Elxan Nəcəfov

Elxan Tarqulu oğlu Nəcəfov (1982, Nehrəm, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən (2023–2024), Naxçıvan Muxtar Respublikasının təhsil naziri (2024).

Elxan Nəcəfov
Vəzifədədir
31 may 2024-cü ildən
ƏvvəlkiRəhman Məmmədov
bayraq
Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini
bayraq2
16 oktyabr 2023 – 31 may 2024
Şəxsi məlumatlar
Doğum tarixi 1982
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Uşağı 2

Elxan Nəcəfov 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Nəcəfov magistr dərəcəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsinə qəbul olub.

Ailəlidir, 2 övladı var.

Elxan Nəcəfov pedaqoji fəaliyyətinə ümumtəhsil məktəblərində müəllim kimi başlayıb, bir müddət "Hədəf" Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb. O, bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim olub, Dövlət Gömrük Komitəsinin AkademiyasındaBakı Biznes Universitetində isə "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan dilində işgüzar və akademik komminukasiya" fənlərini tədris edib.[1]

Nəcəfov 2016–2020-ci illərdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. O, 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə, 2022-ci ilin aprel ayında isə Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub.[2]

2023-cü il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib və bu sərəncama əsasən Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edib.[3] 2024-cü il mayın 31-də Anar İbrahimovun imzaladığı qərar ilə isə o, Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təsdiq edilib.[4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elxan Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib. Onun məqalələri xaricdə və yerli nüfuzlu elmi jurnallarda nəşr edilib. O həmçinin, təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı müəllimlərin inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icraçısı olub.[5]

Nəcəfov həm də Azərbaycanda bəzi dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir. O, ümumtəhsil müəssisələrində hazırda tədrisdə istifadə edilən Azərbaycan dili dərsliklərinin redaktorudur. Nəcəfov həmçinin 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində Azərbaycan dili dərsliklərinin qiymətləndirilməsi və ekspertizasında ekspert və rəyçi kimi fəaliyyət göstərib, 2015–2016-cı illərdə isə Milli qiymətləndirmə çərçivəsində 6–8-ci siniflər üzrə Azərbaycan dili fənninə dair monitorinqdə qiymətləndirmə vasitələrinin hazırlanmasında işçi qrupunun üzvü olub. O, Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak edib.

Nəcəfov ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsini icra etdiyi müddətdə məhsuldar iş fəaliyyəti nümayiş etdirib. O, qısa müddət ərzində Azərbaycanın Respublikasının bütün rayonlarında Təhsil şöbələrinin əməkdaşları və metodistləri ilə yerində görüşlər keçirib, əldə olunan məlumat və təhlillər əsasında Metodik kabinet əməkdaşlarının elektron bazasını formalaşdırıb. O, ARTİ-də fəaliyyət göstərdiyi müddətdə həm də metodiki xidmətlə bağlı bir çox məqalələrin və metodik vəsaitlərin müəllifi olub.

Elxan Nəcəfov metodistlərin və müəllimlərin peşəkar bacarıqlarını artırmaq, həmçinin gənc müəllimlərdə metodiki bacarıqları inkişaf etdirmək məqsədilə proqramların və elektron resursların hazırlanmasında, müxtəlif təlimlərin təşkilində bilavasitə iştirak edib. O, TKTA tərəfindən inspeksiya olunmuş məktəblərdə metodik xidmətin təşkili və Məktəbin İnkişaf Planının (MİP) hazırlanmasının əsas icraçısı olub.

Elxan Nəcəfov Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa Birliyi, UNİSEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib.

  1. "Nazir təyin olunan Elxan Nəcəfov kimdir?". Axar.Az (az.). 2024-05-31. 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.
  2. "Elxan Nəcəfov vəzifəsindən azad edildi". Pravda.az. 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.
  3. "Naxçıvanın təhsil nazirinə yeni müavin təyin olunub, nazir vəzifəsini icra edəcək". Report İnformasiya Agentliyi (az.). 2023-10-16. 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.
  4. ""Elxan Nəcəfov Naxçıvanın təhsil naziri təyin olunub"". Azərbaycan müəllimi (az.). 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.
  5. "Nazir təyin olunan Elxan Nəcəfov kimdir? - DOSYE". musavat.com (az.). 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.