Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru.[1]
Esmira Fuad | |
---|---|
Esmira Seyfəl qızı Fuad | |
Doğum tarixi | |
Doğum yeri | Xudat, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | professor |
İş yeri | AMEA Nizami adına Ədəbiyyat İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Üzvlüyü |
Amerika Bioqrafiya İnstitutu tərəfindən Güney Azərbaycan ədəbiyyatı üzrə ekspert, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. |
Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib[2].
Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb.
Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu"na, Almaniyanın Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun isə "Xocalı soyqırımı"na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub.
2008-ci ildə Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultaylarına nümayəndə seçilib. Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilib. 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə ilin alimi seçilib.
90-dan artıq artıq elmi, çoxlu sayda publisistik məqalənin və portrer yazıların müəllifi olan Esmira Fuadın,
Nəşrini nəzərdə tutduğu üç kitabdan birincisi — "Sözə sevdalılar" 2011-ci ilin sonunda çap olunub. Bu seriyadan "Sözə sevdalılar, üzü Təbrizə, II kitab" və "Güney Azərbaycan ədəbiyyatında modernizm" adlı monoqrafiyası isə hazırda çap prosesindədir.
Esmira Fuad Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür.90-a yaxın elmi məqalənin, onlarla ədəbi və publisistik məqalənin müəllifidir. Elmi məqalələri nüfuzlu xarici jurnallarda və ölkə daxili mətbuat orqanlarında çap olunub. O, "Güney Azərbaycan ədəbiyyatında poema janrı (inkişaf mərhələləri və problemləri)" mövzusunda doktorluq işini 2018-ci ilin martın 30-da böyük uğurla müdafiə edib.