Geqard monastırı

Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı"[1]) adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal[2] memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir.[3].

Geğard monastırı
Գեղարդ
Xəritə
40°08′25″ şm. e. 44°49′06″ ş. u.HGYO
Ölkə  Ermənistan
Yerləşir Kotayk mərzi
Aidiyyatı EQK
Sifarişçi Zaxaryanlar sülaləsi
Tikilmə tarixi IV əsr. Əsas bina - 1215-ci il
Üslubu Erməni memarlığı
Vəziyyəti fəaliyyət göstərir
TipiMədəni
Kriteriyaii
Təyin edilib2000
İstinad nöm.960
DövlətErmənistan
RegionQərbi Asiya
İstinad nöm.6.24/29
KateqoriyaMəbəd
ƏhəmiyyətiDünya əhəmiyyətli
Geğard monastırı (Ermənistan)
Geğard monastırı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dini tikilinin tam adı Geğardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı.[2] Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır.[2][4]

Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Kompleksə daxil olan məbədlərin bəziləri tamamilə qayaların içində yonulduğu halda, bəziləri qaya içində yonulmuş tikililərlə hörgü memarlığının mürəkkəb birləşməsi nəticəsində formalaşdırılmışdır.[5] Monastır kompleksinin ərazisində çoxlu sayda daş divarların daxilində oyulmuş və ya sərbəst dayanan "xaçkarlar" - yəni ənənəvi erməni daş xatirə stelaları yerləşir.[6] Ermənistanda turistlər tərəfindən ən çox ziyarət olunan tarixi abidə məhz Geğard monastırı hesab olunur.[7]

Geğarda gələn insanların çoxu həmçinin yaxınlıqda, yəni Azat çayının aşağı axınında yerləşən Gərni məbədini də (hansı ki, öz quruluşuna görə məşhur Parfenon məbədini xatırladır) ziyarət üçün seçirlər. Hər iki yerə ziyarət o qədər geniş yayılmış bir haldır ki, ekskursiya qısaca olaraq "Gərni-Geğard" adlandırılır.[8]

Longin oxu, Üçkilsə, monastır kompleksinin adı bu relikviyadan qaynaqlanır.

Monastırın əsası IV əsrdə, mağarada başlanan müqəddəs bulağın yerində qoyulmuşdu. Buna görə də, monastır başlanğıcda Əyrivəng (erm. Այրիվանք) adlanırdı (tərcümədə "mağara monastırı"). Rəvayətə görə, monastırın təsisçisi Maarifçi Qriqori idi.[9]

İlk monastır binası IX əsrdə ərəblər tərəfindən məhv edilmişdi.[3] Əyrivəngin daha öncəki tikililərindən heç birisi salamat qalmamışdı. IV, VIII və X əsrlərdə yaşamış erməni tarixçilərinin məlumatına görə, monastır kompleksinə dini tikililərdən əlavə olaraq, həmçinin yaxşı təchiz edilmiş yaşayış və xidmət binaları da daxil idi. 923-cü ildə Ərəb xilafətinin vitse-regenti Nəsr Ermənistan ərazisinin idarə olunması üçün təyin edilmişdi və onun dövründə Əyrivəng çox ciddi zədələnmişdi[3]; o, bütün qiymətli əşyaları və o cümlədən nadir əlyazmaları talan etmiş, əzəmətli monastır binalarını isə yandırmışdı. Daha az əhəmiyyətli zərərə isə zəlzələlər səbəb olmuşdu.[10]

Yazılı kitabədə 1160-cı il qeyd olunmasına baxmayaraq, əsas kapella iki qardaş İvane və Zakare Zaxaryanın himayəsi altında 1215-ci ildə inşa edilmişdi.[11] Onların hər ikisi, türklərdən Ermənistanın böyük bir hissəsini azad Gürcü krallığının hökmdarı Tamaranın sərkərdələri idilər. Qismən azad duran, qismən isə qaya içinə oyulmuş Qavit (və ya pritvor) 1225-ci ildə, qaya süxurlarının daxilində həkk olunmuş kiçik kilsələr isə XIII əsrin ortalarında inşa edilmişdi. Bunun ardından, monastır Zakaryanların canişini və Proşyan knyazlığının əsasını qoymuş knyaz Proş Hahbakyan tərəfindən alınmışdır. Qısa müddət ərzində, Proşyanlar ikinci mağara kilsəsi, tayfa sərdabəsi, Papak və Ruzakanın jamatunu, görüş və təlim otağı (XX əsrin ortalarında dağılıb), keşiş hücrələrinin və digər Geğarda layiqli şöhrət qazandırmış mağara tikililərin inşaatına başlamışdılar.[4]

