Ephedra distachya subvar. linnaei

İkisünbülcüklü acılıqotu (lat. Ephedra distachya) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.

İkisünbülcüklü acılıqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Aralıq dənizinin şimal ölkələrində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Qərbi Sibirdə geniş yayılmışdır. Hündürlüyü 20-50 sm-ə qədər olan, alçaqboylu kol bitkisidir. Gövdəsi sürünən, kökümsovu tünd-boz qabıqlı, budaqları sarımtıl–yaşıl rəngdədir. Yarpaqları pulcuqvarıdır, uzunluğu 1,5-3 mm-ə çatır. Tozcuqlu sünbülcükləri tək-tək və ya dəstə şəklindədir, 4-8 cüt çiçəkdən ibarətdir, qısa ayaqcıqlar üzərindədir, çiçəkaltlıqlarının sayı 3-4 ədəddir. Aprel ayında çiçək açır. Meyvəsi kürəşəkilli, qırmızı rəngli, 6-7 mm uzunluqda giləmeyvədir, iyun ayında yetişir. Meyvəverən hər sünbülcükdə 2 toxum olur. Toxumları yumurtavarı-uzunsovdur, tünd-qonur rəngdədir, parlaqdır, 4-5 mm uzunluqdadır. Xəzərin sahilboyu düzənliklərində, Abşeronda , Qobustanda, Kür-Araz ovalığında, Lənkəran və Naxçıvan düzənliyində qumlu, gilli və daşlı-çınqıllı quru yamaclarda təbii halda bitir. Quraqlığadavamlı, torpağa az tələbkardaır. Bitkinin tərkibində 1,7 %-ədək efedrin olur. Bir neçə forması məlumdur.

Meyvələrindən revmatizm (yel) xəstəliyinin, yaşıl şaxələrindən çəkilən cövhərdən isə mədə xəstəlikləri müalicəsi zamanı istifadə edilir. Meyvələrindən likör, spirtli içkilər istehsal edilir. İkisünbülcüklü acılığın oduncağı açıq-sarı və ya ağımtıl olub, illik halqaları aydın nəzərə çarpır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Chaetocladus distachys (L.) J.Nelson
  • Ephedra distachya subvar. linnaei Stapf
  • Ephedra equisetiformis subsp. distachya (L.) Bonnier & Layens

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1040.