Hell Energy

Hell Enerji (ing. Hell Energy) — ilk növbədə AvropaAsiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu.[1] Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, KiprAzərbaycanda[2] bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir.[3] Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır.

Hell Enerji İçkisi
Növü Enerji içkisi
İstehsalçı Hell Energy Magyarország Kft.
Mənşəsi
Yaradıldığı il 2006
hellenergy.com

Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir.[4] Bu bir fincan qəhvə ilə eynidir.

Həmçinin, Hell Enerji MMC şirkəti "Avalon Park"-ın qurucusu və sahibi, bununla yanaşı Miskolçtapolçada spa və maraqlı tədbirlərin mərkəzi olan kurortun sahibidir. Avalon, "Dünya Lüks Otel Mükafatları" tədbirində qızıl medallar da daxil olmaqla bir çox mükafata layiq görülmüşdür.[5]

Hal-hazırda şirkətin market üzü Brüs Uillisdir.[6]

Hell Enerji Zavodu — 2011-ci ildə Macarıstanda Szikszoda inşa edilmişdir. Gündə 2 milyon qutu tutumlu iki qablaşdırma doldurma qabiliyyətinə malik qurğuları vardır. İçkilərin parametrlərinin davamlı monitorinqi üçün laboratoriyaları mövcuddur. Zavodda Avropada ən yüksək ərzaq təhlükəsizliyi sertifikatı — FSSC22000 sertfikatına sahibdir. 2012-ci ildə zavod Almaniyanın Düsseldorf şəhərində keçirilən "Strateji İstehsalat Mükafatı" tədbirində "Qlobal və Dünya klassları İstehsalı" kateqoriyasında Avropanın üç ən yaxşı fabriki kimi rəsmən seçilib. Elektrik stansiyası 6000 kvadratmetr olan tam avtomatlaşdırılmış logistika mərkəzi ilə birlikdədir. Hell Enerji dolum zavodu 250, 330, 475 və 500 ml tutumunda şüşələr istehsal edə bilər. 2011-ci ildən bu yana Hell Enerji şirkəti Szikszo'nun şüşə istehsalını qarşılayır. Qutu doldurma qabiliyyəti illik 600 milyon qutuya malik olan avadanlıqlara malikdir.[7]

Aşağıda bəziləri var.

  • HELL Classic
  • HELL Strong Apple
  • HELL Strong Red Grape
  • HELL Strong Cola
  • HELL Multivitamin
  • HELL Zero
  • HELL Summer Cool
  • HELL Ice Cool
  • HELL Magnum
  • HELL Strong Focus
  • HELL Active
  1. "The HELL won the MagyarBrands award this year again". Arxivləşdirilib 2016-10-05 at the Wayback Machine Trade Magazin. 17 Noyabr 2015. 30 Mart 2019 tarixində istifadə edildi.
  2. "Energy for the energy drink". Arxivləşdirilib 2018-12-08 at the Wayback Machine ABB. 5 Noyabr 2015 tarixində yükləndi. 30 Mart 2019 tarixində istifadə edildi.
  3. "Hell Energy drink company to invest HUF 25–30 bln in Hungary". Arxivləşdirilib 2017-11-14 at the Wayback Machine Budapest Biznes Dərgisi. 12 Fevral 2016. 30 Mart 2019 tarixində istifadə edildi.
  4. Hell Energy European Site — About our energy drink Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine — 30 May 2019 tarixində istifadə edildi.
  5. Avalon Park mükafatlandırılması — Hell Enerji Dəstəyi Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine — 30 May 2019 tarixində istifadə edildi.
  6. "Bruce Willis is the new face of Hungarian Hell Energy". Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine Media Marketing. 30 Mart 2019 tarixində istifadə edildi.
  7. Hell Energy Drink — Products - Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine 30 Mart 2019 tarixində istifadə edildi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]