Qayada yonulmuş kapellanın girişi və xaçkarlar

Qavitin şimal-şərq hissəsində uzanan otaq 1283-cü ildə Proş Hahbakyanın türbəsinə çevrilmişdi. Burada həmçinin bitişik otaq da vardır - otağın girişini Proşyan sülaləsinin gerbi (caynağında quzunu saxlayan qartal) bəzəyir.[8] Qavitin qərbindəki pilləkənlər 1288-ci ildə Papak Proşyan və onun həyat yoldaşı Ruzakan üçün oyulmuş dəfn otağına aparır. 1200-cü ildə Proşyanlar monastır kompleksini su sistemi ilə təchiz etmişdilər. O dövrdə Geğard həm də "Yeddi kilsə monastırı" və ya "Qırx altar monastırı" kimi tanınırdı.[8] Hər tərəfdən monastırı qayalıqlar, mağaralar və xaçkarlar əhatə edir. Monastır uzun müddət çalışmırdı və qış aylarında əsas kilsə qarapapaqlı köçərilərdən sığınacaq kimi istifadə olunurdu. Bütün bunlara Ermənistanın Rusiya imperiyasının ərazisinə qatıldıqdan sonra son qoyulmuşdu; belə ki, Eçmiədzindən olan bir neçə rahib monastırda yenidən əvvəlki ibadət ənənələrini geri qaytarmağı bacarmışdı. Günümüzə qədər monastır kompleksində salamat qalmış bütün dini tikililər ziyarət yeri və Ermənistanın ən vacib mədəni və turizm məkanlarından biri hesab olunur.[8]

Geğard həmçinin uzun illər boyunca qoruyub saxladığı müxtəlif müqəddəs əmanətləri ilə də tanınır.[3] Onlardan ən dəyərlisi - çarmıxa çəkilmiş İsa Məsihi sancan (yüzbaşı Longin tərəfindən) nizədir. Güman edilir ki, nizə apostol Faddey tərəfindən Ermənistana gətirilmiş və məhz bu səbəbdən də monastır öz hazırkı adını qazanmışdı.[8] "Geğardavəng" adı ilk dəfə 1250-ci ilə aid sənədli mənbələrdə qeyd olunmuşdu.[8] Bu faktın özü monastırı əsrlər boyu ermənilər üçün məşhur ziyarətgah yerlərindən birinə çevirmişdi. Apostollar Andrey və İoannın müqəddəs əmanətləri isə monastıra XII əsrdə bağışlanmışdı. Mömin ziyarətçilər sonrakı əsrlər boyunca monastıra əlavə torpaq ərazilərini, pullar, əlyazmalar və s. bu kimi hədiyyələr bağışlayırdılar. XII əsrdə mağara hücrələrinin birində məşhur erməni tarixçisi Mxitar Ayrivanetsi yaşamışdı.[8] Əfsanəvi nizədən savayı, tətbiqi incəsənətə aid heç bir əşya qorunub saxlanılmamışdı. Nizə dəstəyinin sonuna kənarları genişlənən yunan xaçı ilə bəzədilmiş rombşəkilli lövhə əlavə olunub. Hal-hazırda Eçmiədzinin xəzinəsində saxlanılan həmin nizəyə 1687-ci ildə xüsusi gümüş və qızıl suyuna çəkilmiş xüsusi bir örtük hazırlanmışdı. Bu örtük, XVII əsr erməni sənətkarlığının ən bariz nümunələrindən sayılır.[8]

Monastır kompleksinin planı

Əsas (qərb) girişinin yuxarısında kiçik mağara hücrələri yerləşir, yaxınlıqdakı təpənin yamaclarında isə kapella, xaçkar və digər tikililər oyulmuşdur. Kompleks üç tərəfdən qala divarları, bir tərəfdən isə sıldırım qayalarla əhatə olunur, məbəd boyunca irəlilədikcə qurban mərasimləri - matağ zamanı istifadə olunan ikinci (şərq) qapısı, həmçinin dərə üzərindən keçən körpü ilə qarşılaşırsan.

