Orxon Vadisi — (Monqolca: Орхоны хөндийн соёлын дурсгал) mərkəzi Monqolustandakı Orxon çayının sahilində, paytaxt Ulan-Batordan təxminən 320 km qərbdə yerləşir. Orxon vadisi 2004-cü ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Orxon vadisinin tarix baxımından böyük əhəmiyyəti vardır. Uyğur xaqanlığı və bir zamanlar dünyanın ən böyük imperiyası olan Monqol İmperiyasının paytaxtları Orxon vadisində yerləşir. Bu səbəbdən, Orxon vadisi Hun İmperiyası, Göytürk xaqanlığı, Uyğur xaqanlığı və Monqol İmperiyasına aid arxeoloji qalıqlar, qədim şəhər və yaşayış mərkəzlərin dağıntıları, yazılı və dik daşlar, qəbirlər, və Buddist məbədlərinin yerləşdiyi, çoxsaylı tarixi məlumat ehtiva edən mədəni bir irs kimi qəbul edilir. Bu qədər zəngin mədəni məzmunlu region hələ də köçərilərin yaşadığı, heyvanlarını otardığı, və bu mədəni irslərə dəyər verərək, qoruyaraq yaşadığı bir yerdir. Köçkünlər üçün yüz illər əvvəlki bir neçə dəyişiklik kimi həyat da davam edir.[1]
Orxon vadisi mədəni bölgəsi | |
---|---|
Культурный ландшафт долины реки Орхон | |
47°33′24″ şm. e. 102°49′53″ ş. u. | |
Ölkə | Monqolustan |
Sahəsi |
|
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Təyin edilib | 2004 |
İstinad nöm. | [1] |
Asiya və Sakit okean | |
Vikianbarda əlaqəli mediafayllar |
Orxon vadisi Monqolustanın mərkəzində, dəniz səviyyəsindən təxminən 1500 m yüksəklikdə yerləşir. Qobi səhrası və Sibir meşələri kimi tamamilə 2 fərqli region arasında və Asiya su sərhədi üzərində yerləşən Çöl ərazisidir. Bu səbəbdən bölgənin coğrafi və təbii gözəllikləri heyrət vericidir. Yalnız 100 km məsafədə çöl, meşə və səhra kimi tamamilə fərqli bitki örtüyü olan əraziləri görmək mümkündür.[2]
Bölgənin iqlimi isə dünya iqlim zonalarından "Kontinental Soyuq İqlimi" xüsusiyyətinə malikdir. Yağıntının miqdarının çox az olduğu bu bölgədə hava istiliyinin dəyişməsi son dərəcə yüksəkdir. Hava istiliyi qışda -35 dərəcəyə, yayda isə +35 dərəcəyə çata bilər. Gün ərzində gecə və gündüz hava temperaturu dəyişimi də çoxdur. Bölgədə illik yağıntının miqdarı 200–250 mm-dir və yağıntının 75% -i yalnız iyul və avqust aylarında olur. Lakin sərt iqlimə malik Monqolustanda bu bölgə Huvsgöl (ölkənin şimalı) qədər soyuq və ya Qobi səhra (ölkənin cənubu) qədər isti olduğundan turizm üçün ən əlverişli iqlimə malik regiondur. Bundan başqa, havadakı rütubət nisbəti da ölkə içərisindəki ən münasib yerlərdən biridir.[3]
Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk,Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir. Bilgə Xaqan abidəsində Azərbaycancaya tərcümə etdikdə, belə deyilir:
1220 km² ərazini əhatə edən Orhun Vadisi 2004-cü ildə YUNESKO tərəfindən Dünya İrsi siyahısına daxil edildi və bütün dünya üçün əhəmiyyətli bir dəyəri olduğu üçün bölgədəki təbii və mədəni sərvətlər qorunur.
