Elephas maximus borneensis

Borneo fili (lat. Elephas maximus borneensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinin adi asiya fili növünə aid heyvan yarımnövü.

Borneo fili
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Ümumi olaraq, Asiya fili Afrika filindən daha balacadır və başının ən yuxarı hissəsində ləkə var. Xortumun forması təkbarmaqvaridir. Belləri qabarıq və ya hamardır.

Malayziya yarımadasından 15, Sabahdan 6 Borneo filinin morfolojik ölçüləri götürülmüş və hər bir fil üçün 3 dəfə təkrarlanılmış və ortalaması əldə edilmişdir. Nəticələrə görə, iki fərqli ərazidə yaşayan fil populyasiyası arasında ciddi bir fərq yoxdur.

Borneo filləri həddən artıq cansıxıcı və passivdirlər. Bəzi alimlərin fikrinə görə bu xüsusiyyət onlara qədim daxili kolleksiyadan gəlir.

Yayıldığı ərazilər

[redaktə | mənbəni redaktə et]

Əsasən, Kalimantan adasının şimal və şimal-şərq hissələrində yaşayırlar. 1980-cı illərdə Malayziyanın Sabah ştatında iki fərqli populyasiya tapıldı. Kalimantan adasında əsas yaşadıqları ərazi Sembakunq çayının şərq hissəsidir.

Borneo adasının başqa yerlərində yaşayış sahələri olsa da, Kalimantan və Sabahdakı vəhşi fillərin ərazi çeşidliliyi son yüz il də çox az dəyişib. Bəzi nəzəriyyələrə görə, vəhşi fillərin adada yayılması torpağın qeyri-münbitliyi və mineral mənbələrin azlığı ilə məhdudlaşıb.

1992-ci ildə Sabah ştatındakı Tabin Vəhşi Həyat Qoruğu, Kinabatanqan rayonu və Deramakot Təbiət Qoruğunda aparılan araşdırmalar nəticəsində Borneo fil sayının 500-2000 aralığında olduğu aşkar edilmişdir.

Növün qarşılaşdığı ən böyük təhdidlər yaşayış sahəsinin azalması və məhv edilməsidir.

1986-ci ildən bəri Elephas maximus Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) tərəfindən son üç nəsildə (65-70 il) populyasiyası ən az 50% azaldığı üçün nəsli kəsilməkdə olan növlər arasında göstərilmişdir.

Taksonomiya tarixi

[redaktə | mənbəni redaktə et]

Taksonomik təsnifatı hələ də mübahisə mövzusudur. Elephas maximus borneensis alt növü olaraq təsnifatlandırılmaq üçün geniş diametrli morfometrik və genetik işlərin nəticələnməsi gözlənilir.

XVIII əsrdə Sulu sultanı filləri Kalimantana gətirərək meşəyə buraxmışdır.