Abbasov Elbrus Xaspolad oğlu (d. 16 may 1946. Daşlı, Laçın rayonu, Azərbaycan SSR) — Şair-publisist.
Elbrus Abbasov | |
---|---|
Elbrus Xaspolad oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Daşlı, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Atası | Xaspolad Abbasov |
Fəaliyyəti | şair-publisist |
Elbrus Abbasov 16 may 1946-cı ildə Laçın rayonunun Daşlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini (I–VII sinif) Daşlı kəndində, orta təhsilini isə (VIII–XI sinif) Daşlı kəndindən 15 km aralıda olan Kürdhacı kəndində almışdır. 1963-cü ildə Azərbaycan Kənt Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakultəsinə qəbul olmuş, 1968-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. İnstitut həyatında da fəal tələbələrdən olmuş, Tələbə elmi cəmiyyətin üzvü olmuşdur.
1969-cu ildən rayonda Kürdhacı, Cağazur, Pircahan, Şəlvə baytar məntəqələrində məntəqə müdiri, 1977-ci ildən 1987-ci ilə kimi Daşlı kənd XDS icrayyə Komitəsinin sədri, 1987-ci ilədən 1999-cu ilin dekabr ayınadək Şəlvə Jdanov adına sovxozda direktor , Daşlı kənd Nəsimi adına Kolxozda sədr işləmişdir. 2000-ci ildən 2010-cu ilədək isə ümumxalq səsverməsi yolu ilə Məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Ağsu rayon Gürcüvan kənd bələdiyyəsinin sədri seçilmişdir. Ardıcıl işlədiyi 1969–2010-cu illər ərzində rəhbərlik tərəfindən müxtəlif mükafatlarla təltif edilmişdir.[1]
Ailəlidir, 5 oğlu, 1 qızı və 14 nəvəsi var.
Elbrus Abbasovun məktəbdə oxuduğu zamanlarda şer yazmaq həvəsi olsa da belə yazdığı şerləri ən yaxın yoldaşlara oxuyar, hər hansı mətbuatda nəşr olunmasına həvəs göstərməmişdir. Lakin 2006-cı ildə yazdığı şerlərdən "Xəyalım yön alıb yenə Laçına", 2016-cı ildə isə "Mənə dağ çəkən dağlar" şerlər kitabı işıq üzü görmüşdür.
Hazırda 3-cü kitab üzərində işləyir. Doğma Daşlı kəndinin yaranma tarixi, soy kökü barədə faktlara əsaslanaraq qeydiyyat aparır, respublikanın 58 bölgəsində məskunlaşmış Laçın sakinlərinin taleyini düşünərək doğma Laçına qayıdışa böyük ümid bəsləyir.