Göy Mələkləri Məbədi — Ermənistan respublikası Üçkilsə rayonunun ərazisində, İrəvan – Üçkilsə yolunun 18 – ci kilometrliyində, Üçkilsə şəhəri yaxınlığında yerləşən erməni məbədi.
Göy Mələkləri məbədi | |
---|---|
Զուարթնոց Zvartnots | |
40°09′51″ şm. e. 44°20′13″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | Üçkilsə |
Yerləşir | Armavir mərzi |
Aidiyyatı | EQK |
Sifarişçi | Katolikos III Nerses |
Tikilmə tarixi | 643-652 |
Üslubu | Erməni memarlığı |
Material | tuf, süngərdaşı və dəvəgözü daşı |
Vəziyyəti | xarabalıqları qalıb |
Rəsmi sayt | whc.unesco.org/en/list/1… |
Rəsmi adı: Cathedral and Churches of Echmiatsin and the Archaeological Site of Zvartnots | |
Tipi | Mədəni |
Kriteriya | ii, iii |
Təyin edilib | 2000 |
İstinad nöm. | 1011 |
Dövlət | Ermənistan |
Region | Qərbi Asiya |
İstinad nöm. | 4.2/13 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məbəd VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilmişdir. Məbədin inşasına 642 – ci ildə başlanmışdır. Alban tarixçisi Moisey Kalankatlı məbədin hələ tamamlanmasına baxmayaraq artıq 653 – cü ildən ibadətə açılmasını bildirir.[1] 653 – 659 – cu illərdə Nerses Dvində olduğundan, məbədin inşaat işlərinə Anastas Akarratsi rəhbərlik etmişdir. Lakin ərəblərin Dvinə yaxınlaşması və Bizans qüvvələri ilə Ərəb Xilafəti arasında toqquşmaların çoxalmasından sonra III Nerses Dvindən Göy Mələkləri məbədinə qayıtmışdır.[2]
Lakin X əsrdə bina uçaraq dağılmış və bir daha bərpa olunmamışdır. Bununla belə X əsrdə güclənən Ani çarlığının hökmdarı I Qagik Baqratuninin saray memarlı Memar Trdat Göy Mələkləri məbədinə oxşar ikinci bir məbədi qədim Ani şəhərində inşa etdirmişdir. Tarixi mənbələrdə Qaqikaşen adıyla anılan bu məbədin də taleyi Göy mələkləri məbədinin taleyinə oxşamış və o da tezliklə uçaraq dağılmışdır.[3]
Hazırda ermənilərin Zvartnos adlandırdıqları məbədin ətrafındakı yaşayış yerlərinə ilk ermənilərin gəlişi XVI – XVII əsrlərdə, kütləvi gəlişi isə XIX yüzilin əvvəllərinə təsadüf edir.[4]
Məbədin xarabalıqlarında 1901 – 1907 – ci illərdə arxeoloqlar tərəfindən arxeoloji tədqiqatlar aparılmağa başlanmışdır. Vardapet Kacik Dadyanın rəhbərlik etdiyi bu ilk qazıntılarda məbədin qalıqları aşkarlanara üzə çıxarılmış, saray binası və şərab emalatxanası aşkarlanmışdır.
Bundan başqa burdan tapılan 2,7 m hündürlüyündə daş sütun üzərindəki Urartu çarı I Rusaya (e.ə. 740 – 714) məxsus 47 sətir mixi yazılı kitabə bu məbədin hansısa qədim bir məbədin yerində ucaldılmasını güman etməyi imkan vermişdir.[5]
Binanın memarlıq quruluşu mürəkkəb struktura malik olub üç yaruslu olmuşdur. İlkin görünüş 1905 – ci ildə məbəd ərazisində aparılan arxeoloji tədqiqatlarda birbaşa iştirak etmiş Toros Toromanyan tərəfindən bərpa edilmişdir.[1] Lakin bəzi tədqiqatçılat (S. Mnatsakanyan və A. Kuznetsov kimi) Toromanyanın bərpa layihəsini qəbul etməyərək əlavə plan işləmişlər. Toromanyanın layihəsinə fikir bildirən Kuznetsov həmin layihəni "memarlıq baxımından məntiqsiz" adlandırmışdır.[6]
Məbədin mozaik tərtibatlı interyeri və tetrakonxları inşa zamanı yunan memarlığından təsirlənmələri sübut edir. Abidə 2000 – ci ildə Üçkilsə abidələri ilə birgə UNESCO – nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.[7].