Elvin Ramiz oğlu Səfərov (10 dekabr 1989, Soru, Lerik rayonu – 31 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı miçmanı, dəniz pişiyi, İkinci Qarabağ müharibəsi şəhidi
Elvin Səfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1989 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 2020 (30 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 1 noyabr 2020 |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Dəniz Qüvvələri |
Xidmət illəri | 2008—2009 / 2013—2020 |
Rütbəsi | Miçman |
Döyüşlər | |
Təltifləri |
|
Elvin Səfərov 1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində anadan olub.[1] 1996–2007-ci llərdə T. Cəfərov adına Soru kənd tam orta məktəbində təhsil alıb.
Elvin Səfərov 2008–2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xüsusi təyinatlıların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qısa müddət ərzində Xüsusi təyinatlıların kurslarını yüksək qiymətlərlə bitirmişdir. "Aprel" döyüşlərinin iştirakçısı olmuşdur. Türkiyədə, Belarusda, Qazaxıstanda, Yunanıstanda və s. ölkələrdə kurslar keçmiş, hərbi təlim və yarışlarda "SNAYPER" üzrə ölkəmizi təmsil etmiş, dəfələrlə yüksək nəticələr qazanmışdır.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücum" (SAH) xüsusi təyinatlı qüvvələrinin miçmanı olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı ilk olaraq Tərtərin Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərə qatılmış, çox aktiv iştirak edərək düşmənin canlı və cansız hədəflərinin məhv edilməsində qəhrəmanlıq göstərmişdir. Verilən tapşırıq əsasında miçman Elvin Səfərov Talış kəndin, Hadrutun, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşmışdır. Elvin Səfərov oktyabrın 31-də Xocavəndin Qızılqaya yüksəkliyi uğrunda gedən qeyri - bərabər döyüşdə şəhidlik zirvəsinə ucalmışdır. 1 noyabr 2020-ci ildə Lerik rayonundun Soru kəndində dəfn edilmişdir. Elvin Səfərov 34 günlük qəhrəmanlıq salnaməsində düşmənin 300-ə yaxın canlı qüvvəsini məhv etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[7]