Ermənistan mədəniyyətinə həm müasir Ermənistan ərazisi, həm də tarixi Ermənistanda erməni xalqının yaratdığı maddi və qeyri-maddi mədəni irs nümunələri daxildir.[1]
Erməni xalqının mədəniyyət tarixi eramızdan əvvəl VI–V əsrlərdən başlayır və daha da qədim Urartu mədəniyyətinin davamıdır.[2] Britannica ensiklopediyasında qeyd olunduğu kimi, Ermənistan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir.[3] Xristianlığın IV əsrin ilk illərində Ermənistanın dövlət dini olaraq qəbul edilməsi erməni xalqının tarixinin və mədəniyyətinin inkişafında böyük rol oynamışdır. IV əsrdən etibarən erməni mədəniyyəti tarixində yeni bir mərhələ — orta əsrlər dövrü başlayır. Erməni mədəniyyətinin ümumi yüksəlişi VII əsrə qədər olan dövrü əhatə edir.[4] Sonrakı nəzərəçarpan inkişaf dövrü X əsrin sonlarında başlayır və 885-ci ildə Ermənistan tarixində yeni bir qızıl dövrün başlanğıcı olan müstəqil Ani krallığının bərpası ilə əlaqələndirilir.[5] Mədəni yüksəliş dövrü XIII əsrə qədər davam edir və bəzi müəlliflər tərəfindən "Erməni İntibahı" kimi xarakterizə olunur. XV–XVI əsrlərdə təxminən iki əsr böhrandan sonra XVII əsrdən etibarən mədəni həyat canlanır. 1918-ci ildə müstəqil Ermənistan dövləti yaradılır.
Yerkataqir erməni yazısının ən qədim şriftidir. "Dəmir yazı" deməkdir, V əsrdən bəri istifadə edilir. Bu şriftdə bütün sözlər hərflərin böyük forması ilə yazılır. İki növü var: yuvarlaq və düz.[6] Yerkataqir yazısı ilə yazmaq əlavə vaxt və kağız apardığına görə katiblər kiçik hərflərin istifadə olunduğu bolorqirdən istifadə etməyə başladılar. XIII-XVI əsrlərdə bolorqir ən geniş istifadə edilən yazı idi. Onun Kilikiya forması daha rəsmi və zərifdir, şərq forması isə düz yerkataqirə yaxındır.[7] X-XI əsrlərdən istifadə olunmağa başlayan Şxaqir yazısı həm düz, həm də sağa əyilərək yazılır. XVII—XVIII əsrlərdə şxaqir geniş istifadəyə keçmiş, əsasən memorial mətnlərdə müşahidə edilmişdir.[8] Notrqir yazısı "notarial yazı" kimi tərcümə edilir. Bolorgirdən daha kiçik ölçüdə, düz, dairəvi və dalğalı elementlərin kombinasiyasından ibarətdir. XVI—XVIII əsrlərdə geniş yayılmış, qeyri-rəsmi mətnlər (əlyazmaların kolofonları, kargüzarlıq sənədləri) üçün istifadə edilmişdir.[9]
изучая древнейшую социально-экономическую или культурную историю армянского народа, нельзя начинать её как бы с чистого листа и искать в VI—V вв. до н. э. первобытнообщинных отношений; нет сомнения в том, что древнейшую армянскую историю можно правильно понять только как продолжение еще более древней истории хурритов и урартов, а также лувийцев
Modern Armenia comprises only a small portion of ancient Armenia, one of the world’s oldest centres of civilization. At its height, Armenia extended from the south-central Black Sea coast to the Caspian Sea and from the Mediterranean Sea to Lake Urmia in present-day Iran. Ancient Armenia was subjected to constant foreign incursions, finally losing its autonomy in the 14th century ce. The centuries-long rule of Ottoman and Persian conquerors imperiled the very existence of the Armenian people.
The election of Smbat’s son Ashot I the Great, who had been accepted as “prince of princes” by the Arabs in 862, to be king of Armenia in 885 was recognized by both the caliph and the Byzantine emperor, and it was he who by his successful defense of his country against local Arab chieftains laid the foundations of a new golden age of Armenian history.