Ermənistan–Ukrayna münasibətləri

Ukrayna—Ermənistan münasibətləriUkraynaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Bu münasibətləer 25 dekabr 1991-ci ildə qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə SSRİ tərkibində ittifaq respublikalarından biri idi. Bu gün Müstəqil Dövlətlər Birliyinin, Ümumdünya Ticarət Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər.

Ukrayna—Ermənistan münasibətləri
Ukrayna və Ermənistan
 Ukrayna  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətlərin müqayisəsi

[redaktə | mənbəni redaktə et]
Ukrayna gerbi Ukrayna Ermənistan gerbi Ermənistan
Əhali 42 590 900 3 017 100
Ərazi 603 549 km² 29 743 km²
Əhali sıxlığı 73,92 nəf./km² 101,4 nəf./km²
Paytaxt Kiyev İrəvan
İri şəhərlər Kiyev, Xarkov, Odessa, Dnepr İrəvan, Gümrü, Vanadzor
İdarəetmə formaları Parlament-Prezident Respublikası Parlament Respublikası
Dövlət dili Ukrayna dili Erməni dili
Din Xristianlıq Xristianlıq
ÜDM 371 mlrd ABŞ dolları (8 665 $ adam başına) 24,28 mlrd ABŞ dolları (8416,82 $ adam başına)
ÜMM 134,8 mlrd ABŞ dolları (2 979 $ adam başına) 10,881 mlrd ABŞ dolları (3351,63 $ adam başına)
Valyuta qrivna dram

18 dekabr 1991-ci ildə Ermənistan Ukraynanın müstəqilliyini tanıyır.

Ermənistanın Ukraynadakı səfirliyi 1993-cü ilin yanvarında açılır. Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyandır[1]. Ukraynanın İrəvandakı səfirliyi 1996-cı ilin sentyabrından fəaliyyətə başlayır. Ukraynanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili İvan Zaqorodnıdır[2].

İkitərəfli münasibətlərin əsasını qoyan sənəd Ukrayna ilə Ermənistan Respublikası arasında 14 May 1996-cı ildə imzalanan Dostluq və Əməkdaşlıq Müqaviləsidir.

1997-ci ilin iyulunda Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan Ukraynaya rəsmi səfər edir. 2001-ci ilin martında Ermənistanın ikinci prezidenti Robert Köçəryan Ukraynaya səfər etmişdir. Üçüncü Ermənistan Prezidenti Serj Sarkisyanın rəsmi və işgüzar səfərləri 2011-ci ilin iyulunda və 2012-ci ilin iyulunda baş tutur. Ukraynanın ikinci prezidenti Leonid Kuçma 1996-cı ilin mayında və 2002-ci ilin oktyabrında Ermənistana rəsmi səfərlər etmişdir[3].

2014-cü ildə Ermənistan Krımda keçirilmiş referendumun qanunsuzluğu barədə qərar qəbul edilməsinə qarşı səs verdi. Lakin Ukrayna səfiri ilə siyasi məsləhətləşmələrdən sonra Ermənistan Şərqi Ukraynadakı hadisələrə münasibətdə bitərəf mövqe tutdu[4][5].

Münasibətlərin hüquqi bazası müxtəlif sahələrdə, o cümlədən regional səviyyələrdə əməkdaşlığı tənzimləyən 72 sənəddən ibarətdir.

Ermənistan ukraynalıları

[redaktə | mənbəni redaktə et]

2001-ci il əhalinin siyahıya alınmasına görə, Ermənistanda 1633 etnik ukraynalı yaşayır. Ukraynalıların çoxu İrəvan, Vanadzor, Gümrüdə yaşayır. Ölkədə "Ukrayna" adlı Ermənistan Ukraynalıları Federasiyası fəaliyyət göstərir. Təşkilatın Ukrayna dilində nəşr olunan öz orqanı var. Ermənistanda ukraynalılardan ibarət bir sıra sənət qrupları da fəaliyyət göstərir.

Ukrayna erməniləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ukrayna erməniləri

Qədim dövrlərdən bəri, ermənilər müasir Ukrayna ərazisində yaşamışlar. 1364-cü ildə Lvovda Litva, Polşa və Moldova kilsələrinin tabe olduğu ermənilərin yeparxiya mərkəzi var idi. Ticarət, diplomatiya, silah və zərgərlikdə ermənilər müəyyən bir rol oynayırdılar.

XIX əsrdə Lvov Qərbi Ukraynadakı erməni tədqiqatlarının mərkəzi olur. 1904-cü ildə Lvov Universitetində erməni dili kafedrası açılmışdı[6]. Kafedra Böyük Vətən Müharibəsi başlamazdan əvvələ qədər mövcud idi.

Ukrayna Ermənistana ət, süd məhsulları, tərəvəz, taxıl bitkiləri ixrac edir. Ermənistan Ukraynaya elektrik məhsulları, alkoqollu içkilər, mineral sular ixrac edir[3].

2015-ci ilin 9 ayı üzrə ölkələr arasında ticarət dövriyyəsi 94,2 milyon ABŞ dolları, mal ticarətinin göstəricisi isə 76,7 milyon ABŞ dolları təşkil etmişdir[7].

  1. "Посол". Посольство Армении в Украине. 2016-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.
  2. "Контактная информация". Посольство Украины в Республике Армения. 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.
  3. 1 2 "Двухсторонние отношения". Посольство Армении в Украине. 2016-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.
  4. "ООН не признала присоединение Крыма к России". Русская служба BBC. 2015-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.
  5. "Политическое сотрудничество между Украиной и Арменией". Посольство Украины в Республике Армения. 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.
  6. Ирина Гаюк. "Иллюстрированная энциклопедия Армянской культуры в Украине". 2017-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-13.
  7. "Торгово-экономические отношения между Украиной и Арменией". Посольство Украины в Республике Армения. 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.