Livan erməniləri — Livanda yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər Livan əhalisinin 4% təşkil edir. Ermənilər Livan vətəndaş müharibəsi zamanı döyüşlərdə faəl iştirak etmişdilər. Bəzi mənbələrdə, müharibədən əvvəl Livanda 100 minə yaxın, erməninin yaşadığını, müharibə səbəbindən ölkəni tərk etdikləri göstərilir.
Livanda ilk ermənilərin dəqiq nə zamandan yaşamağa başladıqları məlum deyil. Eranın ilk illərində, Livan ərazisində yaşayan xalqlar haqqında məlumat veriləndə, ermənilərində adları qeyd edilir. 1915-ci ildə Livan Osmanlı imperiyasının tərkibində idi. Bu dövrdə ermənilər daha çox Beyrut şəhərində yaşayırdılar. Sultanın fərmanı ilə ermənilərin yaşadıqları ərazilərdən köçürülməsi nəticəsində, Livanda erməni əhalisi sürətlə artmağa başlamışdır. Ermənilər Karantina və Burc Hamod bölgələrində sürətlə məskunlaşmışdılar. 1939-cu ildə isə ermənilər Beka vadisinə köçürülmüşdür. 1970-ci ilə qədər Livan erməniləri ölkənin siyasi və iqtisadi həyatında fəal fəaliyyət göstərməmişdilər.
1975–1990-cı illəri əhatə edən Livan vətəndaş müharibəsi zamanı, ərəblərin ermənilər yaşayan məhəllələrə hücum etməsi, nəticəsində ermənilər vətəndaş müharibəsinə qatılmışdılar. Bir çox erməni terror təşkilatları Livan vətəndaş müharibəsinin gedişində təşəkül tapmışdır. ASALA, ESƏD və Yeni erməni müqaviməti kimi birliklərin döyüşçüləri Livanda aparılan döyüşlərdə iştirak etmişlər. Ermənistanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı Azərbaycanlı birliklər tərəfindən zərərsizləşdirilən Monte Melkonyanda uzun müddət Livanda erməni birliklərinə rəhbərlik etmişdir. Son dövrlərdə, Livanda yaşayan ermənilər, əsasən Ermənistanın dirçəldilməsi məqsədilə müxtəlif tədbirlər keçirlər. Ölkədə hər il Ermənistan üçün iyanə toplanır. Livan erməniləri ölkəninin siyasi həyatındada mühüm yerə sahibdilər. Daşnaksütun partiyası rəsmi olaraq parlamentdə hər seçkidə təmsil olunur. Hnçak və Armenakan partiyaları isə ictimai həyatda böyük təsirlərə malikdir.