Ermənistan–Livan münasibətləri

Livan—Ermənistan münasibətləriLivanErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Livan Qondarma Erməni Soyqırımını tanıyan ilk Ərəb Dövlətləri Liqasına üzv ola ölkədir.

Livan—Ermənistan münasibətləri
Livan və Ermənistan
 Livan  Ermənistan

İkinci Livan müharibəsində Ermənistanın rolu

[redaktə | mənbəni redaktə et]

2006-cı ildəki İkinci Livan müharibəsi zamanı Ermənistan Livana humanitar yardım göndərmişdir: dərmanlar, ilk yardım ləvazimatları və s[1].

Qondarma Erməni Soyqırımının tanınması

[redaktə | mənbəni redaktə et]

12 may 2000-ci ildə Livan Parlamenti Qondarma Erməni Soyqırımının tanınmasına səs verir. Livan qondarma soyqırımı tanıyan ilk ərəb dilli ölkə olur[2].

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]

Livandakı erməni icmasının bir neçə siyasi partiyası var. Livandakı EİF Dashnaktsutyun Partiyası hazırda hökumətdə və 8 Mart koalisiyasındakı ən böyük erməni partiyasıdır. Bununla birlikdə 14 mart müxalifət koalisiyasını dəstəkləyən partiyalar da var. Ölkələr arasında viza rejimi yoxdur.

Livanda onlarla erməni məktəbi, universiteti, uşaq bağçası və müxtəlif müəssisələr var. Burc Hamod ermənilərin Beyrutun ən sıx məskunlaşdığı bölgələrdən biri hesab olunur. Həm də ermənilər ölkənin əhalisi baxımından ikinci ən böyük milli azlığıdır. Ermənistan və Livan, Ermənistan Prezidenti Serj Sarkisyanın Baabda Sarayına rəsmi səfəri zamanı prezident Mişel Süleyman da daxil olmaqla bir çox Siyasi Xadimin görüşündə iki ölkə arasında viza rejiminin ləğv edilməsi barədə müqavilə imzalamışlar.

Livan erməniləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Livan erməniləri

Ermənilər Livan əhalisinin 4% təşkil edir. 140–165 min nəfər sayı olan Livan erməniləri ölkənin ikinci ən böyük milli azlığıdır. Livan ermənilərinin diasporu kiçik olmasına baxmayaraq erməni disporunun həyatında ən fəal yerlərdən biri tutur.

Qarabağ münaqişəsi

[redaktə | mənbəni redaktə et]

Livandan Ermənistana və Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına kütləvi kütləvi erməni köç həyata keçirilir. Ermənistan KİV-ndə 2020-ci ilin iyul-avqust ayları ərzində toplan 1300 erməni Livandan Ermənistana gəldiyi məlumat verilib. Livan ermənilərinin bir qismi Azərbaycanın işğal altındakı Xankəndi, Şuşa şəhərlərinə, Laçın və Kəlbəcər rayonlarının ərazisinə yerləşdirilir[3]. İkinci Qarabağ müharibəsi zamanı Livanda yaşayan ermənilər könüllü şəkildə erməni tərəfində vuruşmaq üçün münaqişəyə qatılmışlar[4]. Livandan münaqişəyə qatılanlar arasında çoxlu sayda muzdlunun olması belə qeyd edilir[5]

  1. "Армения направила в Ливан гуманитарную помощь — PanARMENIAN.Net". 2012-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-03.
  2. "Страны, признавшие геноцид армян 1915–1923 гг. в Османской Турции — РИА Новости, 05.03.2010". 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-03.
  3. "Livandan Ermənistana və Qarabağa 1300 erməni köçürülüb". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-03.
  4. Yüzdən çox erməni Livandan Ermənistana gətirilib[ölü keçid]
  5. "Livandan Ermənistana muzdluları daşıyan təyyarə yola düşüb". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-03.