Karlis Ulmanis

Karlis Ulmanis (latış. Kārlis Augusts Vilhelms Ulmanis‎; 4 sentyabr 1877[1][2][…]20 sentyabr 1942[2][3][…], Krasnovodsk[4]) — Latviyalı Siyasətçi və Dövlət Xadimi; Latviya Respublikasının 4-cü Prezidenti (11 aprel 1936 – 21 iyul 1940) olub.

Karlis Ulmanis
latış. Kārlis Augusts Vilhelms Ulmanis
11 aprel 1936 – 21 iyul 1940
ƏvvəlkiAlbert Kviesis
SonrakıAnatoli Qorbunov (s.i.)
Şəxsi məlumatlar
Doğum adı Kārlis Augusts Vilhelms Ulmanis
Doğum tarixi 4 sentyabr 1877(1877-09-04)[1][2][…]
Vəfat tarixi 20 sentyabr 1942(1942-09-20)[2][3][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi dizenteriya
Dəfn yeri
Partiya
  • Latviya Kəndçi İttifaqı[d]
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karlis Ulmanis 4 sentyabr 1877-ci ildə Latviya Respublikasının Berze kəndində kəndli ailəsində anadan olmuşdur. Ailədə üçüncü oğlan uşağı idi.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin noyabrında Latviya istiqlaliyyətini elan edəndən sonra Karlis Ulmanis ölkənin ilk Baş naziri olur.

1886–1889-cu illərdə qəza məktəbində təhsil almışdır.

1940-cı ildə Sovet ordusu bu ölkəni tutarkən Ulmanis ölkənin 4-cü prezidenti idi. 20–22 il əvvəl həm Bolşevik ordusuna, həm Alman ordusuna, həm də ağqrvardiyaçılara qarşı əlində silah istiqlaliyyət uğrunda vuruşmuş, yaralanmış Ulmanis indi müqavimətin mənasız olduğunu görüb, müqavimətdən imtina edib, istefa verməyə razı olur.

Həyatının son illəri və vəfatı

[redaktə | mənbəni redaktə et]

Latviyanı SSRİ işğal etdikdən sonra, Karlis Ulmanis Stalin hökuməti tərəfindən Rusiyaya sürgün olunur. Bir müddət Bakıda Bayıl türməsində yatır, buradan Türkmənistana etap olunmuş və 20 sentyabr 1942-ci ildə həbsxanada vəfat etmişdir.

Onun məzarının dəqiq yeri bilinmir; ancaq Türkmənbaşı məzarlığında Ulmanisin xatirəsinə kiçik bir abidə inşa edilmişdir[5].

Ulmanis Latviya millətçisi idi. O, "Latviya latviyalılar üçün" şüarını müdafiə edirdi. Hansı ki, ona görə Latviya çoxmillətli dövlət yox, təkmillətli dövlət olmalı idi.

Latviya poçt markası, 2001-ci il

2001-ci ildə Latviya poçtu tərəfindən Karlis Ulmanisin xatirəsinə həsr olunmuş poçt markası buraxılmışdır[6].

  1. 1 2 Karlis Ulmanis // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Kārlis Ulmanis // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Kārlis Ulmanis // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  4. 1 2 Deutsche Nationalbibliothek Record #119079968 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "President visits Turkembashi's Christian Cemetery". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-03.
  6. 2001 President Karlis Ulmanis Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. stampworld.com

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]