Prjevalski atı (lat. Equus ferus przewalskii) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Mərkəzi Asiyada ilk dəfə N. M. Prjevalski (1879) təsvir etmişdir. Kəkilsiz, yalının dik və qısa, quyruğunun və həmçinin başının böyük olması ilə ev atlarından fərqlənir. Erkəklərinin bədəninin uzunluğu 2,3 m-dək, süysününün hündürlüyü 1,3 m-dək olur; dişiləri bir qədər kiçikdir. Cunqariya səhralarında yaşayırdı. Avropanın, Amerikanın bir sıra zooparklarında olan atlar əsl atların yeganə vəhşi növüdür. 5—20 fərddən ibarət sürülərlə yaşayırdı. Ev atları ilə cütləşdirildikdə məhsuldar nəsil verir.
Prjevalski atı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Prjevalski atı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|