Erməni dilində türkmənşəli alınma sözlər

Erməni dilində türk mənşəli alınma sözlərerməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub.[1] Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir.[2]

Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türkfars mənşəli alınma sözlərlə dolu idi.[3]

Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz).[4]

Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir.[5] Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.[6]

  1. Акуленко В. В. Интернациональные элементы в лексике и терминологии. — Высшая школа, 1980. — P. 163
  2. Dankoff, Robert. A note on Turkish loanwords in Armenian // Armenian loanwords in Turkish. — Wiesbaden: Otto Harrassowitz Verlag, 1995. — ISBN 9783447036405
  3. Э. Г. Туманян. Очерки исторического развития падежных форм новоармянского литературного языка: восточноармянский вариант литературного языка, по материалам памятников XVII-XX веков. — Издательство Академии наук СССР, 1962. — P. 135
  4. "Ermeni dilinde yaşayan bin yıllık dostluk". TimeTurk (türkcə). 26 aprel 2014. 2021-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2021.
  5. "Ermenice'de Türkçe Kökenli 3 Bin 166 Kelime Var". Haberler (türkcə). 14 may 2010. 15 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2021.
  6. Öztürk, Abdulkadir. "Türk-Ermeni İlişkilerinde Dil". Uluslararası Sosyal ve Ekonomik Bilimler Dergisi (türkcə). 1 (1). 2011: 81–87. 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2021.