Orxon çayı boyunca tarixi yerlər;
ikinci türk xaqanlığının banisi İhəris xaqanın kiçik oğlu, məşhur türk sərkərdəsi, yenilməz bahadır Kül tiginin (685-ci ildə anadan olmuş, 27 fevral 731-ci ildə vəfat etmiş, 1 noyabr 731-ci ildə dəfn edilmişdir) şərəfinə qoyulmuşdur. Abidənin mətni yazılmış daş 1 avqust 732-ci ildə qoyulmuş, 733-cü ilin sonunda hazır olmuşdur. Kültigin abidəsi 1889-cu ildə rus alimi N.M .Yadrintsev tərəfindən Monqolustanda Kokşin-Orxon rayonunda, Orxon çayı hövzəsində - onun qolları Tola və Höla çaylan arasında Saydam gölü yaxınlığında Erdeni Tzsu budda monastrından 60 km şimalda, Ulan-Batordan 400 km qərbdə, Uqurnor gölündən 25 km cənubda, Karabalqasun şəhərinin xarabalıqlarından 40 km qərbdə tapılmışdır. Abidənin üst hissəsi kəsik piramida şəklindədir. Boz mərmərdən olan piramidanın iki üzü enli, iki üzü dardır. Enli üzlərdən biri Çin heroqlifləri ilə Çin dilində, qalan üç üzü göytrük əlifbası ilə türk dilində Kül tiginin böyük qardaşı ulu türk hökmdarı Bilgə xaqanın dilindən yazılmışdır. Türk mətninin müəllifı "Kül tiginin kiçik qohumu", Bilgə xaqandan sonra türk taxtında oturmuş Yolluqtigindir. Abidənin nəşri ilk dəfə 1894-cü ildə V.V.Radlov tərəfindən (alman dilində) həyata keçirilmişdir. Kültigin abidəsinin indiyədək ən yaxşı tarixi-filoloji tədqiqi P.M.Melioranski tərəfindən onun magistrlik dissertasiyasında həyata keçirilmişdir; bu dissertasiya 1899-cu ildə "Kül tigin şərəfinə abidə" adı ilə nəşr edilmişdir. Bu abidənin rusca yeni nəşri 1951-ci ildə S.Y.Malov tərəfindən edilmişdir. Kül tigin abidəsi 1936-cı ildə ilk dəfə H.N.Orkun tərəfindən türk dilində nəşr edilmişdir. Sonralar Mühərrəm Ergin də onu türk dilində dəfələrlə nəşr etdirmişdir. Daha sonra Tələt Təkin Kül tigin abidəsini ingilis dilində nəşr edir. Kültigin abidəsi Azərbaycan dilində göytürk əlifbası ilə mətn, transkripsiya və tərcümədə ilk dəfə Ə.C. Şükürov və A.M. Məhərrəmov tərəfindən 1976-cı ildə həyata keçirilmişdir. Bu abidə 1993-cü ildə göytürk əlifbası ilə mətn, giriş, transkripsiya, tərcümə, izahlar və lüğət şəklində nəşr etdirilmişdir.[mənbə göstərin]
Bilgə xaqan abidəsi, İkinci Türk xaqanlığının banisi İltəris xaqanın böyük oğlu, məşhur sərkərdə Kül tiginin böyük qardaşı, 716-734-cü illərdə ulu xaqan olmuş Bilgə xaqanın (683-cü ildə anadan olmuş, 24 noyabr 734-cü ildə, yəni it ili doqquzuncu ayının 26-da vəfat etmiş, 22 iyun 735-ci ildə dəfn edilmişdir) şərəfinə qoyulmuşdur. abidəsi Kültigin abidəsinin yaxınlığında, ondan bir qədər cənub-şərqdədir. Abidə Kül tigin abidəsi ilə eyni vaxtda - 1889-cu ildə N.M. Yadrintsev tərəfindən kəşf edilmişdir. Bilgə xaqan abidəsi Kültigin abidəsi ilə birlikdə Koşo-Saydam abidələri adlanır. Bu abidə ilk dəfə V.V. Radlov və P.M. Melioranski tərəfindən 1897-ci ildə "Orxon ekspediyası əsərlərinin toplusu - IV" adı altında nəşr edilmişdir. Topluda hər iki Koşo-Saydam abidəsinin V.V. Radlov tərəfindən təsviri verilir, P.M. Melioranski isə mətnin rüs dilinə tərcüməsinin, habelə abidələrin göytürk əlifbası ilə yeddi cədvəlinin müəllifıdir. Bilgə xaqan abidəsinin rus dilidə nəşri - mətn, transkripsiya və rus dilinə tərcümə şəklində S.Y.Malov tərəfindən 1959-cu ildə nəşr edilmişdir. H.N. Orkun 1936-cı ildə Bilgə xaqan abidəsini mətn, transkripsiya və türk dilinə tərcümə şəklində nəşr etmişdir. Abidəni ingilis dilində transkripsiya və tərcümə şəklində 1968-ci ildə Tələt Təkin nəşr etmişdir. Abidənin mətn, transkripsiya və türk dilinə tərcümə şəklində nəşri dəfələrlə Mühərrəm Ergin tərəfindən həyata keçirilmişdir. Abidəni Azərbaycan dilində ilk dəfə göytürk əlifbası ilə mətn, transkripsiya və Azərbaycan dilinə tərcümə, habelə giriş və qeydlər şəklində 1993-cü ildə Ə.Ə. Rəcəbov etmişdir. Bundan başqa onun Bilgə xaqan abidəsi haqqında və Bilgə xaqanın şəxsiyyəti haqqında məqalələri də çap edilmişdir. Mütəxəssislərin fikrincə, Ongin, Kül tigin və Bilgə xaqan abidələri aşina qəbiləsinə məxsusdur. Qeyd etmək lazımdır ki, bu üç abidənin paleoqrafiyası və dili bir-birinə çox yaxındır.[mənbə göstərin]
