Emiliya Yaqubova (27 may 1986, Bakı) — Pop ifaçısı, Səs Azərbaycan 2015/2016 sezonun qalibi,[1][2][3] "Alex Fokin’s DJazz Radioband"ində solist (2017–2019), Azərbaycan Dövlət Televiziyası və Radiosunun solisti (2016-cı ildən).
Emiliya Yaqubova | |
---|---|
Ümumi məlumatlar | |
Digər adı | Emy Lia |
Doğum tarixi | 27 may 1986 (38 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, artist, fortepiano müəllimi |
Fəaliyyət illəri | 2008-ci ildən |
Janr | pop-musiqi |
Musiqi aləti | fortepiano |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Emiliya Yaqubova 1986-i il mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsini bitirmişdir.
Daha sonra 2011-ci ildə Avroviziya Milli Seçim turlarında iştirak etmiş və həmin ildə "Rast" qrupunun rəhbəri xalq artisti Rəşad Həşimovun qrupuna dəvət olunmuşdur. Dörd il "Rast" qrupu nəznində "Həzz Band" qrupunun solisti kimi fəaliyyət göstərmişdir.[4] 2016-cı ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV) tərəfindən təşkil edilən və Azərbaycanda ilk dəfə keçirilən Səs Azərbaycan ("The Voice") müsabiqəsinin qalibi olmuşdur. 2016-cı ildən Azərbaycan Dövlət Televiziyası və Radiosunun solisti vəzifəsində çalışmışdır.[5]
2014-cü ildə İsveçrədə baş tutan məşhur "Montreux Jazz Festival"ında, "Rast" qrupunun solisti kimi çıxış etmişdir. Solo karyerasına başladıqdan sonra, 2017-ci ildə Böyük Britaniyanın paytaxtı, London şəhərində keçirilən "The Central Asian Spring Festival" Azərbaycanı təmsil etmişdir.
2017–2019-cu illər ərzində Ukraynanın tanınmış "Alex Fokin’s DJazz Radioband"ində solist qismində çıxış etmişdir. Eyni zamanda 2017–2019-cu illərdə 4 nömrəli uşaq musiqi məktəbində fortepiano müəlliməsi vəzifəsində çalışmışdır.
2016-cı ildə Emiliyanın ifasında iki "single" işıq üzü görmüşdür. Bunlar "Niyə" və Zülfiyyə Xanbabayevanın "Son Görüş" (Sənsiz) adlı mahnısına "cover" olaraq ifa edilmişdir.
2017-ci ildə ifaçı "JARA" festivalında çıxış etmişdir, Alla Puqaçovanın "Старинные Часы" mahnısını ifa etmişdir.[6]
2018-ci ildə isə Gürcüstanın Batumi şəhərində 14 ölkə arasında keçirilən "Discover Silk Road Star" festivalında Azərbaycanı təmsil edərək, qeyd olunan müsabiqənin qalibi olmuşdur.[2][7]
Həmin ildə Heydər Əliyev Sarayında səhnələşdirilmiş Azərbaycanın ilk uşaq müzikli olan "Ələddinin sehrli çırağı" müziklində baş rollarda iştirak edərək, "Jasmin" rolunu ifa etmişdir.[8][9]
Həmçinin 2018-ci ildə prodüserlər Emin Əfəndi və Nigar Hacızadə ilə birgə "Yersiz İstehsal" adlı layihəni hayata keçirmişlər. Layihə çərçivəsində dünyaca məşhur musiqi parçaları Azərbaycan milli musiqi alətləri ilə sintez edilərək, milli koloritlə ifa olunmuşdur.[10] Dünyaca məşhur "Black or White" (Maykl Cekson),[10] "Zombie" (The Cranberries) və "Smells like teen spirit" (Nirvana) sinqlları bu layihədə yer almışdır.
2019-cu ildən etibarən ailə qurduqdan sonra Böyük Britaniyanın London şəhərində yaşamaqdadır.[4]