Bu məqalə Endryu Yanq haqqındadır. Endrü Yan üçün Endrü Yan səhifəsinə baxın. |
Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932[1][2], Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979).
Endryu Yanq | |
---|---|
ing. Andrew Young | |
| |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 1973 – 29 yanvar 1977 | |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 1973 – 3 yanvar 1975 | |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 1975 – 3 yanvar 1977 | |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 1977 – 29 yanvar 1977 | |
2000 – 2001 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Andrew Jackson Young |
Doğum tarixi | 12 mart 1932[1][2] (92 yaş) |
Doğum yeri | |
Partiya | ABŞ Demokrat Partiyası |
Təhsili | |
Fəaliyyəti | film prodüseri, siyasətçi, diplomat, yazıçı, sülh aktivisti, insan hüquqları fəalı, film ssenaristi[d], televiziya aktyoru, kino aktyoru |
Uşağı | 4[4] |
Elmi fəaliyyəti | |
İş yeri | BMT |
Vikianbarda əlaqəli mediafayllar |
Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı.
1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı.[5] Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi.
1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.
1981-ci ildə Atlanta meri seçildi, 1985-ci ildə yenidən bu vəzifəyə seçildi. 1990-cı ildə Corciya qubernatoru vəzifəsinə namizəd olmuş, lakin Demokrat Partiyasındakı ilkin seçkilərdə məğlub oldu.[6] 1996-cı ildə Atlantada keçrilən Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin üzvü idi.