Türk xaqanları İltəris, Kapağan və Bilgə xaqan aşina qəbiləsinə mənsub olmuşlar. Tonyukuk isə aşidə qəbiləsinə mənsubdur. O, yuxarıda adı çəkilən üç xaqanın ayğuçusu, yəni baş məsləhətçisi, ərəblərin dili ilə desək, baş vəziri olmuşdur. O, türk xaqanlığının ən bacarıqlı dövlət xadimlərindən və qoşun sərkərdələrindən biri olmuşdur. Abidənin özündə də göstərildiyi kimi, gəncliyində Çin sarayında təlim-tərbiyə almış, deməli, dövrünün savadlı adamlarından biri olmuş, sonralar düşmənlərə qarşı uğurlu döyüşlərdə və bütövlükdə xaqanlığın xarici siyasətində əvəzsiz xidmətlər göstərmişdir. Tonyukuk abidəsinin qoyulma tarixi mübahisəlidir. Tədqiqatçıların böyük əksəriyyəti bu fıkirdədir ki, abidə təxminən 716-cı ildə qoyulmuşdur. V.Tomsen abidənin 725-ci ildə, A.N. Kononov isə 712-716-cı illər arasında qoyulduğunu söyləyir. A.N. Kononovun göstərdiyi tarixi heç cür qəbul etmək olmaz. Tonyukuk abidəsi 716-cı ilə qədər, yəni Tonyukuk Kül tigin tərəfindən hakimiyyətdən uzaqlaşdırılana qədər heç cür qoyula bilməzdi, çünki bu dövr onun şöhrət və qüdrətinin zenit vaxtıdır və şikayətlənməyə heç bir ehtiyac yoxdur. Tonyukuk abidəsi isə, bir növ, "şikayətnamədir". İkincisi, 716-cı ildə Kapağan xaqan hələ sağ idi, hətta Çin mənbələrinin yazdığına görə, qocalıqda bir qədər çılğınlaşmış, qəddarlaşmışdı. İnanmaq olmur ki, Kapağan xaqanın hakimiyyətinin məhz bu dövründə Tonyukuk ona müraciət edərək belə sözlərı yaza idi; "...İltəris xaqan qazanmasaydı, o olmasaydı, mən özüm müdrik Tonyukuk qazanmasa idim, mən olmasaydım, Kapağan xaqanın türk sir xalqı yerində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyukuk qazandığı üçün Kapağan xaqan, türk sir xalqı yaşamaqdadır" (T 59-61). Tonyukuk abidəsi məşhur səyyah Dmitri Aleksandroviç Klementsin (I848-1914) arvadı Yelizaveta Nikolayevna Klements (1853/54-1914) tərəfindən 1897-ci ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərindən 66 km cənub-şərqdə Nalayxa adlanan yaşayış məntəqəsi ilə Tola çayının (Orxon çaynının qoludur) sağ sahili arasında, Bayın-Tsokto adlanan yerdə tapılmışdır. Abidə məqbərə kompleksinə daxil olan iki daşdan ibarətdir. Daşlar məbədin şərq divarına paralel şəkildə bir-birindən bir neçə metr aralı yerə basdırılmışdır. Cənubdakı daşın hündürlüyü 1 m 70 sm-dir, üzərində 35 sətirlik yazı vardır, ikinci daşın hündürlüyü 1 m 60 sm-dir, üzərində 27 sətirlik (36-62-ci sətirlər) yazı vardır. V.V. Radlov 17-ci sətirlə 18-ci sətir arasında daha bir sətrin işləndiyini söyləyir və onu nöqtələrlə işarə edir. Lakin digər tədqiqatçılar bu sətri göstərmirlər. H.N. Orkun yazır ki, Tonyukuk abidəsinin 18-ci sətrinə qədər İltəris xaqandan, oradan 48-ci sətrinə qədər Kapağan xaqandan, sonrakı mətn Tonyukukun özündən bəhs edir. 1898-ci ıldə Tonyukuk abidəsinin estampajı və fotosurəti çıxarılmışdır. Bunların əsasında 1899-cu ildə V.V. Radlov onu alman dilinə tərcümədə (mətn, transkripsiya, qeydlər və lüğətlə birlikdə) nəşr etmişdir (Die Alttürkischen İnschriften der Monqolei Zweite Folqe). Sonra bu abidə Kül tigin, Bilgə xaqan və digər abidələrlə birlikdə V.Tomsen tərəfindən nəşr edilmişdir. Bunların əsasında 1899-cu ildə V.V. Radlov onu alman dilinə tərcümədə (mətn, transkripsiya, qeydlər və lüğətlə birlikdə) nəşr etmişdir (Die Alttürkischen İnschriften der Monqolei Zweite Folqe). Sonra bu abidə Kül tigin, Bilgə xaqan və digər abidələrlə birlikdə V.Tomsen tərəfindən nəşr edilmişdir. Sonralar Q.Ramstedt (1909), B.Y. Vladimirtsev (1925), P.Aalto (1957), Y.