Elflər (Orta Dünya)

Elflər (ing. Elves, tək h. Elf) — Con R. R. Tolkinin legendariumunda Ardanın (Yerin) uzaq keçmişində, Orta Dünya qitəsində yaşayan azad xalqlardan biri, İlúvatarın böyük uşaqlarıdır. "İlk doğulanlar" (ing. Firstborn) kimi də adlanırdılar.

İnsanlar və qnomlardan fərqli olaraq, elflər ölməzdilər. Elf personajları “Hobbit” və “Üzüklərin hökmdarında” var, lakin onların tarixi “Silmarillionda” daha tam təsvir edilir.

Müasir ingilis elf sözü köhnə ingilis ælf sözündən əmələ gəlir (analoqu bütün german dillərində mövcuddur). German mifologiyasında, elflərin müxtəlif növləri olub, erkən orta əsrlərdə eyni konsepsiya qərb alman mifologiyasında, skandinaviya miflərində və anqlosakson miflərində fərqlənməyə başladı, güman edilir ki keltlərin təsiri altında daha çox anqlosakson konsepsiyası fərqlənməyə başlamışdı.[1] Tolkin məktubların birində onun elflərinin "daha məşhur əsərlərin"[2] yəni skandinav mifologiyasının elflərindən fərqli olduğunu açıq şəkildə ifadə etmişdi.[3]

1915-ci ildə Tolkin artıq elflər haqqında ilk şeirlərini yazanda, elf, fairygnome sözləri çoxlu fərqli və ziddiyyətli assosiasiyalara malik idi. Tolkin fairy (pəri) termininin çatışmazlıqlarından da xəbərdar idi: Con Qartın izah etdiyi kimi, o zaman bu söz getdikcə cinsi azlıqlara aid edilirdi.[4] Marcori Börns yazır ki, Tolkin sonda fairy sözünün əvəzinə elf terminini seçdi, lakin hələ də bir müddət bu seçimə şübhə ilə yanaşırdı. Tolkin 1939-cu ilin "Nağıllar haqqında" (ing. On Fairy-Stories) essesində yazırdı ki:

elf kimi ingilis sözlər uzun müddət fransız dilindən təsirlənib (hansından ki fayfaërie, fairy sözləri alınmışdı), lakin sonrakı dövrlərdə, tərcümələrdə istifadə edilərəkən, fairyelf sözləri tədricən daha çox german, skandinaviya və kelt hekayələrinin abuhavasını, eləcə də huldu-fólkdaoine-sithe, и tylwyth-teg-ın bir çox xüsusiyyətlərini əldə edir.[5]

Burns, Marjorie (2005). Perilous realms: Celtic and Norse in Tolkien's Middle-earth. University of Toronto Press. p. 22–23. ISBN 0-8020-3806-9 (ing.)

Erkən əsərlər

[redaktə | mənbəni redaktə et]

Ənənəvi viktoriya dövrünün rəqs edən pəriləri və elfləri Tolkinin bir çox erkən mənzum əsərlərində yer almışdı,[6] və onun sonrakı əsərlərinə də təsir göstərmişdi, qismən də 1910-cu ildə Birminhemdə Ceyms Barri tərəfindən "Piter Penın" dərc olunması[7] və 1914-cü ildə Tolkinin katolik şairi Frensis Tompsonun yaradıcılığı ilə tanış olması buna təsir göstərmişdi.[7][6]

Füsunkar leprekonların
Buynuz səslərini eşidirəm
Və çoxsaylı qnomların yastıqlı ayağları gəlir!

Tolkin C. R. R. (2005). Qoblin yerişi

Filoloq Tolkinin dillərə olan marağı onu asudə vaxtlarında xüsusi bir neçə dil yaratmağa vadar edir. Bu dillərdə kimin danışa biləcəyini və hansı hekayələr danışa biləcəyini düşünən Tolkin yenidən elflər konsepsiyasına müraciət edir.[7]

  1. Simek, Rudolf (2007) translated by Angela Hall. Dictionary of Northern Mythology, pages 7-8 and 73—74. D.S. Brewer. ISBN 0-85991-513-1 (ing.)
  2. C. R. R. Tolkinin məktubları, məktub 25.
  3. Solopova, Elizabeth (2009), Languages, Myths and History: An Introduction to the Linguistic and Literary Background of J.R.R. Tolkien’s Fiction, New York City: North Landing Books, p. 26, ISBN 0-9816607-1-1 (ing.)
  4. Xəbərdarlığa baxmayaraq, Tolkin bu sözü işlətməyə davam edirdi: Garth, John (2003), Tolkien and the Great War, London: HarperCollins (published 2004), p. 76, ISBN 0-00-711953-4 (ing.)
  5. İsland, kelt, vall mifologiyasında elflərin və onlara bənzər varlıqların adlanması
  6. 1 2 Tolkin C. R. R. (K. Tolkinin redaktəsində). İtirilmiş hekayələr kitabı, t. I
  7. 1 2 3 Carpenter, Humphrey (1977), Tolkien: A Biography, New York: Ballantine Books, ISBN 0-04-928037-6 (ing.)