İsmayıl Muxtar oğlu Hacıyev (21 yanvar 1951, Xanəgah, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002), Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun akademiki (2012)[1].
İsmayıl Hacıyev | |
---|---|
Doğum tarixi | 21 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Elm sahəsi | tarix |
Elmi dərəcələri | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
İsmayil Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində, müəllim ailəsində anadan olmuşdur.[2][3] 1958–1966-cı illərdə Xanağa kənd səkkizillik məktəbində təhsil almışdır. 1966-cı ildə Culfa rayonunun Göydərə kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1968-ci ildə Göydərə kənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinə qəbul imtahanlarını versə də müsabiqədən keçə bilməmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "tarix" ixtisası üzrə I kursuna qəbul olmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "tarix" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş və Culfa rayonunun Xoşkeşin kənd səkkizillik məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1977-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun "Pedaqogika və Psixologiya" kafedrasına müsabiqə yolu ilə assistent seçilmişdir. 1978-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutun "Tarix-filologiya" fakültəsinə dekan müavini təyin edilmişdir. 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda dissertant təsdiq olunmuşdur. 1989-cu ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutun "Sov. İKP və siyasi iqtisad" kafedrasının baş müəllimi seçilmişdir.
1993-cü ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" adlı doktorluq dissertasiyasının mövzusu təsdiq edilmişdir. 1994-cü ildə Naxçıvan Özəl Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 1995-ci ildə "Azərbaycan tarixi" kafedrasının dosenti elmi adını almışdır. 1995-ci ildə Naxçıvan Özəl Universitetin "ictimai elmlər" kafedrasına müdir təyin edilmişdir. 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Ankara Universitetinə gedən nümayəndə heyətinə rəhbərlik etmişdir.
1999-cu ildə Naxçıvan Dövlət Universitetində birdəfəlik təşkil olunmuş Dissertasiya Şurasında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2000-ci ildə İkinci çağırış 37 saylı Culfa seçki dairəsindən Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. 2000-ci ildə Tempus proqramı[4] çərçivəsində İngiltərənin Priston Universitetində olmuşdur. 2000-ci ildə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini təyin edilmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının iştirakçısı olmuşdur. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə çıxış etmişdir.[5] 2002-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
15 yanvar 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri vəzifəsinə təyin edilmiş və AMEA Rəyasət Heyətinin üzvü səlahiyyəti verilmişdir [2]. 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həmin vəzifəyə təsdiq edilmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2004-cü ildə AMEA-nın "Xəbərlər" jurnalının (Tarix, Fəlsəfə, Hüquq seriyası) redaksiya heyətinin üzvü seçilmişdir. 2005-ci ildə YAP-ın III qurultayında iştirak etmişdir. 2005-ci ildə 6 saylı Culfa-Babək seçki dairəsindən Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 2006-cı ildə "Tarix və onun problemləri" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir[3].
2006-cı ildə AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" jurnalının baş redaktoru seçilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrinin əmri ilə üç ixtisas üzrə Dissertasiya Şurasının sədri təsdiq edilmişdir. 2006-cı ildə AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun Elmi əsərlərinin redaksiya heyətinə üzv seçilmişdir. 27 aprel 2007-ci ildə AMEA Naxçıvan Bölməsinə yenidən sədr seçilmişdir və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həmin vəzifəyə təsdiq edilmişdir. 2007-ci ildə "AMEA-nın Xəbərləri" (ictimai elmlər seriyası) jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 2007-ci ildə "AMEA-nın Məruzələri" jurnalının redaksiya heyətinə üzv seçilmişdir.[6]
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2009-cu ildə Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun mükafatını almışdır. 2009-cu ildə Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatına layiq görülmüşdür.
2010-cu ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən Qızıl medala layiq görülmüşdür. 6 noyabr 2010-cu il tarixində 6 saylı Culfa-Babək seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. 2010-cu ildə "Azərbaycan arxeologiyası" jurnalının redaksiya heyətinə üzv seçilmişdir.