İ. Ubryatova və V.M. Nadelyayev Tonyukuk abidəsi üzərində tədqiqat işi aparmışlar. 1951-ci ildə S.Y. Malov Tonyukuk abidəsini təkmilləşdirilmiş şəkildə nəşr etmişdir. Tonyukuk abidəsini türk dilində ilk dəfə mətn, transkripsiya və türk dilinə tərcümə şəklində Türkiyədə bu abidələrin məşhur tədqiqatçısı H.N. Orkun nəşr etmişdir. Digər türk tədqiqatçısı Mühərrəm Ergin də Tonyukuk abidəsini bir neçə dəfə nəşr etmişdir. Azərbaycanda Tonyukuk abidəsinin ilk nəşri 1976-cı ildə A.M. Məhərrəmov və Ə.C.Şükürov tərəfindən həyata keçirilmişdir. Tonyukuk abidəsi bir sıra səbəblərdən həm dilçi, həm də tarixçi üçün maraqlıdır. Abidə tarixçi üçün ona görə maraqlıdır ki, abidənin mətnini Tonyukuk özü yazmışdır (yaxud onun dilindən yazılmışdır), öz gözləri ilə gördüyü, özünün şahidi və iştirakçısı olduğu hadisələri təsvir etmişdir. Memuar ədəbiyyatında təsvirdə məlum subyektivizmi çıxsaq, Tonyukuk abidəsi tarixçi üçün əvəzsiz ilkin mənbədir. Dilçi üçün isə bu abidənin qiyməti o qədər böyükdür ki, onu qiymətləndirmək mümkün deyildir. Əvvələn, Ongin, Kül tigin və Bilgə xaqan abidələri aşina qəbiləsinə, Tonyukuk abidəsi isə aşidə qəbiləsinə mənsub olduğu üçün həmin abidələrlə bu abidənin dili arasındakı fərqi (fərqləri) araşdırmaq üçün dilçinin əlinə nadir imkan düşür. İkincisi, Tonyukuk dövrünün ən savadlı türklərindən biri, bəlkə də birincisi olmuşdur. Onun özünün yazdığına görə, o, Çin elində təhsil və təlim-tərbiyə almışdır (T 1). Tonyukuk Çin salnamələrində Yuançjən (hər iki söz, tədqiqatçıların fıkrincə, inci deməkdir) adı ilə məşhurdur. Buradan da abidənin dilinin ikinci məziyyəti meydana çıxır: abidəni Tonyukukun özünün yazmasından, yaxud onun diktəsi ilə abidə mətninin başqası tərəfındən yazılmasından asılı olmayaraq, Tonyukuk abidəsi həmin dövr türk ziyalısının, daha doğrusu, aşidə qəbiləsindən çıxmış türk ziyalısının şifahi nitqinin nadir nümunəsidir. Deməli, Ongin, Kül tigin və Bilgə xaqan abidələrinin dili aşina qəbiləsinin dialekti, Tonyukuk abidəsinin dili isə aşidə qəbiləsinin dialekti kimi dilçinin diqqətini cəlb edə bilər. Üçüncüsü, Kül tigin və Bilgə xaqan abidələrinin müəllifı Yohğ tigindir. Abidələrin mətninin dil və üslubundan məlum olur ki, Yohğ tigin də dövrünün mükəmməl təhsil almış ziyahlarından biri olmuşdur. Yohğ tiginin dili o dövr türk ədəbi dilinin ən mükəmməl üslubunu - türk yazılı ədəbi dili üslubunu əks etdirir. Tonyukuk abidəsinin dili isə türk şifahi dilinin (üslubunun) nümunəsidir. Bu baxımdan da Tonyukuk abidəsi dilçi-tədqiqatçıda maraq doğurmalıdır. Burada bir məsələni də qeyd etmək lazımdır. Göytürk Orxon-Yenisey yazılı abidələri dilinin tədqiqatçılarının böyük əksəriyyəti bu fıkirdədir ki, abidələrin mətnlərində tez-tez işlənən və Tonyukukun da öz adı üçün təyin, yaxud epitet kimi işlətdiyi "bilgə" sözü "idarə edən, hökmdar" (rus dilində iki söz işlədilir: «правитель» və «npaBsıu;HH») mənasını ifadə edir. Rus türkoloqlarından A.N. Kononov bu fikri ən qızğın müdafiə edənlərdən biridir. Bəzi tədqiqatçılar göytürk dilindəki sözün "idarə edən, hökmdar" kimi tərcümə edilməsi ilə razılaşmırlar. Bu sözün kökü "bilmək" felidir, -gə morfemi müasir Azərbaycan dilindəki -ici sözdüzəldici şəkilçisinə uyğun gəlir. Göytürk dilinin bilgə sözü Azərbaycan dilinin bilici və ya ərəb dilindən alınmış müdrik sözünə uyğun gəlir; birinci sözə həm məna, həm də şəkilcə, ikinci sözə mənaca uyğundur. Bilgə sözü göytürk yazılı abidələrinin mətnlərində tez-tez kağcın "xaqan" sözündən əvvəl işlənir. A.N. Kononov bu sözbirləşməsini «npaBjnnHH Karaa», yəni "idarə edən xaqan" kimi tərcümə etməyi təklif edir.[mənbə göstərin]