Monastır həyətin perimetri boyunca yerləşən bir və ikimərtəbəli xidməti otaqlar, tikildiyi dövrdən bu yana düz iki dəfə yenidən qurulmuşdular (ilk dəfə XVII əsrdə, daha sonra isə 1968—1971-ci illərdə). Məlumdur ki, rahiblərdən əksəriyyəti qala divarlarının hüdudları kənarında yerləşən qayanın içində yaradılmış həmin bu hücrələrdə yaşayırdı.[3]

Qayaların bütün uzunluğu boyunca xaçkarlar həkk olunmuşdu.[3] Əsas mağara tikililərini əhatə edən 20-dən artıq müxtəlif forma və ölçülərə malik tikililər möhkəm qaya massivindin üzərində oyulmuşdu. Onlardan hansılar ki, kompleksin qərb hissəsində yerləşir, daha çox xidməti məqsədlər üçün nəzərdə tutulurdu, yeridə qalanları isə - yarımdairəvi apsidası olan düzbucaqlı kapella və altardır. Ərazidə həmçinin bir tək giriş qapısı olan qoşa və üçlü da mövcuddur, həmin qapılar zəngin ornamentlərlə bəzədilib.[3] Monastır kompleksinin daxilində, ölənlərin xatirəsini daim əziz tutmaq və ya keçmişdə kilsəyəbağışlanılan hədiyyələr haqqda məlumat vermək məqsədilə, qayalarda və ya tikililərin divarlarında çoxlu sayda nəfis işlənilmiş xaçkarlar yerləşir.[12]

Yazılı abidələrdə 1160-cı il qeyd olunmasına baxmayaraq, əsas kilsə, yəni Katogike qardaşlar İvane və Zakarenin himayəsi altında 1215-ci ildə inşa edilmişdi.[13] O, kompleksin ən böyük və ənənəvi olaraq ən çox ehtiram bəslənilən kilsəsidir. Kilsə alınmaz bir dağın düz qarşısında inşa edilib. Kilsə planının xarici konturları kvadrata daxil edilmiş bərabərqollu xaçı xatırladır və dördkünc əsasın üzərində yerləşən günbəzlə örtülmüşdür. Künclərdə isə ikimərtəbəli, silindrik qübbəli və xarici divara çıxan pilləkənli kapellalar vardır. Kilsənin daxili divarları monastıra gətirilən hədiyyələr barədə çoxlu yazılar ehtiva edir.[14]

Katogikenin cənub fasadında gözəl oyma bəzəklər ilə bəzədilmiş qapılar quraşdırılıb.[4] Timpan nar ağacının budaqlardan sallanan meyvələrin və ona sarmaşan üzüm çiçəklərinin şəkilləri ilə bəzədilib. Göyərçin fiqurları günbəzlə xarici daşıyan konstruksiya arasında yerləşir. Göyərçin başları qapı tərəfə çevrilib. Kilsə qapısının üzərində şirin öküzə hücumu təsvir olunmuşdu; bu cür ornamentlər knyaz qüdrətini simvolizə edir.

Günbəzin üstü tağlı təbili ətraflı olaraq quşların və heyvanların başlarını, eləcə də insan şəxslərini relyef şəklində təsvir edir.[4]

Qavitdə yerləşən 1213-cü ilə aid xaçkar, usta Timot və Mxitar

Əsas kilsədən qərb istiqamətində yerləşən qayalıqda riznitsa bərkidilib. Əsas kilsə ilə yeraltı yollar vasitəsilə birləşən riznitsa, 1215-1225-ci illər arasında inşa olunmuşdu.[4]

4 ədəd massiv və azad şəkildə dayanan sütun, öz üzərində dəlikli daş qübbəni saxlayır. Qübbənin mərkəzindəki dəlikdən otağa işıq düşür. Sütunların müvafiq yerləşməsi sütun nəticəsində əmələ gələn periferik otaqların müxtəlif damları vardır, halbuki mərkəzi otağın günbəzlə stalaktitlərlə örtülmüşdür - bu cür memarlıq üslubu və texnikası, Ermənistan ərazisində ən yaxşı nümunələrdən biri hesab olunur. Qavit təlim və sərbəst toplanış, eləcə də uzun yol qət edən zəvvarları qəbul etmək üçün üçün istifadə olunurdu.

