Ermənistanın çar və knyaz sülalələri Çar sülalələri
Knyaz sülalələri
Dövlətçilik xronologiyası
|
Orbelyanlar (erm. Օրբելյան, Օրբէլեանք) və ya Liparitlər (gürc. ლიპარიტები) — 1211–1435-ci illərdə nümayəndələri Sünik knyazlığında (müasir Ermənistan Respublikasının Sünik və Vayotz Zor mərzləri, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin bir hissəsi və Naxçıvan Muxtar Respublikasının şimal hissəsi[1]) hakimiyyətdə olmuş erməni[1][2][3][4] knyaz sülaləsi.
Orbelyanlar sülaləsinə irsi olaraq olaraq knyaz, knyazlar knyazıəmirspasapar və atabəy titulları keçmiş, hətta bu sülalənin nümayəndələrindən birinə monqollar tərəfindən "çar" titulu verilmişdi. Sünik yepiskopluğu da irsi olaraq Orbelyanlar sülaləsinin əlinə keçmişdi. Orbelyanların iqamətgahı müxtəlif dövrlərdə Arpa kəndində (erm. Areni) yerləşən Alagöz (erm. Yegegis) ərazisi, daha sonra isə hazırda da sülalənin türbəsi yerləşən Yenivəng olmuşdur. Orbelyanların Yenivəngdə bir neçə məzar daşı üzərində həkk olunmuş nəsil gerbində şir təsvir olunub.
Orbelyanların sülalə tarixini yazmış (1297–1300-cü illərdə[5] Yenivəngdə tamamlanıb) Stepanos Orbelyanın qeydinə görə sülalənin mənşəyi "Cəng" ölkəsinin zadəgan sülaləsi ilə bağlıdır, sonradan Orbelyanlar əvvəlcə Gürcüstan ərazisinə, daha sonra isə Sisakana köçməyə məcbur olmuşlar. Mənbədə qeyd olunur ki, Orbelyanlar sülaləsinin əcdadları Gürcüstan ərazisinə Dəryal keçidindən keçərək gəlmişdilər.[6] Bu isə o anlama gəlir ki, Orbelyanların əcdadlarının yolu Alaniya (Osetiya və Xəzər ölkəsi) ərazisindən keçməli idi.[7]
Lakin, müasir erməni tarixçiləri (N. Adonts, Q. Qriqoryan və başqaları) belə hesab edirlər ki, "Cəng" adı altında Erməni dağları ərazisindəki bir ərazi (ola bilsin ki, Tayk ərazisi) və ya Gürcüstandakı bir ərazi nəzərdə tutulurdu.
Orbelyanlar Gürcüstan sarayında göstərdikləri igidlik və sadiqliyə görə bir neçə qala üzərində əmirspasapar (hakim) titulu almışdılar. Həmin qalalardan biri də müasir Gürcüstanın cənub hissəsində yerləşən Orbeti qalası (gürc. ორბეთის ციხე / orbetis tsixe) idi. Sülalənin adı da məhz bu qalanın adı ilə bağlı yaranmışdır.
1177–1178-ci ildə əmirspasapar İvane Orbelyan, öz vədini pozaraq qardaşı oğlu və taxtın hüquqi varisi Demetrinin taxta gəlməsinə imkan verməyən Gürcüstan çarı III Georgiyə qarşı knyazların üsyanına rəhbərlik etmişdir. Lakin, III Georgi knyazların böyük bir hissəsini (o cümlədən sonradan əmirspasapar titulu almış Zaxaryanları) öz tərəfinə çəkərək üsyançıların qüvvələrini parçalamağa nail olmuşdu. İvane Orbelyan isə III Georgiyə təslim olmuş və 1177-ci ildə edam edilmişdi. Onunla birlikdə Orbelyanların öndəgələn nümayəndələri də edam edilmiş, sülalənin bütün hüquqları əlindən alınmış və sağ qalmış nümayəndələri isə Gürcüstandan sürgün edilmiş və Sünikdə məskunlaşmışdır.