Bu abidəni 1912-ci ildə polyak tədqiqatçısı V.L.Kotviç (1872-1944) Ulan-Batordan cənub-qərbdə İhe-Huşotu vadisində tapmışdır. Ona görə də bəzi tədqiqatçılar onu tapıldığı yerin adı ilə İhe-Huşotu abidəsi də adlandırırlar, Abidəni ilk dəfə rus alimi A.N.Samoyloviç oxuyub fransız dilinə tərcümə etmişdir. 1936-cı ildə H.N.Orkun bu abidəni türk dilində, 1959-cu ildə S.Y.Malov rus dilində, 1971-ci ildə C.Klauson və E.Triyarski ingilis dilində, 1968-ci ildə T.Təkin ingilis dilində nəşr etmişlər. Küli çor abidəsini Azərbaycan dilində ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəcəbov nəşr etmişdir («Orxon-Yenisey abidələri», Bakı, 1993). V.L.Kotviç məqaləsində Küli çor abidəsinin tarixi əhəm iyyəti haqqmda m əlum at verir. Küli çor abidəsi sadə üslubda yazılmışdır, lüğət tərkibi o qədər də zəngin deyildir. Təəssüf ki, göytürk əhfbası ilə dörd üzü də yazılmış daşm (hündürlüyü 190 sm, eni 61 sm, qahnhğı 16 sm-dir) bütün üzləri aşmmış, tərəflərdən birindəki yazı tamamilə pozulmuş, qalan üç tərəfdəki yazj isə çox zərər çəkmişdir. Abidənin müəllifı və kimin şərəfinə qoyulması haqqm da heç yerdə məlumat verilmir, ancaq mətnin bir ncçə yerində Küli çorun adı çəkilir. M əsələn; 11-ci sətirdə «Beş balıkda tört süQüş süQüşdükdə Küli çor oplayu təgip bulğayu - Beş bahkda dörd döyüş keçirdikdə Küli çor hücum edib pərənpərən edərək» və 14-cü sətirdə «Bilgə Küli çor tarduş bodumğ iti, ayu olurtı - müdrik Küli çor tarduş xalqini təşkil edərək oturdu». Bilgə xaqan abidəsində də (cənub üzü, 13-cü sətir) K üli çorun adı çəkilir; «Kisrə tarduş bəglər, Kül çor başlayu - Sonra tarduş bəyləri, Kül çor başda olmaqla». Ancaq burada K üli sözü kül şəklində yazıhr, Kül çor tarduş bəylərinin rəhbəri kim i təqdim edilir. Hoyto-Təmir abidələrində də Başbahk şəh ərin ə hərbi yürüşlə əlaqədar Kuli çorun admı oxuyuruq. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, abidə İkinci Türk xaqanlığmm ən görkəmli əyanlarmdan biri, İltəris xaqan, Kapağan xaqan, Bilgə xaqan və onlarm vəziri Tonyukukun (onlarm hamısmm adı abidədə çəkilir, K üi tigin və Bilgə xaqan abidələrindən bizə məlum olan tabğaçlar, doqquz oğuzlar, kitaylar, tatabılar, karluklar və başqaları ilə döyüş səhnələri burada da qısa şəkildə təkrar ediHr) irəii çəkdikləri tarduş rəhbəri Küli çorun şərəfinə qoyulmuşdur. Küli çorun səksən il yaşadığmı (3-cü sətir «uluğ Küli çor səkiz on yasap - uiu Küli çor səksən il yaşayıb...») nəzərə alsaq, bu mülahizə ilə razılaşmaq mümkündür. Lakin həmin m əsəiə ilə əlaqədar məni aşağıdakı suallar şübhələndirir. Birinci, qədim türk xaqanlığmm ənənəsinə, yazılmamış qanunlarma görə, tarduşlarm şadı (rəhbəri) eyni zamanda vəliəhd sayılırdı və xaqan vəfat etdikdə taxta o çıxırdı; deməli, tarduş şadı ya xaqanm kiçik qardaşı, ya da böyük oğlu olmaq idi.[5]
Bu abidə bəzən Bayan çor, bəzən də tapıldığı yerin adı ilə «Selenqa daşı» 42 Monqolustanın şimalında Selenqa (Sələnə) çayı və Şine-usu çayı yaxınlığında - Moğontu çayı, Şine-usu çayı və Örgötü dağı arasıda I909-cu ildə Q.İ.Ramstedtin başçıhq etdiyi fin ekspeldisiyası tərəfindən tapılmışdır. Abidə ilk dəfə 1913-eü ildə Q.