Qərb darvazaları kompleksin başqa giriş hissələrindən, özünün mükəmməl nəbati naxışları ilə fərqlənir. Timpanın səthi, müxtəlif formalı gül ləçəkləri olan böyük gül və onlarla birləşən budaq və uzunsov yarpaq ornamentlərindən ibarətdir.[15]

Bulaqlı qaya kilsəsi

[redaktə | mənbəni redaktə et]
Kilsənin qayadan yonulmuş stalaktitli gümbəzi

İlk mağara kilsəsi - yəni Avazan (hərfi mənası "bulaq"), qavitdən şimal-qərb istiqamətində yerləşir. O, 1240-cı ildə qədim bulaqlı bir mağaranın (bütpərəstlik dövründə ibadət yeri) yerində inşa olunmuşdur.[8]

Bütövlükdə qaya içərisində yonulmuş kilsənin planı bərabərtərəfli xaçı xatırladır. Daxildən iki kəsişən hissədən ibarət olan binanın üstü stalaktitli gümbəz ilə tamamlanır. Kilsənin kitabəsində verilən məlumata görə onun memarı Qaldzakdır.[16] Həmin memar həm də qırx ildən artıq müddət ərzində kompleksə daxil olan digər kilsələrin və jamatunun inşası ilə məşğul olmuşdu. Onun adı tirlərin kəsişdiyi yerdə, narın təsvirləri ilə bəzədilmiş relyefin üzərində həkk olunmuşdu. Planda dördbucaqlı olan kilsənin əsas məkanı, kafedra, altarla birləşən apsida və həmçinin iki dərin taxçalarla taclanıb. Bütün bunlar interyerə yarımçıq qalmış xaçşəkilli günbəz formasını verir. Bir-biri ilə birləşən iki cüt sivri qübbə kilsənin yuxarı hissəsini formalaşdırır, divarların qalan hissəsi isə yarımsütunların üzərində durur. Qavitdə olduğu kimi, qübbənin daxili səthini, yarımsütunların kapitellərini, eləcə də altar ilə apsidanın yarımdairəvi çıxıntılarını incə stalaktit (və ya müqərnəs) motivləri bəzəyir. Kompozisiya baxımından, cənub divarının bəzək elementləri daha maraqlıdır. Onun üzərində quraşdırılmış üçlü qüvslər və müxtəlif formalı apsidalar, yuxarıdan və aşağıdan məharətlə yaradılmış bitki naxışlarının köməyi ilə birləşir.[4]

Proşyanların türbəsi və Tanrı Anasının ikinci mağara kilsəsi (Astvatsatsin) Avazanın şərq hissəsində yerləşir.[4] Onların hər ikisi çox güman ki, Qaldzak tərəfindən 1283-cü ildə qayanın dərinliyində oyulmuşdu. Bundan başqa, onlar qavitin arasından keçməklə keçid yaradırlar. Jamatun demək olar ki, qayanın içərisində oyulmuş, divarları isə dərin relyeflərlə bəzədilmiş kvadrat otaqdır. Tağlı keçidin üzərindəki şimal divarında yerləşən relyef, o dövr üçün kifayət qədər köhnəüslublu olanmasına baxmayaraq, çox maraqlı kilsə detallarından biridir: divarın ortasında boyunlarında zəncirləri olan iki şirin heykəli yerləşir. Onların başları müşahidəçiyə tərəf çevrilib; onların quyruqları yuxarıya baxan əjdaha başlarına bənzəyir. Bütün bunlar divardakı relyefi bütpərəstlik dövründə çəkilən rəsmlərə bənzədir. Şirlərin arasında, yəni zəncirin yuxarısında qanadlarını açmış, caynaqlarında isə quzunu tutan qartal heykəli quraşdırılıb. Bu - ehtimala görə, Proşyan knyaz nəslinin simvoludur.

