Göbəklitəpə

Göbəklitəpə (türk. Göbekli Tepe) — Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa[1] şəhərindən 15 km şimal şərqdə yerləşən, dünyada ən qədim istehkam məbəd kompleksidir. 2003 cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən 12000 il yaşı olan bu məbəd kompleksi, e.ə. IX minilliyə aiddir. Kompleks cəmi 20-dən artıq dairəvi şəklində olan istehkamlardan ibarətdir. Bəzi sütunların səthi relyeflərlə örtülüdür. Məbəd məqsədli şəkildə e. ə. VIII minillikdə torpaqla basdırılmışdır. Uzun illər məbəd kompleksi 15 m hündürlüklü və 300 m diametrli Göbəklitəpə hündürlüyündə yatıb qalmışdır[2]. Onun aşkar edilməsi yaxın şərq və bütün avrasiyada ilkin neolit dövrü haqqındakı qəbul olunmuş baxışlarda inqilabi dönüş etmiş olur.

Göbəklitəpə
Göbeklitepe
Daş dövrünə aid məbəd kompleksi
Xəritə
37°13′23″ şm. e. 38°55′21″ ş. u.HGYO
Ölkə Türkiyə Türkiyə
Şəhər Şanlıurfa
Yerləşir Şanlıurfa ili
Tikilmə tarixi e.ə. IX minillik
Üslubu Arxeoloji abidə
Sahəsi
  • 126 ha
  • 461 ha
Rəsmi sayt muze.gov.tr/muze-detay?s…
Göbəklitəpə (Türkiyə)
Göbəklitəpə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aşkar edilməsi

[redaktə | mənbəni redaktə et]

Göbəklitəpə 1960-cı illərin əvvəllərində arxeoloqlara məlum olsa da həqiqi izahını tapa bilmir. Amerikalı arxeoloq Peter Benedikt fərz edirdi ki, bu təpənin altında Bizans dövrünə aid qəbiristanlıq yerləşir. 1994-cü ildə qazıntılar Klaus Şimidtin rəhbərliyi ilə Alman arxeoloji institunun (alm. Deutsche Archäologische Institut, DAI‎) İstanbul bölməsi və Şanlıurfa muzeyi tərəfindən davam etdirilir.

Əldə edilən ilk qazıntı materiallarından Şimidt onların daş dövrünə aid olduğunu hesab edir. Arxeoloji qazıntılara qədər sahə kənd təsərrüffat işləri üçün istifadə edildiyindən, maneə törədən daşlar bir yerə toplanaraq üstü torpaqla örtülür. Arxeoloqlar müəyən edirlər ki, bu təbə təbi yolla əmələ gəlməmişdir. Sonrada şimal yamacda daşlar arasından üzəri şəkil relyefli T- formalı sütun tapılir[3]. Daha sonra cənuv yamacda ikinci T- formalı sütunun kiçik demenzionları tapılır [4].

Məbəd kompleksi

[redaktə | mənbəni redaktə et]

Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır. Onun tikintisi mezolitdən başlamış və bir neçə minilliklər davam etmişdir. Arxeoloji kompleks neolit dövrünə aid üç əsas qatdan ibarətdir. Ən qədim qat III qat olub, PPNA mədəniyyətinə aiddir[5]. III qatda dairəvi və oval formada emal olunmamış daşdan tikilmiş divarlara bitişik 3 m uzunluğa malik monalit sütunlar aşkarlanmışdırş. Eyni növ sütunlara istehkamın mərkəzindədə rast gəlinir. Döşəmə sönmüş əhəngdaşından döşənmiş və oturacaqlar divar boyu uzanır. Məbəddə qaban və tülkü skulpturları qoyulmuşdur. Diametrləri 10–30 m olan dörd belə istehkam açılmışdır. Geofiziki müayinələr göstərir ki, təpənin tərkində daha 16 belə istehkam mövcuddur. Tikinti üçün daş kompleksin yaxınlığından əldə edilmişdir. Qəribə də olsa onların daş tiyələr vasitəsilə kəsilib yonulması təxmin edilir. Daş karxanada bir neçə uzunluğu 9 m-ə çatan bitirilməmiş sütunlara rast gəlinir.

Arxeoloji qazıntının II qatı PPNB mədəniyyətinə, e.ə. 7500-6000 ci ilə aiddir. Radiokömür müayinəsinə əsasən II qatın e.ə. 8800-8000 ci illərə aid olduğu hesab edilir[6]. Bu dövrdə torpaqlanmış qədim qatın üzərində cilalanmış əhəng daşından döşəməli dördbucaqlı zal inşa edilmişdir. Bu istehkamın ust qatı sahə əkin üçün istifadə edilərkən əkinçilər tərəfindən zədələnmişdir. Bu qatda 1,5 m hündürlüyə malik T-şəkilli sütünlar aşkar edilmişdir. Onların əksəriyyəti istehkamın ortasında cüt dayaqlar kimi durmaqdadırlar. Onlardan bir qədərinin üzərində şir relyeflər ovulmuşdur[7]. Cüt sütunlar arasında oturacaq quraşdırılmışdır ki, onun da üzərində qadın şəkili ovulmuşdur[8].