XII əsrin sonlarında Gürcüstan krallığı erməni zadəganları ilə birlikdə türk-səlcuqlara qarşı azadlıq hərəkatına başlayır. Erməni və gürcü zadəganlarını öz ətrafında daha sıx birləşdirmək məqsədi ilə III Georginin qızı çariça Böyük Tamara atasına qarşı çıxmış bütün zadəganları bağışladığını elan edir və onların Gürcüstana qayıda biləcəyini bildirir. Digər zadəganlarla birlikdə knyaz II Liparit Orbelyanın kiçik oğlu İvane də Gürcüstana qayıdır, Orbelilərin keçmiş mülklərindən yalnız Orbeti qalası ətrafında kiçik bir ərazi ona qaytarılır. Knyaz II Liparitin böyük oğlu I Əliqum isə Sünikdə qalaraq sülalənin Sünik qolunu davam etdirir. 1184-cü ildə I Əliqumun öldürülməsindən sonra, Orbelyanların Sünik qoluna I Əliqumun səlcuqlu əsirliyindən azad edilmiş oğlu knyaz III Liparit başçılıq etmişdir. Səlcuqlara qarşı döyüşən gürcü-erməni ordusunun əsas sərkərdələrindən biri olan İvane Mxraqdzelinin vasitəçiliyi ilə Gürcüstan çarı IV Georgi Laşa knyaz III Liparit Orbelyanın yerli hakim kimi tanımış, Sünik, Geqarqunik, Vayots-Zor ərazilərində, Kayen qalası, Kotayk vilayətinin ətrafı ilə birlikdə Ellər kəndi ərazisində onun geniş hakimiyyətini təsdiqləmişdir. Bununla da Orbelyanlar Qafqazın ən nüfuzlu sülalələrindən biri olmuşlar.[1]
1236-cı ildə Çormoğon Noyonun başçılıq etdiyi monqol-tatar ordusunun Qafqaza yürüşü başlandı. Bütün yerli hökmdarlar monqolların hakimiyyətini qəbul etdilər. III Liparitin varisi knyaz Əliqum Orbelyan da monqolların hakimiyyətini qəbul edir. Monqollarla danışıqlardan sonra o, öz hakimiyyətini saxlaya bilsə də, ordusu ilə birlikdə monqolların sonrakı yürüşlərində iştirak etməyə məcbur olur. Sonradan iqamətgahı Qaraqorumda yerləşən xanla əlaqələri sayəsində knyaz II Smbat Orbelyanlar nəslinin vəziyyətini xeyli yaxşılaşdırır.
1249-cu ildə gürcü və erməni knyazları monqol hakimiyyətinə qarşı üsyan qaldırdıqları zaman, knyaz II Smbat Orbelyan açıq şəkildə üsyançılara qoşulmasa da, gizlin şəkildə onları dəstəkləyir (belə ki, vassal hakimi Tahkrequl vasitəsiylə Smbat Svaneti knyazı Davidin monqol əsirliyindən qaçmasına kömək edir). II Smbat özü isə Qaraqorumda üsyanla əlaqəsi olmadığını isbat edə bilir.
XIII əsrdə Orbelyan, Zaxaryan və Proşyan sülalələri arasında hakimiyyət uğrunda feodal müharibəsi baş verir. 1259-cu ildə Münke xanın ölümündən sonra gürcü knyazları və bir neçə erməni knyazı yenidən monqol hakimiyyətinə qarşı üsyan qaldırırlar. Üsyanın təşkilatçıları Xaçın knyazı Həsən-Cəlal Dövlə və knyaz Zaxare Zaxaryan idi. Bu dəfə knyaz II Smbat Orbelyan daha ehtiyatlı davranaraq ümumiyyətlə üsyançıları dəstəkləmir. 1261-ci ildə üsyan yatırılır. Monqol hakimləri II Smbatın sadiqliyini qiymətləndirirlər; üsyanın yatırılmasından sonra ona "çar" titulu verilir və Təbrizə, monqol sarayına gətirilir ki, burada da 1273-cü ildə ölür.
