Ali Diplomatiya Kolleci

Bakı Avrasiya Universiteti (BAAU) — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.

Bakı Avrasiya Universiteti
BAAU
Loqonun şəkli
Xəritə
40°24′21″ şm. e. 49°51′34″ ş. u.HGYO
Əvvəlki adları

Ali Diplomatiya Kolleci
1992-2005

Bakı Diplomatiya Universiteti
2005-2006
Əsası qoyulub 30 aprel 1992
Tip özəl
Rektor Səyavuş Qasımov
Tələbə sayı ~3.000
Şəhər Bakı
Ölkə
Ünvan Bakı, Ak. H.Əliyev küçəsi, 135 A, AZ1110
Sayt baau.edu.az

Bakı Avrasiya Universiteti 1992-ci il aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci (ADK) adı ilə təsis edilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyini yeni bərpa etdiyi ilk dövrlərdə diplomatiyabeynəlxalq münasibətlər sahəsində peşəkar kadrlara kəskin tələbatın qarşılanması zərurətindən yaranmış təhsil müəssisəsinin əsas məqsədi çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnmiş, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar hazırlamaq, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi.

1992-ci ildən 1993-cü ilin mart ayına qədər olan mərhələni Universitetin tarixində tələbə qəbuluna hazırlıq, eyni zamanda təhsil müəssisəsinin elmi-tədqiqat mərkəzi olaraq geniş və səmərəli fəaliyyətin qurulduğu dövr kimi xarakterizə etmək olar. Təsadüfi deyil ki, məhz bu dövrdə təhsil müəssisəsində respublikamız üçün tamamilə yeni olan sahələr: diplomatiya, xarici siyasət və Azərbaycanşünaslığa dair fundamental və tətbiqi problemlər araşdırılmış, müvafiq sahələr üzrə elmi nəşrlərin hazırlanması, həmçinin informasiya sisteminin təşkil istiqamətində mühüm işlər həyata keçirilmişdir.

Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Həmin qərara əsasən Ali Diplomatiya Kollecinə "Beynəlxalq münasibətlər", "Diplomatiya", "İqtisadiyyat və idarəetmə", "Beynəlxalq hüquq", "Jurnalistika", "Beynəlxalq jurnalistika", "Dilşünaslıq", "Sinxron tərcümə", "İngilis dili tərcüməçiliyi", "Sosiologiya", "Politologiya" ixtisasları üzrə kadr hazırlığına icazə verilmiş və tələbə qəbulunun test üsulu ilə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının nəzarəti altında keçirilməsi tövsiyə edilmişdir.

Təhsil müəssisəsi Azərbaycan Respublikası Prezidentinin 24.09.1994-cü il tarixli 212 saylı fərmanı ilə yaradılmış DAEK-in rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.1996-cı il tarixli 22 saylı qərarı ilə bakalavr pilləsində "Sinxron tərcümə", "Diplomatiya" və "Beynəlxalq əlaqələr" ixtisasları üzrə kadr hazırlığı aparan qeyri-dövlət ali təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmışdır.

Təhsil müəssisəsi 2005-ci il 30 iyun tarixədək Ali Diplomatiya Kolleci adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi rəyi əsasında Azərbaycan hökumətinin qərarı ilə təhsil müəssisəsinin adı 2005-ci il 30 iyun tarixindən dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılmışdır.

2006-cı il 26 may tarixindən etibarən təhsil müəssisəsinin adı yenidən dəyişdirilərək Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçmişdir. Hal-hazırda ali təhsil ocağı Bakı Avrasiya Universiteti kimi fəaliyyət göstərir.

Bakı Avrasiya Universitetinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirinin 2007-ci il 04 iyul tarixli 822 nömrəli əmri ilə beş il müddətinə xüsusi razılıq (lisenziya) verilmiş, 2012-ci il 10 iyul tarixli 1298 nömrəli əmri ilə lisenziyanın qüvvədəolma müddəti növbəti beş il müddətinə uzadılmışdır. 2017-ci il 31 may tarixindən Universitetə ali təhsil müəssisələri fəaliyyətini həyata keçirmək üçün müddətsiz xüsusi lisenziya verilmişdir.