Şərq divarının relyefləri daha da naxışlıdır. Kiçik kapella və Astvatsatsin kilsəsinə olan giriş düzbucaqlı haşiyələrlə bəzədilmiş və xaçabənzər iki ayrıca relyeflə birləşmişdi. Kapella qapılarında sirenalar, kilsənin divarlarında isə, əlləri dirsəklərində bükülmüş, uzun paltar geymiş və başları üzərində nimbləri olan insan fiqurları təsvir olunub. Çox güman ki, bunlar knyaz nəslinin üzvləridir. Döşəmənin altında sərdabə yerləşir.[9]

Jamatunun arxasındakı qaya kilsəsi

[redaktə | mənbəni redaktə et]
Kilsənin gümbəzi

Türbədən keçən yol ikinci mağara kilsəsinə aparır. O, yazılarda göstərildiyi kimi, knyaz Proşun maliyyə dəstəyi ilə 1283-ci ildə tikilib. Planda xaçşəkilli formaya malikdir. Onun bucaqları əyridir, günbəz barabanı isə qalın pəncərələrlə növbələnən yarımsütunlarla qeyd edilmişdir. Günbəz halqa ilə bəzədilib. Divarların səthi heyvanları, hərbçiləri, xaçları təcəssüm etdirən və həmçinin bitki motivləri əsasında yaradılan relyeflərlə bəzədilib.[17]

Üçyarpaq və ya dördyarpaq formasında olan stalaktitlərdən fərqli olaraq, Astvatsatsin (Tanrı Anası) kilsəsinin bəzəkləri içərisinə müxtəlif həndəsi fiqurlu rozetlər də əlavə edilmişdi. Altar kafedrasının ön girişinin bəzədilməsində isə, düzbucaqlı dördbucaqlardan və ya rombşəkilli naxışlardan istifadə olunmuşdu. Məsələn, keçinin realistik təsviri altar pillələrinin qovuşuğunda tapılmışdır. Bundan başqa, altar apsidasının solunda yerləşən xaçkarda insan fiqurları aşkar edilmişdir. Ehtimala görə, sağ əlində əsa tutan insan fiquru, kilsənin əsasını qoymuş knyaz Proşdur. Sol əlində aşağı salınmış nizəni tutan və nəfəs alətinə üfürən başqa fiqur isə, demək olar ki, profildən təsvir olunmuşdur.

Yuxarı jamatun

[redaktə | mənbəni redaktə et]
Yuxarı Jamatunun daxili görünüşü

Papak və Ruzakanın jamatunu xarici pilləkənlər qismində 1288-ci ildə, Proşyan türbəsindən şimalda və ikinci səviyyədə inşa olunmağa başlamışdı (o qavitə aparan qapının yaxınlığında yerləşir). Digər tikililər kimi, yuxarı jamatun da qayanın içərisində oyulub. Onun forması, qavitin formasını təkrarlayır. Onun daxilində knyazlar Merik və Qriqorun məqbərəsi, eləcə də digər şahzadələrin qəbirləri yerləşir (qəbirlər hal-hazırda itkin düşüb). Divardakı yazı göstərir ki, jamatunun inşası 1288-ci ildə tamamlanmışdı.[8]

Yuxarı jamatuna aparan dəhlizin cənub hissəsində çoxsaylı xaçlar cızılıb. Bütöv daşın içərisində oyulmuş sütunlar, trazpesiya çərçivənin içərisinə uyğunlaşdırılmış, planda kvadrat şəklində olan və daha kiçik ölçülərə malik yarımdairəvi tağları saxlayırlar. Onlar sferik (kürəvi) günbəzin əsasını təşkil edirlər. Günbəzin zirvəsindən otağa işıq daxil olur; otağın sağ küncündə yaradılmış dəlikdən isə, türbənin aşağı mərtəbəsini görmək imkanl yaradılır.

