Elviyə-yi Səlasə

Elviyə-yi SəlasəOsmanlı dövründə Batum, QarsƏrdahan livalarının ortaq adı. "Üç liva" deməkdir.[1]

Bu ifadə xüsusilə 1878-ci ildən sonra istifadə olunmağa başlanmışdır. Bu üç vilayət 1877–1878-ci il Rusiya–Osmanlı müharibəsindən sonra bağlanmış müqavilə ilə Rusiya imperiyasına verilmişdi. 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə yenidən Osmanlı nəzarətinə keçmişdir, lakin 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsinə uyğun olaraq Osmanlı ordusu bu regionu tərk etmək məcburiyyətində qalmışdır.[1]

Bir müddət Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin nəzarətində qalan Batum, Qars və Ərdəhan daha sonra GürcüstanErmənistanın nəzarətinə keçmişdir. 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin müddəalarına uyğun olaraq Batumi Gürcüstana, Qars və Ərdahan Türkiyəyə verilmişdir.[1]

  1. 1 2 3 "ELVİYE-i SELÂSE" (türk). 23 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2022.