İ.Ramstedt tərəfindən tərcümə və nəşr edilmişdir. Sonralar onu H.N.Orkun türk dilində (1936) və S.Y.Malov rus dilində (1959) nəşr etmişlər. Abidə Azərbayean dilində ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəeəbov tərəfindən («Orxon-Yenisey abidələri», Bakı, 1993) nəşr edilmişdir. Abidədə nə mətnin müəllifinin, nə də şərəfinə qoyulduğu şəxsin adı Qədim türk abidələrinin hamısmda xaqanın bu sistemlə müşayiət olunduğunu nəzərə alsaq, abidənin kimin şərəfinə qoyulduğunu müəyyənləşdirmək çətindir. Ancaq abidənin beşinei sətrindəki «Kat]ım Kül bilgə kağan - Atam Kül Bilgə xaqan» ifadəsinə əsaslanan tədqiqatçılar belə bir nəticəyə gəlirlər ki, şərəfinə abidə qoyulan şəxs uyğurlarm tarixində m əşhur olan Kül Bilgənin oğiudur. Çin qaynaqlarına görə, həmin şəxsin adı Moyun çordur. Abidənin 9-10-cu sətirlərində yazılan «Ozmış tigin kan balmıs. Koy yılka yondım ... Ozmış tiginig tutdım. Katunın anta altım - Ozmış tigin xan olmuş. Qoyun ilində (743) qoşunla yürüdüm... Ozmış tigini tutdum. Xatunumu ond aldım» cümlələri də bu abidənin Moyun çorun şərəfinə qoyulduğunu göstərir. Amma burada bir məsələ qaranlıq qalır; Çin qaynaqlarında uyğurlarla göytürklərin arasındakı müharibənin 744-cü ildə baş verdiyi, Ozmış tiginin 744-cü ildə əsir tutulduğu göstərilir, abidə müəllifi isə bu hadisələrin 743-cü ildə baş verdiyini yazır. Bəzi tədqiqatçıların fikrincə, abidə 744-759-cu illər arasında qoyulmuşdur. Burada da bir məsələyə diqqət yetirməyi lazım bilirəm. Moyun çor abidəsinin hələ ilk sətirlərində uyğurlarla göytürklər arasında gedən müharibədən, göytürklərin məğlubiyyətindən, onların xaqan Ozmış tiginin əsir tutulmasından danışır. Bu hadisələr 744-cı ildə baş vermişdir. Deməli, Moyun çor abidəsi 744-cü ildən əvvəi qoyula bilməzdi. Abidənin dalıa sonralar qoyulduğunu 41, 43, 44-cü sətirlər də təsdiqləyir. Bc!ə ki, 41-ci sətirdə basmılların və qarluqların məhv edilməsindən və qoyun ilində (755) xaqanm yaylaqda olmasından, 43-cü sətirdə toyuq ilindən (757) və nəhayət, 44-cü sətirdə Selenqa çayı sahilində soğdalılar və tabğaclar (çiniilər) tərəfindən Baybahk şəhərinin sahnmasmdan (756-757-ci illər) danışılır, Deməli, Moyun çor abidəsi 757-ci ildən də əvvəl qoyula bilməzdi. Buna görə də abidənin qoyulduğu tarixi xeyli daraldıb dcm ək olar ki, Moyun çor abidəsi 757-759-cu illər arasmda qoyulmuşdur. Moyun çor abidəsinin dili Koşo-Saydam abidələrinin dilindən fərqlənir, lakin fərq o qədr də böyük deyildir. S.Y.M alov Moyun çor abidəsi dilinin fe! sistemi ilə «oğuz» abidələri dilinin fel sistemi arasmda böyük fərq oldu- ğunu söyləyir. Bu mülahizə ilə də razılaşmaq olmaz. S.Y.Malovu heyrətləndirən m əsələlərdən biri də uyğur xaqanına qoyulmuş abidənin uyğur əlifbası ilə deyil, göytürk əlifbası ilə yazılmasıdır. Əslində burada qeyri-adi bir şey yoxdur. Əvvələn, Moyun çor bu abıdəni təkcə uyğurlar üçün qoymamışdı, o, qələbəsini, taxta oturmasını bütün Böyük çölə - bütün türk qəbilələrinə xəbər verrnək istəyirdi. Böyük çöl isə uyğur əlifbası ilə tanış deyildi, göytürk əlifbasını isə yaxşı mənimsəmişdi. İkincisi, mənim indi şərti olaraq göytürk əlifbası adlandırdığım yazı təkcə göytrüklərin deyildi, Həmin dövrdə bütün türk dünyası bu əlifbadan istifadə edirdi. Bunu həmin əlifba ilə yazılmış abidələrin təkcə indiki Monqolustan ərazisində deyil, San dənizdən Macarıstanadək, Şimal Buzlu okeanından Tibet yaylasmadək geniş bir ərazidə tapılması da sübut edir. Uçüncüsü, İkinci 1 türk xaqanının mövcudluğu illərində türk qəbilə və tayfalarının çoxu, o cümlədən uyğurlar da kiçik fasilələrlə ya xaqanlığın vassalı olmuş, ya da tamamilə xaqanlığa birləşdirilmişdi. Deməli, bu qəbilələr arasında ümumi ədəbi dil də mövcud imiş. Təbii ki, istər Orxon abidələri, istərsə Moyun çor abidəsi həmin dildə yazılmışdır (doğrudur, bu abidələrin dilində hər bir qəbiləyə məxsus dialekt xüsusiyyətləri, fərdi dil vahidləri toxunulmciz qalmışdır). Dördüncüsü, türk xaqanhgmın -14 tərkibindəki qəbilələrin danışıq dili ilə uyğur qəbilələrinin dili də, görünür, o vaxt bir-birinə çox yaxın imiş. Tədqiqatçıların bir qisminin (E.Nəcib, Ə.R.Tenişev, A.N.Kononov və b.) haqlı olaraq yazdıqlan