Bu jamatun görkəmli akustikaya malikdir.

Müqəddəs Qriqori kapellası

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Maarifçi Qriqori kapellası (əvvəlki adı Tanrı Anası kapellası) 1177-ci illər arasında inşa edilmişdi. O, monastır girişindən yüz metr aralıda, yolun üzərində yerləşir. Kapella qismən bərk qayanın içərisində yonulub və, çox güman ki, onun strukturuna oradakı qayanın forması təsir göstərib. Düzbucaqlı planı olan və nalşəkilli apsidaya malik kapella, şərq və şimal-şərqdən müxtəlif səviyyələrdə qazılmış və hətta bir-birinin üstündə yerləşən əlavə tikililərlə və dəhlizlərlə birləşir.

Suvaq izləri və fraskaların qalıqları, kapellada bir zamanlar nəqqaşlıq nümunələrinin olduğunu göstərir. Müxtəlif ornamentləri olan xaçkarlar, həm xarici divarlara quraşdırılıb, həm də ətrafdakı qayalar üstündə cızılıb.

Geğard monastır kompleksinin xoru 10-13 fevral 2010-cu ildə Belorusiyanın Qrodno şəhərində keçirilən "Kolojski blaqovest" adlı dini musiqi festivalında "qran pri" almışdır[18].

  1. Борис Владимирович Иогансон - Искусство стран и народов мира Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Сов. энциклопедия, 1962, səh. 122-123
  2. 1 2 3 Игор Ушаков - 777 чудес света Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine, т.2, səh. 107
  3. 1 2 3 4 5 6 7 "Monastery of Geghard and the Upper Azat Valley". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-17.
  4. 1 2 3 4 5 6 7 Jean-Paul Labourdette, Dominique Auzias - Армения Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine, Petit Futé, səh. 180-181
  5. Степан Хачатурович Мнацаканян, Констандин Левони Ховнаннисян, Александр Арамович Саинян - Очерки по истории архитектуры древней и средневековой Армении, Изд-во АН Армянской ССР, 1978, səh. 123-125, 143-146 erm. {{{1}}}
  6. Арцвин Григорян, Нонна Степанян - Ереван, Гарни, Гегард, Эчмиадзин, Аштарак, Изд-во "Искусство", 1985, səh. 160-163
  7. Монастырь Гегард Arxivləşdirilib 2019-02-03 at the Wayback Machine, Армянское Бюро путешествий, İstifadə tarixi: 21 mart 2015
  8. 1 2 3 4 5 6 7 8 9 10 Nver Antonyan - Armenian Churches Around The World Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, vol. I, səh. 101-111
  9. 1 2 MONASTERY OF GEGHARD Arxivləşdirilib 2010-04-04 at the Wayback Machine, worldheritagesite.org, İstifadə tarixi: 21 mart 2015
  10. Николай Михаилович Токарский - Гегард, Академия архитектуры СССР, 1948, 35 səh.
  11. Александр Арами Сахиниан – Архитектурные памятники Гарни и Гегарда, Айастан, 1969, səh. 28-41
  12. Lucy Der Manuelian – The monastery of Geghard: a study of Armenian architectural sculpture in the 13th century, Boston University, 1980, səh. 732-736
  13. Вараздат Мартиросович Арутюнян, Вараздат Мартиросович Арутюнян – Каменная летопись армянского народа, Изд-во "Советакан грох", 1985, səh. 42-48
  14. Николай Михайлович Токарский – Архитектура древней Армении,Изд-во Академии наук Армянской ССР, 1946, səh. 124-128
  15. Шмавон Рубенович Азатян – Порталы в монументальной архитектуре Армении IV-XIV вв, Советакан Грох, 1987, səh. 43-45
  16. Böyük Sovet Ensiklopediyası, Geğard Arxivləşdirilib 2019-09-23 at the Wayback Machine məqaləsi
  17. Лидия Александровна Дурново – Очерки изобразительного искусства средневековой Армении, Искусство, 1979, səh. 87-93
  18. ИА PanARMENIAN:"Хор монастыря Гегард получил «Гран при» на фестивале духовной музыки в Белоруссии"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]