Eqriçka təbiət parkı (serb. Парк природе Јегричка) — Serbiyada yeləşən təbiət parkı. İnzibati baxımından Voyevodinanın Başka-Planka, Temerin, Brbas və Jalab icmalarının ərazisində yerləşir. Park 11.144 ha və 81 ar[1] ərazizini əhatə edir. III kateqoriyalı təbiət abidəsi kimi dövlət tərəfindən qorunur[2]. Bununla belə Beynəlxalq Təbiəti Qoruma birliyi tərəfindən V kateqoriya olaraq qeyd edilir[3]. Park Eqriçka çayının orta axarında yerləşir.
Eqriçka təbiət parkı | |
---|---|
serb. Парк природе Јегричка | |
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya) | |
Sahəsi | 11144,81 hektar |
Yaradılma tarixi | 2003 |
Yerləşməsi | |
45°14′ şm. e. 20°04′ ş. u.HGYO | |
Ölkə | Serbiya |
Rayon | Voyevodina |
|
Təbiət parkı bərk tullantılar, qrunt suları, qamışların yandırılması, ətraf tarlaların pestisidlərlə zəhərləndirilməsi və Brakonyerlikdən əziyyət çəkir[4].
Park Baçka regionunda yerləşir və çay, bataqlıq və nohur biotoplarına sahibdir. Ərazini qamışlıqlar örtmüşdür. Parkın ərazisi 70 metr hündürlükdə yerləşir. İqlimi mülayim-kontinentaldır. Yayı uzun və istidir, qışı isə adətən sərt keçir. Eqriçka çayı özünəməxsus özəllikləri səbəbindən unikaldır.
Parkda 80 növ su və bataqlıq bitkisi vardır. Onların böyük əksəriyyəti qorunma altındadır — Ağ suzanbağı (Nymphea alba), Bataqlıq telipterisi (Thelypteris palustris), üzən suqozu (Trapa natans), Utricularia vulgaris və b.[5]
Parkda 150 növ heyvan qeydə alınmışdır ki, bunun da böyük qismi nadir heyvanlardır — Böyük danquşu (Botaurus stellaris), Qaraboyun maygülü (Podiceps nigricollis), Ağgöz qaraördək (Aythya nyroca), Enlidimdik cürə (Spatula clypeata), Boz qaz (Anser anser), Bataqlıq belibağlısı (Circus aeroginosus), Kiçik təqibçi (Porzana parva), Seyrəbülbül (Luscinia svecica), Bığlı susüpürən və Qara susüpürən (Chlidonias hybridus, Ch. niger)[6]. Susamuru isə bölgənin su-bataqalıq zonasına əsl yaraşıqdır. Park ərazisində 80 növ balıq yaşayır[7].
Park ərazisində bərk tullantıların atılmasına, qrunt sularının çirklənməsinə, qamışların yandırılmasına, brakonyerliyə qarşı tədbirlər görülür[8].