Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elbrus Təhməzov (23 avqust 1946, Laçın) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000–2005), Laçın rayonu İcra hakimiyyətinin başçısı (2005–2007).
Elbrus Təhməzov | |
---|---|
2005 – 2007 | |
Əvvəlki | Muradxan Cabbarov |
Sonrakı | Ramiz Cəbrayılov |
Şəxsi məlumatlar | |
Doğum adı | Elbrus Halay oğlu Təhməzov |
Doğum tarixi | 23 avqust 1946 (78 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elbrus Halay oğlu Təhməzov 1946-cı il avqustun 23-də Laçın şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Ehtiyatda olan zabitdir.
1970-ci ildə Laçın rayon Əhaliyə məişət xidməti kombinatında əvvəlcə istehsalat sahə rəhbəri, sonradan mühəndis vəzifəsində çalışmışdır.
1974–1994-cü illərdə Rayon İcrayyə Komitəsində Tikinti-memarlıq şöbəsinə, rayonun Təssərüfatlar arası tikinti materialları istehsalat birliyinə, Laçın şəhər İcrayyə Komitəsinə, Rayon Partiya Komitəsində müvafiq şöbəyə, Aqronəqiliyyat müəsisəsinə, Yeraltı sənaye kombinatına rəhbərlik etmişdir.
1994–2000-ci illərdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmışdır.
Elbrus Təhməzov 1994-cü ilin may ayından siyasi fəaliyyətini yüksəltməyə başlamış, qısa müddətdə rayonda Yeni Azərbaycan Partiyasının yerli təşkilatını yaradaraq həmin vaxtdan 2005-ci ilin sonunadək Rayon təşkilatına sədrlik etmiş, Partiyanın bütün qurultaylarında onun seçkili orqanlarında təmsil olunmuş, hal-hazırda da Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.
Elbrus Təhməzov 2000-ci il noyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinə deputata seçilmişdir. Milli Məclisinin Aqrar siyasət komissiyasının daimi üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə yanaşı, bu səlahiyyətlərdən istifadə edərək rayonun məcburi köçkünlərinin sosial həyat şəraitlərinin daha da yaxşılaşması, onlara hökumət tərəfindən olunan güzəştlərin daha da artırılması istiqamətində lazım gələn bütün fəaliyyəti göstərmişdir.
Elbrus Təhməzov Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan sonra Azərbaycan Respublikası Milli Məclisinə Laçından seçilən ilk deputat olmuşdur.
71 saylı Laçın-Kəlbəcər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Elbrus Halay oğlu Təhməzov Azərbaycan Respublikası Prezidentinin 15 mart 2005-ci il tarixli sərəncamı ilə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunduğundan o, deputat mandatından məhrum edilmişdir.[1]
2005-ci ilin əvvəlindən 2007-ci ilin sonunadək Laçın rayon icra hakimiyyətinin başçısı işləmişdir.
Elbrus Təhməzov 2008-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı kimi təqaüdə çıxmış və hazırda hökumətin yüksək səviyyədə təminatı ilə əhatə olunmuşdur.