycan Azərbaycan
Atası Əvəz Hüseynov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1990-1994
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Elşən Hüseynov 12 sentyabr 1973-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsilini 1980-1988-ci illərdə Muğanlı kənd məktəbində almışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1990-cı ildən etibarən Elşən də atası Əvəz, qardaşı Müşviq ilə birlikdə Qarabağ müharibəsində iştirak etmişdir. Yaşının az olmasına baxmayaraq, ən təhlükəli döyüşlərdə vuruşmuşdur. 18 yaşında Milli Ordu sıralarına yazılmışdır. O, "N" saylı hərbi hissədə qulluq edirdi. Elşən Hüseynov 26 yanvar 1994-cü ildə Xocavənd rayonunun Nərgiztəpə adlanan ərazisi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. XOCAVƏND ŞƏHİDLƏRİ - XOCAVƏND RAYON İcra Hakimiyyəti