Eravan şəlaləsi

Eravan (tay. น้ำตกเอราวัณ, oxu. "namtok eravan") — Tailandda şəlalə. Ölkənin Kançanaburi bölgəsində, Eravan Milli Parkı (tay. อุทยานแห่งชาติเอราวัณ) ərazisində yerləşir. Kaskad tipli şəlalə 7 piildən ibarətdir. Kaskadların ümumi hündürlüyü 831 metrdir. Şəlalə Monqlay və Omtala çayları hövzəsində yerləşir.

Eravan
tay น้ำตกเอราวัณ
Eravan şəlaləsinin üçüncü kaskadı
Eravan şəlaləsinin üçüncü kaskadı
Ümumi məlumatlar
Çay Monqlay
Yerləşməsi
14°21′33″ şm. e. 99°08′30″ ş. u.HGYO
Ölkə  Tailand
Region
  • Kançanaburi
Eravan xəritədə
Eravan
Eravan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Dördüncü kaskad

Eravan şəlaləsi Kançanaburi şəhərinin (tay. กาญจนบุรี), 65 km-də yerləşir. Şəlalə Eravan Milli Parkının görməli yerlərindən biri hesab olunur. Uzunluğu 1700 m, hündürlüyü 831 olan kaskadlar sisteminin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 996 metr, ən alçaq nöütəsi isə 165 metrdə yerləşir. Şəlalə öz adını 7-ci kaskadın mifik üç başlı ağ filəEravana (tay. เอราวัณ) və ya Ayravata[1] (sanskrit.(ऐरावत). bənzədiyindən almış.

Monqlay və Omtala çayları dağlıq silsilə boyu axaraq əhəngdaşlıdolomit süxurlarından keçir. Suyun rəngi bu bölgədə zümrüdüfiruzəyi rəngə çalır. Suyun tərkibində olan karbotan kalsi çökərək suya xüsusi rəng verir. Bu tip proseslər bölgədə olan digər məşhur şəlalədə — Kuang Sidə (Laos) baş verir.

Şəlalənin yerləşdiyi ərazi sıx bitki örtüyü ilə örtülmüş. Əsasən qarışıq meşələr üstünlük təşkil edir. Bəzi yerlərdə dipterokarpov və bambuk meşələri yayılıb. Bölgədə məməlilər, sürünənlər, şırın su balıqlarıquşlar yetərincə çoxdur. Böyük hevanlardan Makak və Makak-Rezusu misal göstərmək olar.

Üçüncü kaskadın su hövzəsi və balıqlar

Şəlaləni müşahidə etmək üçün ərazidə xüsusi cığır salınmış. Yolun su ilə kəsişdiyi yerlərdə isə körpülər inşa edilmiş. İlk üç yarusa qədər yol beton örtüklü, sonra isə torpaqdır. Yaruslar aşağıdan yuxarıya doğru sayılır. İlk iki yarus (ing. Lu Kun LungWung Macha) yerli əhalinin sevimli istirahət məkanıdır. İkinci yarusdan (ing. Wung Macha) yuxarıya qida və içki gətirmək (adam başına bir içməli su istisna olunmaqla) park rəhbərliyi tərəfindən qadağan edilmiş. Növbət kaskad (ing. Pha Num Tok) böyük su hovuzuna malikdir. 4–6-cı kaskadlar (ing. Oke Nang Phe Seah, Bua Mae Long, Dong Prouck Sa) daha sıx meşəliklə əhatələnib. Sonuncu kaskada (ing. Phu Pha Erawan) ancaq bambuk pilləkənlər vasitəsilə qalxmaq mümkündür. Burada böyük müşahidə meydançası mövcudur.

Milli parka giriş pulludur. Xarici turistlər üçün biletin qiyməti 200 batdır.[2] Saat 16:00-dan sonra 2-ci yarusdan yuxarıya qalxmağa icazə verilmir.

Kançanaburi avtovağzalından (ing. Kanchanaburi Bus Terminal) hər gün saat 8:00-dan 17:20 qədər 8170 №-li avtobus fəaliyyət göstərir.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Department of National Parks, Wildlife and Plant Conservation" (ingilis). dnp.go.th. 2012-04-15 tarixində orijinalından arxivləşdirilib.
  • "Thai Forest Booking" (ingilis). thaiforestbooking.com. 2012-04-15 tarixində orijinalından arxivləşdirilib.
  • "Водопад Эраван (полная версия данной статьи)" (rus). tertiumdatur.blogspot.com. 2012-04-15 tarixində orijinalından arxivləşdirilib.
  • "Thailand's World" (ingilis). thailandsworld.com. 2012-04-15 tarixində orijinalından arxivləşdirilib.
  • "A Guide to Kanchanaburi Province" (ingilis). sawadee.com. 2012-04-15 tarixində orijinalından arxivləşdirilib.
  • "Национальный парк Эраван" (rus). althaiman.ru. 2012-04-15 tarixində orijinalından arxivləşdirilib.
  • "Western Forest Complex" (ingilis). westernforest.org. 2012-04-15 tarixində arxivləşdirilib.
  1. В индуизме — белый слон Индры. Охранял восток и является прародителем слонов, поддерживающих вселенную.
  2. Таиланд является одной из немногих стран, где стоимость входных билетов для иностранцев гораздо выше, чем для местных жителей.
  3. По данным "Sawadee (Kanchanaburi Bus Service)" (ingilis). 2012-04-15 tarixində orijinalından arxivləşdirilib.