24 dekabr 2010-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən 60 illiyinin keçirilməsi ilə bağlı qərar verilmişdir. 21 yanvar 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında elm və təhsilin inkişafında xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2011-ci ildə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə, elmi, elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə "Elm və həyat" jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 2012-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun akademiki seçilmişdir.
29 aprel 2013-cü ildə AMEA-nın ümumi yığıncağında AMEA Naxçıvan Bölməsinin sədri seçilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həmin vəzifəyə təsdiq edilmişdir. 10 may 2013-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qızıl medalına layiq görülmüşdür. 2013-cü ildə "AMEA-nın Məruzələri" jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 10 dekabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına üzv təsdiq edilmişdir. 14–17 iyun 2014-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin Polşanın Krakov şəhərində keçirilməsi ilə əlaqədar nümayəndə heyətinin tərkibində Krakovda olmuşdur. 19 noyabr 2014-cü ildə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına üzv seçilmişdir.
2015-ci ildə Qarabağ tədqiqatları üzrə "III Şuşa qrantı" müsabiqəsinə təqdim olunan "Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri və ermənilər tərəfindən törədilən soyqırımların pərdəarxası" layihəsi qalib gəlmişdir. 17 fevral 2016-cı ildə "Naxçıvan tarixi" çoxcildliyi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Dövlət mükafatına təqdim edilmişdir. 28 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına üzv təsdiq edilmişdir.[7]
2018-ci ilin yanvar ayında AMEA Rəyasət Heyətinin qərarı ilə İnnovasiya Fondunun Himayəçilik Şurasının üzvü təsdiq edilmişdir. 20 fevral 2018-ci ildə Azərbaycan Respublikası Baş nazirinin qərarı ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvü təyin edilmişdir. 27 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü təsdiq edilmişdir. 20 iyun 2018-ci ildə AMEA-nın ümumi yığıncağında AMEA Naxçıvan Bölməsinin sədri seçilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həmin vəzifəyə təsdiq edilmişdir. 1 noyabr 2018-ci ildə Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinə üzv seçilmişdir.
11 aprel 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Dünya dini liderlərinin II Bakı sammiti"nin keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə üzv seçilmişdir. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Elmin İnkişafı Fondunun Himayədarlıq Şurasının üzvü təyin edilmişdir. 20 noyabr 2019-cu ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının tərkibinə yenidən üzv daxil edilmişdir.
12 fevral 2020-ci ildə Azərbaycan Respublikası Baş nazirinin qərarı ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibinə daxil edilmişdir.[8] 14 fevral 2020-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə "Elm və həyat" jurnalının Redaksiya Heyətinin tərkibinə təsdiq edilmişdir. 24 fevral 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü təsdiq edilmişdir.
O, 15 monoqrafiyanın, 44 kitabın, 451 elmi, 280 elmi-kütləvi məqalənin müəllifidir. İ. Hacıyevin müəllifliyi və rəhbərliyi ilə "Naxçıvan ensiklopediyası" (2 cilddə), "Naxçıvan abidələri ensiklopediyası", "Naxçıvan tarixi atlası" , "Naxçıvan tarixi" (3 cilddə), "Naxçıvan coğrafiyası" (2 cilddə), "Naxçıvan etnoqrafiyasi"" (2 cilddə) hazırlanmışdır. Onun rəhbərliyi ilə 20 nəfər tədqiqatçı fəlsətə doktoru, 9 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
İ. Hacıyev 20-dən çox ölkədə keçirilən 50-yə yaxın beynəlxalq sammit, qurultay, konqres, konfrans və simpoziumlarda, elmi tədbirlərdə məruzələrlə çıxış etmişdir.
AMEA Naxçıvan Bölməsinin sədri akademik İ. Hacıyev ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, 2000-ci ildə Culfa səhər seçki dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilmişdir. III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, həmçinin Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü olmuşdur.