Ərən Bülbül (türk. Eren Bülbül; d. 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017[1], Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq.
Ərən Bülbül | |
---|---|
türk. Eren Bülbül | |
Doğum tarixi | 1 yanvar 2002 |
Doğum yeri | |
Vəfat tarixi | 11 avqust 2017[1] (15 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi.[2]
11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi. PKK-nın hücumu nəticəsində Bülbül və Fərhad Gedik adında bir polis öldü,[3][4] bir polis yaralandı.[5] Ölümündən sonra polisin bədənindən 41 güllə çıxıb.[6] Daha sonra təqsirkar şəxslərin yaxalanması üçün ərazidə geniş əməliyyatlara başlanıldı.[7]
Trabzon ilinin Maçka ilçəsində dəfn edildi.[8]
Ərənin öldüyü hücumdakı qruplaşmada birbaşa əli olan iki nəfər müəyyənləşdirildi və əməliyyat tədbirləri nəticəsində öldürüldü.[9] Onlardan biri qırmızı bülletenlə axtarılırdı.[9]
Türkiyə Daxili İşlər Nazirliyinin ölkə daxilində keçirdiyi əməliyyatlara "Ərən əməliyyatları" adı verildi. Ölkə daxilində bir çox illərdə keçirilən geniş çaplı əməliyyatlar nəticəsində çox sayda sığınma yerləri və dəstə üzvləri məhv edildi, yaralı və sağ olaraq ələ keçirildi. Həmçinin çox sayda müxtəlif silah-sursatlar ələ keçirildi.[10][11][12]
Ərənin Facebook hesabında paylaşdığı paylaşım, ölümündən sonra sosial şəbəkələrdə #İyikiVarsınEren heşteqi ilə kütləvi şəkildə paylaşıldı.[13] Anası oğlunun ölümünün bütün ölkənin kədərinə səbəb olduğunu bildirdi.[14] Bundan əlavə, PKK silahlılarının harada gizləndiyini öyrənmək üçün Ərəni özləri ilə aparan Türkiyə təhlükəsizlik qüvvələrini tənqid edərək oğlunun hadisə yerinə aparılmasının yanlış olduğunu ifadə etdi.[15][16][17]
Keçmiş Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Türkiyə mühafizə orqanları tərəfindən keçirilən əməliyyatda öldürülən qruplaşma üzvləri ilə bağlı Twitter hesabında paylaşım edərək Türkiyə polisini təbrik etdi.[18]
Kamal Kılıçdaroğlu və digər bəzi siyasətçilər və ictimaiyyət tərəfindən hadisə qınanılıb. Kamal Kılıçdaroğlu Ərənin hadisə yerinə aparılmasının yanlış olduğunu açıqlamışdır.[19]