Emanuel Filibert (Savoyya hersoqu)

Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555-1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi. 1559-cu ildə tərəflər arasında bağlanan sülhlə bütün mülklərini geri aldı. Sülhün şərtlərinə əsasən, Fransa kralı II Henrinin bacısı Marqaritayla evləndirildi.

Emanuel Filibert
it. Emanuele Filiberto I di Savoia
ƏvvəlkiIII Çarlz
SonrakıI Çarlz Emanuel
ƏvvəlkiAvstriyalı Mariya
SonrakıParmalı Marqarita
Şəxsi məlumatlar
Doğum tarixi 8 iyul 1528
Doğum yeri
Vəfat tarixi 30 avqust 1580 (52 yaşında)
Vəfat yeri
Atası III Çarlz
Anası Portuqaliyalı Beatris
Həyat yoldaşı Valualı Marqarita
Uşağı I Çarlz Emanuel
Ailəsi Savoyya sülaləsi
Hərbi xidmət
Rütbəsi general
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1], Hökumət[1], memarlıq[1]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dayısı olan I Henrinin vəfatının ardından Portuqaliya taxtı uğrunda taxt iddiasını irəli sürsə də, müttəfiqi II Filippin Portuqaliya ilə İspaniyanı birləşdirməsiylə bu iddiasından əl çəkdi. Hersoqluğun paytaxtını 1562-ci ildə Şamberidən Turinə köçürdü.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Leathes, Stanley; Prothero, G. W.; Ward, Sir Adolphus William, eds. (1964). Cambridge Modern History. Vol. 1. Cambridge University Press.
  • Vester, Matthew, ed. (2013). Sabaudian Studies: Political Culture, Dynasty, & Territory, 1400-1700. Truman State University Press.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Emanuel Filibert // Czech National Authority Database.