Aşkar edilən təsvirlərdən öküz, qaban, tülkü, ilan və digər sürünənlər, cüyür, həşərat, hörümçək, quş - kərkəs relyeflərinə rast gəlinir. Kərkəs təsvirləri yerli kultla əlaqəli olduğu güman edilir. Güman edilir ki, həmin dövrdə ölü dəfn edilmirdi. Cəsəd qurd-quşa xüsusən də kərkəsə yem olurdu. Bu tərz sonralar atəşpərəstlər tərəfindən qəbul edilmişdir. Cəsəddən ayrılmış baş isə əcdadlarının kultu kimi saxlanılırdı. Bu tərz isə sonralar natufiy mədəniyyətində də rast gəlinmişdir. İnsan təsviri azlıq, içərilərində xüsusən kərkəs əhatəsində başsız cəsəd təşkil edir. T- şəkilli sütunlarda qol relyeflərinə də rast gəlinir.

Heyvan relyefli T-şəkilli sütünlar
Gobekli Tepe 2.jpg
GobeklitepeHeykel.jpg
Göbekli2012-11.jpg
Göbekli2012-7.jpg

Kompleksin I qatı Göbəklitəpənin üst nazik təbəqəsini təşkil edir. I qat bir o qədər də zaman kəsizini əhatə etmir. Aparılan mütəmadi əkin və torpaq işləri nəticəsində daha çox eroziyaya və digər mexaniki təsirlərə məruz qalmışdır.

  1. Klaus Schmidt: Göbekli Tepe. Eine Beschreibung der wichtigsten Befunde erstellt nach den Arbeiten der Grabungsteams der Jahre 1995–2007. in: Erste Tempel – Frühe Siedlungen. 12000 Jahre Kunst und Kultur. Ausgrabungen und Forschungen zwischen Donau und Euphrat. Isensee, Oldenburg 2009. S. 187.
  2. Klaus Schmidt: Göbekli Tepe. Eine Beschreibung der wichtigsten Befunde erstellt nach den Arbeiten der Grabungsteams der Jahre 1995–2007. in: Erste Tempel – Frühe Siedlungen. 12000 Jahre Kunst und Kultur. Ausgrabungen und Forschungen zwischen Donau und Euphrat. Isensee, Oldenburg 2009. S. 188.
  3. Klaus Schmidt: Sie bauten die ersten Tempel. Das rätselhafte Heiligtum der Steinzeitjäger. Die archäologische Entdeckung am Göbekli Tepe. C. H. Beck, München 2006. S. 16.
  4. Klaus Schmidt: Sie bauten die ersten Tempel. Das rätselhafte Heiligtum der Steinzeitjäger. Die archäologische Entdeckung am Göbekli Tepe. C. H. Beck, München 2006. S. 108–109.
  5. E. B. Banning So Fair a House: Göbekli Tepe and the Identification of Temples in the Pre-Pottery Neolithic of the Near East // Current Anthropology. — 2011. — Т. Vol. 52, No. 5. — С. 619-660. — DOI:10.1086/661207
  6. Klaus Schmidt: Göbekli Tepe. Eine Beschreibung der wichtigsten Befunde, erstellt nach den Arbeiten der Grabungsteams der Jahre 1995–2007. in: Erste Tempel – Frühe Siedlungen. 12000 Jahre Kunst und Kultur. Ausgrabungen und Forschungen zwischen Donau und Euphrat. Isensee, Oldenburg 2009. S. 191.
  7. Klaus Schmidt: Göbekli Tepe. Eine Beschreibung der wichtigsten Befunde, erstellt nach den Arbeiten der Grabungsteams der Jahre 1995–2007. in: Erste Tempel – Frühe Siedlungen. 12000 Jahre Kunst und Kultur. Ausgrabungen und Forschungen zwischen Donau und Euphrat. Isensee, Oldenburg 2009. S. 198.
  8. Klaus Schmidt: Göbekli Tepe. Eine Beschreibung der wichtigsten Befunde, erstellt nach den Arbeiten der Grabungsteams der Jahre 1995–2007. in: Erste Tempel – Frühe Siedlungen. 12000 Jahre Kunst und Kultur. Ausgrabungen und Forschungen zwischen Donau und Euphrat. Isensee, Oldenburg 2009. S. 201.
  • Klaus Schmidt: Frühneolithische Tempel. Ein Forschungsbericht zum präkeramischen Neolithikum Obermesopotamiens. In: Mitteilungen der deutschen Orient-Gesellschaft 130, 1998, S. 17–49.
  • Klaus Schmidt: Zuerst kam der Tempel, dann die Stadt. Bericht zu den Grabungen am Gürcütepe und am Göbekli Tepe 1996–1999. In: Istanbuler Mitteilungen 50, 2000, S. 5–40
  • Klaus Schmidt: Göbekli Tepe, Southeastern Turkey. A preliminary Report on the 1995–1999 Excavations. In: Palèorient 26, 2001, S. 45–54.
  • Joris Peters, Klaus Schmidt: Animals in the symbolic world of Pre-Pottery Neolithic Göbekli Tepe, south-eastern Turkey: a preliminary assessment. In: Anthropozoologica 39, 1, 2004, S. 179–218.Volltext

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]