Erdenet

Erdenet (ing. Erdenet, monq. Эрдэнэт) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər SelengaOrxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir.

Şəhər
Ernedet
monq. Эрдэнэт
Gerb
Gerb
49°01′40″ şm. e. 104°02′40″ ş. u.HGYO
Ölkə  Monqolustan
Region Orxon
Tarixi və coğrafiyası
Əsası qoyulub 1974
Sahəsi 208,0 km²
Mərkəzin hündürlüyü 1 280 m
Saat qurşağı UTC+8 , yayda UTC+9
Əhalisi
Əhalisi 83 379 nəfər (2010)
Sıxlığı 400 nəf./km²
Rəsmi dili monqol dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +976 7035 (7039)
Poçt indeksi 61020
Nəqliyyat kodu OP
Digər
erdenet.mn
Xəritəni göstər/gizlə
Ernedet xəritədə
Ernedet
Ernedet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşdu[1]. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı oldu[2]. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur[1].

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

Şəhərdə müxtəlif xidmətlər təklif edən mağazalar, mağazalara nisbətən böyük xəstəxanalar, stadionlar, bir neçə mehmanxana və restoran fəaliyyət göstərir. Şəhərdən ölkənin paytaxtı Ulan-Batora avtomobil yolu ilə bir günə çatmaq olar. Həmçinin DarxanBulgan aymaklarına da yaxındır. Ən yaxın hava limanı şəhərdən 370 km məsafə uzaqlıqda yerləşir və avtomobillə bu yolu 8 saata qət etmək olur.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • Şəhər mərkəzindən 6 km şərqdə yerləşən turist gəzintilərinə icazə verilən şaxta.
  • 1983-сü ildə yaradılan Aymak muzeyi
  • Şəhərin mərkəzi meydanında yerləşən Mədəniyyət Sarayında Mis muzeyi[3]
  • 1984-cü ildə Erdenetin şimal-şərqində yerləşən yüksəklikdəki Qardaşlıq Abidəsi

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Michael Kohn: Mongolia, p. 142, London 2008
  2. Werner Elstner: Mongolei, p. 146, Berlin 1993
  3. Michael Kohn: Mongolia, p. 144, London 2008
  4. Bozsoki, Agnes. (Macarca). City of Székesfehérvár. İstifadə tarixi:2015-11-5