Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Eskulap dırmanantəlxəsi və ya Eskulap ilan — Suilanıkimilər fəsiləsinə aid ilan növü.
Eskulap dırmanantəlxəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Eskulap dırmanantəlxəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Uzunluğu 2 m təşkil edir (ən uzunu isə 2,25 m). Ümumi fonda sarı-boz-krem rənglərinin qarışığını təşkil edir.
Bu növ Şimal-qərbi İtaliyadan Qafqaza qədər olan ərazilərə yayılmışdır. Onlara Cənubi Moldova, Cənub-qərbi Ukrayna ərazilərdə görmək olar. Vaxtı ilə İran və Azərbaycanın cənub şərqində yayılmış Elaphe persica (Werner, 1913) yarımnövü hazırda Fars dırmanantəlxəsi adı ilə müstəqil növə çevrilmişdir.
Onlar əsasən ön dağlıq ərazilərdə yayılırlar. Bəzən 2000 m yüksəkliyə qədər yayıla bilirlər. Onlara daha çox çay və fındıq kolları arasında olurlar. Xüsusi ilə açıq və insnların çox olduğu ərazilərdən qaçırlar. Aktiv dövrləri apreldən başlayaraq oktyabr ayına qədər davam edir. Bəzən isə qışlamaya dekabrd gedirlər. Çütləşmə əsasən yerin altında baş versə də bəzən ağac üzərində baş verir. Bu hadisə may-iyun aylarına təsadüf edir. Mövsüm ərzində 4–10 yumuta qoyurlar(17–20 x 35–50 mm). 2–3 aydan sonra yumurtadan balalar çıxır.
Onlar əsasən gəmiricilərlə qidalanır. Əsas düşmənləri yırtıcı quşlar və məməlilərdir. Bu növ ilanlar Gürcüstan, Ukrayna və Rusiyanın Qırmızı Kitababına daxil edilmişdir.