Kirenalı Eratosfen (e.ə. 276[1][2][…], Kirena, Ellin Misiri[d][2] – e.ə. 194[2][3][…], İsgəndəriyyə, Ellin Misiri[d][4]) — Qədim yunan riyaziyyatçısı, filosofu, astronomu, coğrafiyaşünası[5].
Eratosfen | |
---|---|
q.yun. Ἐρατοσθένης ὁ Κυρηναῖος | |
Doğum adı | Ἐρατοσθένης |
Doğum tarixi | e.ə. 276[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 194[2][3][…] |
Vəfat yeri |
|
Elm sahələri | həndəsə, ədədlər nəzəriyyəsi, coğrafiya |
İş yeri | |
Tanınmış yetirməsi | IV Ptolemey |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya elminin yaradılmasında və inkişafında misilsiz xidmətləri olan dahi mütəfəkkirdir. O, ilk dəfə olaraq elmə coğrafiya anlayışını gətirmiş, ilk coğrafiya kitabını ("Geoqrafiya") yazmışdır. Sonralar coğrafiya elmi "Yeri təsvir edirəm" mənasını verən bu kitabın adı ilə tanınmışdır. Eratosfen həmçinin ilk dünya xəritəsinin müəllifidir. Onun tərtib etdiyi xəritədə Avropa, Ön Asiya və Şimali Afrika quru parçaları, Aralıq dənizi, Atlantik okeanı, Qırmızı dəniz, Şərq və Şimal okeanları, o vaxt insanlara məlum olan adalar və s. təsvir olunmuşdur. Eratosfen Yerin ölçülərini də hesablamışdır. Onun aldığı nəticələr müasir ölçülərə çox yaxındır. Riyaziyyatda sadə ədədlərin tapılması üsulunu vermişdir. Bu üsul "Eratosfen Şəbəkəsi" və ya "Eratosfen qəfəsi" adı ilə tanınır. Kubun ikiqat böyüdülməsi məsələsinin həlli üçün cihaz yaratmışdır. Riyaziyyatçı olmasına baxmayaraq, onun fəlsəfəyə və musiqiyə dair də əsərləri var. Eratosfen şəbəkəsi aşağıdakı kimi yaradılır:
Məktəblinin coğrafiya lüğəti. Bakı.2006. Səh.95
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |