Elmira Qəmbərova

Elmira Qəmbərova (d. 14 mart 1994) — Azərbaycanlı güləşçi.

Elmira Qəmbərova
Şəxsi məlumatlar
Tam adı Elmira Qəmbərova
Vətəndaşlığı
Doğum tarixi (29 yaş)
Doğum yeri Lesosibirsk, Rusiya
İdman növü Güləş
Boyu 167 sm

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmira Qəmbərova 1994-cü il martın 14-də Rusiyanın Lesosibirsk şəhərində anadan olub. 2011-ci ildən Aslan Ağayevin rəhbərliyi ilə güləşlə məşğul olmağa başlayıb[1].

Karyerası[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatında 63 kq çəki dərəcəsində Azərbaycanı təmsil edib[2]. Polşa və Çexiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda türkiyəli rəqibinə məğlub olaraq gümüş medala layiq görülüb[3].

2017-ci il 12-22 may tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 63 kq çəki dərəcəsində Azərbaycanı təmsil edib[4]. Elmira Qəmbərova 21 may tarixində üçüncü yer uğrunda Kamerun təmsilçisi Berte Emilen Etan Nqollaya 8:0 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb[5].

2019-cu il 23-25 may tarixlərində İtaliyanın Sassari şəhərində güləşin üç növü üzrə Matteo Pelikone Memorialı keçirilib[6]. 1/4 final mərhələsində Tunis təmsilçisi Mərva Əmrini 5:3 hesabı ilə, 1/2 final mərhələsində İsveç təmsilçisi Malin Yohanna Matsonu isə 4:6 hesabı ilə məğlub edib. Final mərhələsində İsveç təmsilçisi Anna Katerina Yohanssona 4:6 hesabı ilə məğlub olaraq gümüş medala layiq görülüb[7][8].

2019-cu il 21-30 iyun tarixlərində Belarusun Minsk şəhərində keçirilən II Avropa Oyunlarında 62 kiloqram çəki dərəcəsində iştirak edib[9]. 1/8 final mərhələsində Almaniya təmsilçisi Luzi Manzkeni 4:0 hesabı ilə, 1/4 final mərhələsində Polşa təmsilçisi Katarzina Madrovskanı 9:0 hesabı ilə, 1/2 final mərhələsində Rumıniya təmsilçisi Krista İnczeni 4:1 hesabı ilə məğlub edib[10]. Final mərhələsində isə Ukrayna təmsilçisi Yuliya Tkaça 4:0 hesabı ilə məğlub olaraq gümüş medala layiq görülüb[11][12].

2019-cu ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa Çempionatında 59 kq çəki dərəcəsində çıxış edib[13]. Üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Angelina Lisakı məğlub edərək bürünc medal qazanıb[14].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. www.endorphin.az. "Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi". olympic.az (ingilis). 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  2. "Elmira Qəmbərova Avropa çempionatında gümüş medal qazandı". Trend.Az (az.). 2014-06-21. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  3. "Elmira Qəmbərova Avropa çempionatında gümüş medal qazandı". Trend.Az (az.). 2014-06-21. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  4. "Elmira Qəmbərova : "İslamiada mənim üçün çətin keçdi"". azertag.az (az.). 2017-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  5. "Güləşçimiz Elmira Qəmbərova İslamiadanı üçüncü yerdə başa çatdırıb". azertag.az (az.). 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  6. "Qadın güləşçimiz İtaliyada gümüş medal qazanıb". azertag.az (az.). İstifadə tarixi: 2023-08-03.
  7. "Sassari City Matteo Pellicone Memorial". United World Wrestling (English). 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  8. "Elmira Qəmbərovadan İtaliyada gümüş medal - Sportlife.Az". sportlife.az (ingilis). 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  9. www.endorphin.az. "Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi". olympic.az (ingilis). 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  10. "European Games". United World Wrestling (ingilis). İstifadə tarixi: 2023-08-03.
  11. "Güləşçimiz Elmira Qəmbərova II Avropa Oyunlarında gümüş qazanıb". sonxeber.net (az.). 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  12. http://www.facebook.com/sportline.az. "Elmira Qəmbərova finalda uduzdu". sportline.az (az.). 2019-06-28. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  13. "Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  14. "Wayback Machine" (PDF). web.archive.org. Archived from the original on 2021-08-02. İstifadə tarixi: 2023-08-03.