Ramiz Cəbrayılov

Ramiz Cəbrayılov (tam adı: Cəbrayılov Ramiz Məhərrəm oğlu; d. 4 iyun 1961, Laçın rayonu, Ağanus) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (20074 mart 2013).[1]

Ramiz Cəbrayılov
Ramiz Məhərrəm oğlu Cəbrayılov
bayraq
Laçın rayon İcra Hakimiyyətinin Başçısı
bayraq2
2007 – 2013
ƏvvəlkiElbrus Təhməzov
SonrakıAkif Səlimov
Şəxsi məlumatlar
Doğum tarixi (63 yaş)
Doğum yeri Ağanus, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
Fəaliyyəti siyasətçi
Atası Məhərrəm Cəbrayılov

Ramiz Cəbrayılov 1961-ci ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuşdur.

1968-1978 illərdə Ağanus kənd orta məktəbində təhsil almışdır.

İlk əmək fəaliyyətinə Şuşa rayonunun Kirov adına sovxozunda təsərrüfat fəhləsi kimi başlamışdır.

1984- cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu baytarlıq, sonra isə 1989-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnsititunu politoloq ixtisası üzrə bitirmişdir.

1985- ci il yanvar-mart aylarında Laçın rayon Baytarlıq laboratoriyasında sereloq həkim, 1985-c i ilin mart ayından 1986- cı ilin noyabr ayınadək Azərbaycan LKGİ Laçın Rayon Komitəsində şöbə müdirinin müavini, 1986-cı il noyabr ayından 1987- ci ilin dekabr ayınadək həmin Komitədə ikinci katib işləmişdir.

1987-1992 ci illərdə LKGİ Laçın rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.

1992-1994 illərində Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1994- cü ildən 2003- cü ilə qədər Laçın Rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmişdir.

1995- ci ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı Laçın-Qubadlı-Zəngilan Seçki Dairəsinin, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkiləri zamanı 58 saylı Laçın Seçki Dairəsinin, 2003-2007- ci illərdə 121 saylı Laçın Seçki Dairəsinin sədri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2007-ci il tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.

4 mart 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramiz Məhərrəm oğlu Cəbrayılov Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[2].

Ailəlidir bir övladı var.

  1. "R.M.Cəbrayılovun Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli, 2760 saylı Sərəncamı" (az.). e-qanun.az. 2013. 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
  2. "R.M.Cəbrayılovun Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • [www.lachin-ih.gov.az/page20/IH-nın+Başçısı.html]