kimi, VIII-XVIII yüzilliklərdə əksər türk xaqanlannm yaşadıqları ərazilərdə türki adlanan ümumi ədəbi dil işlənmişdir ki, bu ədəbi dildə ümumi cəhətlərlə yanaşı, hər sahədə (Orta Asiya, Volqaboyu, Cənubi Qafqaz, Kiçik Asiya və s.) yaşayan ayn-ayn qəbilə və xalq dilllərinin xüsusiyyətləri də özünü göstərmişdir. Əvvəllər Orxon abidələrində təsbit olunmuş bu ədəbi dil müəyyən dəyişikliklərlə uyğur abidələrində, sonralar Qaraxanilər dövründə yaranmış qaynaqlarda əks olunmuş. daha sonralar isə hər sahənin özünə- məxsus adəbi dili kimi ərsəyə gəlməyə başlasa da, onların hər biri ümumtürk xüsusiyyətlərini də qoruyub saxlamışdır. Həm də Moyun çor abidəsi yazılanda, görünür, hələ göytürk əlifbası geniş işlənirmiş. Dəfn kompleksinin tərkib hissəsi olan daşlarm üzərində yazmaq üçün də bu əlifba çox münasib idi. Bu mənada bu abidənin göytürk əlifbası ilə yazılması da, dilcə Orxon abidələrinə yaxın olması da təbiidir. Lakin ilk sətirləri oxuyarkən görürük ki, həmin məchul şəxs «TeQridə bolmış il etmiş Bilgə kağan (MÇ 1) - Tannda (yaxud Tanndan) olmuş, cöl yaratmış müdrik xaqan» adlanır.[mənbə göstərin]
Orxon Vadisi güclü və davamlı köçəri mədəniyyətin geniş ticarət şəbəkələrinin inkişafına və böyük inzibati, ticarət, hərbi və dini mərkəzlərin yaranmasına səbəb olduğunu açıq şəkildə nümayiş etdirir. Bu şəhər mərkəzlərinin istər-istəməz Asiya və Avropadakı təsirli cəmiyyətləri dəstəklədikləri imperiyalar, öz növbəsində həm şərqdən, həm də qərbdən insan dəyərlərini həqiqi şəkildə dəyişdirməyə təsir göstərdi. Son iki minillik ərzində Orxon vadisi daxilindəki bütün inkişafın arxasında güclü köçəri pastoralizm mədəniyyəti olmuşdur. Bu mədəniyyət hələ də Monqol cəmiyyətinin möhtəşəm və mərkəzi hissəsidir və mənzərə ilə ahəngdar bir şəkildə yaşamağın 'nəcib' yolu olaraq çox hörmətlidir. Orxon vadisi bəşər tarixində bir neçə əlamətdar mərhələni göstərən bir vadinin görkəmli nümunəsidir. Hər şeydən əvvəl Monqol İmperiyasının mərkəzi idi; ikincisi, Türk gücünün müəyyən bir monqol dəyişikliyini əks etdirir; Üçüncüsü, Erdene Zuu monastırı və Tuvkhun ermitaj monastırı monqol Buddizminin bir formasının inkişafı üçün şərt idi; dördüncüsü, Khar Balgas, Uyğur imperiyasının paytaxtında uyğur şəhər mədəniyyətini əks etdirir.[7]
Yazılı əmlak, su və sığınacaq təmin edən Orxon çayını, çöllər üzərindəki qədim ticarət yollarında qurulan bir post kimi rolunu və geniş Orta Asiya imperiyalarının mərkəzi olaraq inkişafını təmin edər. Xüsusilə, yazılmış əmlak 6-7-ci əsrlərə aid Türk xatirə yerlərini, Xar Balqasın 8-9-cu əsrlərdə uyğur başlıqlarını, 13-14-cü əsrdə Monqol paytaxtı Xarxorumu, Ermenajın Erdene Zuu-da qədim monqol Buddist monastırını göstərir. Tuvkhum monastırı, Şankh Qərb monastırı, Doit Hilldəki saray, Talın Dorvoljin, Har Bondgor və Bayangol Am şəhərləri, maral daşları və qədim qəbirlər, Hangai Ovoo və Undor Sant'ın müqəddəs dağları və arxeoloji və etnoqrafik sübutlar köçəri pastoralizmin uzun və davamlı ənənəsinə. Orxon Vadisi Mədəni Mənzərəsinin mükəmməl Universal Dəyərini ifadə etmək üçün lazım olan bütün elementlər yazılmış ərazinin hüdudlarına daxil edilmişdir. Ümumi landşaft və pastoral təcrübələrin ekologiyası, ağac kəsmə və mədən işləri, su axınlarının çirklənməsi və həddindən artıq otlaqların təsiri ilə əlaqəli su sularının aşağı salınmasına həssasdır. Landşaftın vizual bütövlüyü müasir yollar, cığırlar və elektrik xətlərinə həssasdır. Monastır binalarının, şəhər divarlarının və türk qəbirlərinin baxımının olmaması bütövlüyə təsir göstərə bilər.[mənbə göstərin]
Mərkəzi və yerli hakimiyyət pastoralizmi bu mədəni mənzərəni idarə etmək vasitəsi kimi qorumağın nə qədər vacib olduğunu qəbul edir.
