Elektron Təhlükəsizlik Xidməti (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) — kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.[2]
Elektron Təhlükəsizlik Xidməti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 26 sentyabr 2012 |
Əvvəlki qurum | Elektron Təhlükəsizlik Mərkəzi |
Tabelik | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Ünvan | Droqal döngəsi 702, Bakı |
Rəhbərlik | |
Rəis | Samir Rəsulov[1] |
Rəsmi saytı | cert.az |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb.[3] "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib.[4]