II Smbatın ölümündən sonra onun kiçik qardaşı Tarsaiç Orbelyan hakimiyyətə gəlir və 1290-cı ilə kimi Sünik knyazlığını idarə edir. Knyaz Tarsaiçin ölümündən sonra onun oğlanları və qardaşı oğlu Liparit arasında Orbelyanların Dvin, Gərni və Bərgüşad ərazilərində hakimiyyətlərinin bölünməsi üstündə anlaşmazlıq yaranır. Knyaz Tarsaiçin hakimiyyətə gəlmiş böyük oğlu II Əliqum Orbelyan (1290–1300-cü illərdə hakimiyyətdə olmuşdur) sülalənin hakimiyyəti altında olan ərazini qardaşları arasında bölür və bu da sülalənin hakimiyyətini xeyli zəiflədir. Knyaz II Əliqumdan sonra onun hakimiyyətə gəlmiş oğlu Burtel Orbelyan sülalənin yeni bir qolu olan Burtelyanlar nəslinin əsasını qoyur. Burtelin ölümü türkan tayfaları və Əmir Teymurun yürüşü ilə 1385-ci ildə Orbelyanların Sünik knyazlığındakı hakimiyyətinə son qoyuldu.
Urud qalasında həbs edilən Sünik knyazı Smbat Orbelyan əsir götürülərək Səmərqəndə göndərilir və yalnız məcburi şəkildə İslamı qəbul etdikdən sonra geri qayıda bilir. Knyaz Smbatın oğlu Beşken Orbelyanların taxtını tərk edərək Loru ərazisinə köçməyə məcbur olur. Beşkenin oğlu Rüstəm Orbelyan Təbrizdə məsləhətçi olmuş və bəy titulu daşımış, həmçinin Orbelyanların Sünikdəki ənənəvi mülklərinin bir hissəsinə sahib olmuşdur. 1437-ci ildə Sofyanın rəhbərlik etdiyi ordunun Təbrizdə məğlub olmasından sonra Rüstəm Orbelyan Süniki tərk edərək Loruya köçməyə məcbur olmuş və öz torpaqlarını Tatev monastırına satmışdır.
Baxmayaraq ki, Orbelyanlar sülaləsinin bir çox nümayəndələri Sünikdə yaşamağa davam edirdilər, knyaz sülaləsi kimi Orbelyan nəsli öz gücünü itirərək kiçik məlik nəsillərinə parçalanmışdı. XVI–XIX əsrlərdə Sünikdə mövzud olmuş əksər məlik nəsilləri öz əsasını məhz Orbelyanlar sülaləsindən götürmüşdür; həmin nəsillər arasında Tatev məlikləri olan Orbelyanlar nəsli də var.
Orbelyanlar Sünikdə hakimiyyətdə olduqları dövrdə farslar, monqol-tatarlar və türklərdən vassal asılığında olsalar da, ümumilikdə onların hakimiyyəti dövrü Erməni mədəniyyətinin çiçəklənməsi dövrü kimi qiymətləndirilir.[10] Orbelyanlar Sünik ərazisində aktiv mədəni-quruculuq işləri ilə məşğul olmuşdular.
Orbelyanların hakimiyyəti dövründə çoxlu memarlıq abidələri – onlarla qalalar və qəsrlər, karvansaralar və körpülər – inşa edilmiş və bərpa olunmuşdur. XIII əsrd knyaz Tarsaiç Orbelyan Arenidə saray inşa etdirmişdi.
1216-cı ildə knyaz Liparit Orbelyanın göstərişi ilə qədim politeist məbədi yerində inşa edilmiş, lakin zəlzələ nəticəsində dağılmış kilsənin yerində Noravəng (Yenivəng, Amağu) adlı yeni kilsə binasının inşasına başlanılır. Kilsənin inşaat işləri 1227-ci ildə tamamlanır. 1275-ci ildə Noravəng ərazisində Orbelyanların ailə türbəsi rolunu oynayan daha bir kilsə inşa olunur. 1339-cu ildə knyaz Burtel Orbelyan Noravəngdə Müqəddəs Tanrı anası kilsəsini (sifarişçisinin şərəfinə həm də Burtelaşen adıyla tanınır) inşa etdirir.