1992-ci ildə qəbul edilən Monqolustan Konstitusiyasına görə, hər bir vətəndaşın sağlam və təhlükəsiz bir mühitdə yaşamaq hüququ vardır; əlavə olaraq torpaqlar və təbii sərvətlər milli mülkiyyətə və dövlətin müdafiəsinə verilə bilər. Parlamentin Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri haqqında Qanuna (1994) uyğun olaraq 1996-cı ildə Hangai Dağ Parkı yaradaraq Dövlət Xüsusi Mühafizə Sahəsi olan OVCL-nin yuxarı hissəsini əhatə edən Xanqai dağlarının bir ərazisi elan edildi. OVCL-nin şimal hissəsi 1997-ci ildə qəbul edilmiş Xüsusi Mühafizə Olunan Bölgü Zonaları haqqında Qanuna əsasən "məhdud qorunan status" verilmişdir. Orxon vadisindəki beş ilkin yer Xüsusi mühafizə olunan ərazilər, 20 tarixi və arxeoloji yer isə qorunan abidələr kimi təyin edilmişdir. OVCL-nin tampon zonası Hökumətin 31 may 2006-cı il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmişdir. Ayrıca OVCL-nin 63 nöqtəsinin uzunluq və enlik koordinatları bu qərarla təsdiq edilmişdir. 2009-cu ildə OVCL-nin qorunması üçün hüquqi mühitin gücləndirilməsi üçün Monqolustan Təhsil, Mədəniyyət və Elm Nazirliyinin əmri qəbul edildi. Hökumətin 9 iyun 2010-cu il tarixli 147 nömrəli qərarı ilə əvvəlcə 2006-cı ildə Monqolustan Təhsil, Mədəniyyət və Elm Nazirliyinin qərarı ilə qurulan OVCL Dünya İrsi Mülkiyyətinin idarəetmə orqanı milli hökumətdə yenidən quruldu. Mülkiyyətin idarəetmə planı 2002-ci ildə hazırlanmış və 2006-cı ildə maraqlı tərəflərin geniş iştirakı ilə yenilənmişdir. Bu planın məqsədi otlaqların ekologiyası ilə köçəri pastoralizm təcrübələri arasında davamlı harmoniyanın olmasını təmin etmək üçün bir sistem qoyaraq OVCL-nin davamlı inkişafı üçün irsin qorunmasını təmin etməkdir. Monqol Milli Parlamenti tərəfindən 2008-ci ildə qəbul edilən Monqol Milli İnkişaf Siyasətinə görə, əmlakın idarəetmə planına 2030-cu ilə qədər inkişafa nəzarət edən və yeni bir "Qanuna əsasən qorunmasını təmin edən bir dəyişiklik" qəbul edildi. Monqolustanın mədəni irsinin qorunması haqqında ”
Yazılan əmlakın ərazi hüdudları, ərazilərin yerləşməsi, bufer zonası, mal-qaranın sıxlığı və ot örtüyü əks olunmuş ətraflı xəritə rəsmi olaraq nəzərdən keçirildi. Sayt muzeyləri, Tsogchin məbədinin yenidən qurulması ilə əlaqədar yenidən işlənmiş idarəetmə planına əsasən təmin edilmişdir.[mənbə göstərin]
Orxon Vadisi. Orxon çayının ardınca gələn və onu təşkil edən ot düzənliyi drenaj hövzəsi. Bu termin Orxon Vadisinin ümumi ərazisini təyin etmək üçün istifadə olunur. Sərhədinə görə təbii lakin milli qorunan sitatlarla məhdudlaşmır. Orxon Vadisinin fiziki sahəsi və onun həm maddi, həm də qeyri-maddi mədəni irs başagəlməzdir. Orxon Vadisi Mədəni olaraq təyin olunan bölgə Landşaft 'ın ilkin və ikinci dərəcəli irs saytlarını əhatə edən Dünya İrsi Saytı Orxon vadisi və onların bufer zonasıdır.[mənbə göstərin]
I. Təbii təsir. Təklif olunan fəaliyyət heç bir risk yaratmamalıdır:
mədən, meşə təsərrüfatı və ya kənd təsərrüfatı;
təchizatı və s.;
balans. II. Fiziki təsir. Təklif olunan fəaliyyət daxil olmaq və ya zərər verməməlidir fiziki irs saytları:
səviyyələr və s.;
III. Mədəni təsir. Təklif olunan fəaliyyət təhlükə yaratmamalıdır bölgənin qeyri-maddi mədəni irsinin qorunması:
fiziki vs mobil rabitə şəbəkələri). Təbii, fiziki və ya təhdid olaraq düşünülən inkişaflar saytın mədəni bütövlüyü yuxarıda göstərilənlərdən heç biri ilə əlaqələndirilməməlidir.