Fransa—Ermənistan münasibətləri — Fransa və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər.
Fransa—Ermənistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
24 fevral 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulur. 1998-ci ildə Fransa Milli Assambleyasının ölkənin 1915-ci ildəki erməni soyqırımını tanıdığına dair bir qərar qəbul edir. B addım Türkiyənin kəskin etirazına səbəb olur. 2006-cı ildə Fransada Ermənistan ili elan edilir[1]. 2 oktyabr 2009-cu ildə Vigen Çiteçyan Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilir[2]. Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Henri Reynaud 5 noyabr 2010-cu ildə etimadnaməsini Ermənistan Prezidenti Serj Sarkisyana təqdim edir. 1 dekabr 2011-ci ildə Vardan Sirmax Ermənistanın Marseldəki Baş Konsulu təyin edilir[3].
7 yanvar 2015-ci il tarixində Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Charlie Hebdo redaksiyasında baş verən atışma ilə bağlı bir press-reliz yayımladı: “Parisdəki Charlie Hebdo jurnalının ofisində törədilən terror aktını qətiyyətlə pisləyirik” və “ekstremistlərin bu cür dəhşətli hərəkətlərinə heç vaxt haqq qazandırla blməz və beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsində daha geniş həmrəyliyin göstərilməsinin lazım olduğunu bir daha sübut edir”. Ermənistan hökuməti ayrıca "xalqa, dost Fransanın səlahiyyətlilərinə, Charlie Hebdo jurnalının redaksiyasına və qurbanların yaxınlarına başsağlığı və dəstəyi" bildirdi[4].
Ermənistanın çox az sayda fransız dilli əhalisi olmasına baxmayaraq, Fransa ilə tarixi əlaqələri nəticəsində bu ölkə 2018-ci ildə Frankofoniya dövlətlərinin zirvəsinə ev sahibliyi etmək üçün seçilmişdir[5]. Ermənistandakı Fransız Universitetində fransız dili tədris olunur.
Hazırda Fransada yaşayan ermənilərin sayı 250.000 - 750.000 nəfər arasında dəyişir. Bununla belə eyni Ffransızdilli mədəniyyətə böyük töhfə versələr də, öz mədəni mənşəyinə yaxın olaraq qalırlar. Sarian, Koçar, İssaxakyan, Komitas və başqaları kimi bir çox erməni yazıçı, rəssam və musiqiçi Fransada çalışmış və vəfat etmişdir. Həm fransızlar, həm də ermənilər Şarl Aznavur və Henri Vernyoy kimi insanlardan qürur duyurlar.
Ermənistanın Parisdə diplomatik nümayəndəliyi, Lion və Marsel şəhərlərimndə isə konsulluqları vardır[6].
Fransanın İrəvanda diplomatik nümayəndəliyi vardır[7].