1326-cı ilin əvvəlində İpək yolunun strateji əhəmiyyətli hissəsində — Səlim aşırımında Səlim karvansarasının inşasına başlanmış və inşaat işləri 1332-ci ildə tamamlanmışdır. Karvansaranın inşasını Çesar Orbelyan və onun qardaşları sifariş etmişdi. Bu haqda abidənin kitabəsində qeyd edilir:
“Böyük və rəhmli Allahın adı ilə, Bussəid xanın hakimiyyəti dövründə, mən Çesar, knyazlar knyazı Liparitin və Annanın oğlu, İvanenin nəvəsi, Orbelyanlar sülaləsindən olan Burtel, Smbat və Əliqum adlı şir kimi qardaşlarımla, həyat yoldaşım Sərəkərimlər nəslindən Vardanın qızı Xorişə və ....., bu ibadət evini öz hesabımıza, özümüzün, valideynlərimizin və Məsihə inanan qardaşlarımızın, qardaşlarım və mənim övladlarım Sərkisin, keşiş Hovannes, Kürd və Vərdanın ruhlarının xilas edilməsi üçün inşa etdirdik. Siz qəriblərdən Məsihə ünvanlanmış dualarınızda bizi də yad etmənizi xahiş edirik. İnşaat işinə Yesayinin müqəddəs xidməti dövründə başlanmış və onun duaları ilə 1332-ci ildə tamamlanmışdır.”[11] |
Orbelyan sülaləsindən olan knyazlar həm də elm və incəsənətin inkişafına təkan vermişlər. Onların himayəsi altınd, Nerses Mşeçi və Yesai Nçeçi 1282-ci ildə Tanaat monastırında Qladzor universitetini yaratmışlar. Universitet 1338-ci ilə kimi fəaliyyət göstərmişdir. Universitetin yetişdirmələri arasında tarixçi Stepanos Orbelyan, filosof Hovannes Vorotneçi, miniatürçülər Toros Taronatsi və Avaq, həmçinin Noravəngin memarlarından biri olan rəssam-memar Momik də vardır.
The third great family of Armenia was the Orbelians of Siounia. Siounia was the large canton to the east of the country, which stretched from Lake Sevan to the southernmost bend of the Araxes. Siounia was subdivided among various members of the princely house, and possessions seem to have changed hands among them fairly frequently. There were main branches of the family; of the elder the head at the time of Sembat’s martyrdom was the Grand Ischkan Sembat whose possessions lay on the west of Siounia, including Vaiotzor and Sisagan (which he apparently acquired from his cousins of the younger branch) and extending down to Nakhidchevan. He had married an Ardzrouni princess, Sophie, Gagic’s sister, and was one of the most prominent figures in Armenia. His brother Sahac owned the districts of Siounia on the east, with his capital probably at Erendchac; a third brother Papgen, the villain of the family, owned a town or two on the east and was jealous of his richer brothers; a fourth, Vasac, had already been killed in the interminable civil wars. The possessions of the younger branch clustered round Lake Sevan.
The subjects of Iwanē's family were the Orbelians, Khaghbakians, Dopians, HasanJalalians and others (see Map 4).18 The representatives of these major Armenian families entered into direct contact with the Mongols in order to retain their conquered lands, the discussion of which follows in nest chapters.
The Orbelian family were Armenian nobles who established close relations with Mongols and were loyal servants of the II-Khans.
При Захаридах выдвинулись новые армянские княжеские роды — Вачутяны, Прошяны, Орбеляны, Допяны, получившие обширные владения в освобожденных областях Армении.
When the Orbelians served under the Mongols, Siunik' was a refuge where Armenian culture flourished.