Erten-Kort (çeç. Эртинан Корта) — Çeçenistanın Vedeno rayonunda dağ zirvəsi. Dəniz səviyyəsindən yüksəklik 1162 metrdir. Ən yaxın yaşayış məntəqələri Xaji-Yurt, Quni və Benoy kəndləridir. Dağ müqəddəs yer sayılır. Burada iki zirvə var: Lakxa Ertinan Korta və Laxa Ertinan Korta. Bu bölgədə əsasən çeçen etnik cəmiyyətinin üzvləri — taypalar Qunoy(Quno) yaşayır.
Erten-Kort | |
---|---|
çeç. Эртинан Корта | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Qafqaz dağları |
Mütləq hündürlüyü | 1162 m |
Yerləşməsi | |
43°03′44″ şm. e. 46°04′24″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
Toponimikada və vaynaxların dilində dağın adına yaxın bir neçə söz mövcuddur: эртина, йортой. Ola bilsin ki, göstərilən sözlər çay adıdır. Hansı ki, Vəftizçi İohannın İordan çayı sahilində İsa peygımbəri vəftiz etmişdir. O üzdən toponim bu adla əlaqəlidir — йорда, жьорда[1]. Başqa bir versiyaya görə dağ öz adını Горга-лам — "yumuru" sözündən götürmüşdür. Bu dağın xarici görünüşü yumuru olmasına görə deyil, zirvədə xüsusi ritual keçirmə yeri olduğuna görə.[2]
Bir çox mənbələrdə göstərilir ki, Ertina dağı qədim dini ritual yeri olmuşdur. Sa-Vedeno kəndinin cənub-qərb kənarlarında müqəddəs yer var. Keçmişdə bu yerdə məbəd olmuşdur. Məbəd Xulxulay çay vadisində yaşayan əhali üçün müqəddəs məkan hesab olunurdu. Əsasən də Ersenoy və Qunoy toxumları üçün ərazi müqəddəs idi. Bu tayp toxumları Erten-kort dağının şərq yamaclarında yaşayırdılar[3].
Dəyişmiş müqəddəslik və kult anlayışları Erten-Kort dağına pərəstiş üçün əsas ola bilərdi. Müsəlmanlar arasında belə bir inanc var ki, müqəddəslər məclisi ildə bir dəfə bu yerdə keçirilir. 1864-cü ildə həbs olunana qədər müqəddəs, müdrik Kunta-Xadji Kişiyev bu yerlərdə, Xyajin-Evla qəsəbəsində yaşayırdı.[4] O "Qədiriyyə" tarikan təriqətinin xalq arasında ən məşhur və sevimli təbliğatçılarından biri idi. Burda Kunta Xdji Kişiyevin sümükləri və anasının qəbri saxlanır. Əraziyə Çeçenistan, Dağıstan və İnquşetiyadan olan müsəlmanlar ziyarətə gəlir.
Dağ zirvələri də daxil olmaqla Çeçenistandakı bir sıra obyektlərdə Erten adı var. Məsələn: Erdıkort dağı. Hündürlüyü 1453 metr olan bu dağ İnzer və Fortanqa çayları arasında yerləşir.[2]