Təhsil Nazirinin 23 aprel 2011-ci il tarixli 668 nömrəli əmri ilə yaradılmış akkreditasiya komissiyasının rəyi əsasında 2011-ci il 30 sentyabr tarixli 1587 nömrəli əmrlə Univerisitet beş il müddətinə akkreditə olunmuşdur. 2018-ci il 20 iyul tarixindən Universitet növbəti müddət (2017–2022) üçün akkreditasiyadan keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 yanvar tarixli 24573 №-li razılıq məktubu əsasında Azərbaycan Respublikası Təhsil Nazirınin 1999-cu il 14 may tarixli 11/346 №-li əmri ilə Universitetdə magistratura yaradılmışdır.

2019/2020-ci tədris ilindən İtaliya Respublikasının Genuya Universiteti ilə birgə proqram əsasında "Turizmin iqtisadiyyatı" ixtisaslaşması üzrə ikili diplom layihəsi həyata keçirilir. Həmin tədris ilindən həmçinin MBA proqramı fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 188 saylı qərarı ilə Bakı Avrasiya Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura yaradılmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, bir sıra istiqamət və ixtisaslar üzrə respublikamızda ilk dəfə olaraq kadr hazırlığının aparılması məhz Ali Diplomatiya Kollecinin adı ilə bağlıdır. Bu sırada beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, beynəlxalq iqtisadi münasibətlər, sinxron tərcümə (ingilis, alman, fransız, ərəb, türk), regionşünaslıq (ABŞ və Kanada; Avropa ölkələri, Yaxın və Orta Şərq ölkələri, Uzaq Şərq ölkələri) kimi ixtisasları qeyd etmək olar.

Yarandığı gündən etibarən Universitetdə ənənəvi streotiplərdən uzaq, demokratikliyi və özünəməxsusluğu ilə seçilən tədris prosesinin təşkili və idarəedilməsi həyata keçirilirdi. Hazırlanmış təhsil proqramlarının orijinallığı, beynəlxalq və milli əmək bazarının tələblərinə yüksək səviyyədə cavab verməsi nəticəsində respublikamızda özəl təhsil sektoruna ictimai münasibətin hələ tam aydınlaşmadığı bir dövrdə belə abituriyentlərin təhsil almaq istəyi ilə üz tutduğu ali məktəblər sırasında Ali Diplomatiya Kolleci həlledici yerdə qərarlaşmışdı. Universitet bu gün də öz statusunu və imicini lazımi səviyyədə saxlamaqdadır.

Keçən müddət ərzində Universitetin kadr hazırlığı strukturu əmək bazarının tələblərinə uyğun olaraq dinamik inkişaf etmiş, təkmilləşmişdir, hazırda bakalavriat, magistratura və doktorantura səviyyələrində respublikamız üçün əhəmiyyətli olan yeni-yeni sahələr üzrə kadr hazırlığı aparılır. Tədris prosesinə ölkəmizin elmi-pedaqoji ictimaiyyətinin qabaqcıl nümayəndələri cəlb olunmuşdur.

Universitet hazırda 4 beynəlxalq təşkilatın üzvüdür, dünyanın 70-dən çox nüfuzlu təhsil ocağı, elm mərkəzləri ilə təcrübə, tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlıq əlaqələrinə malikdir.

Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Ziyad oğlu Hüseynlidir. O, 1992-ci ildən Universitetin fəaliyyətinə rəhbərlik edib.

Bakı Avrasiya Universitetinin Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə Səyavuş Qasımov BAAU-nun rektoru vəzifəsinə təyin edilib.[1]

Regionşünaslıq və iqtisadiyyat

[redaktə | mənbəni redaktə et]

Fakültə təhsil müəsissəsinin fəaliyyətə başladığı vaxtdan yaradılmış, 2012-ci ilə qədər müxtəlif illərdə "Beynəlxalq münasibətlər", "Tətbiqi elmlər və iqtisadiyyat" adı ilə fəaliyyət göstərmişdir. 2012-ci ildən "Regionşünaslıq və iqtisadiyyat" adı ilə fəaliyyət göstərir.

Fakültədə ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır.

Təhsil əyani, qiyabi təhsilalma formaları və dissertantura üzrə həyata keçirilir.

Fakültənin kafedraları. Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir: "Humanitar fənlər və regionşünaslıq", "İqtisadiyyat və idarəetmə" və "Riyaziyyat və İKT" kafedrası

Fakültənin nəzdində beynəlxalq münasibətlər, regionşünaslıq, informasiya texnologiyaları, iqtisadiyyat ixtisasları üzrə lobaratoriyalar fəaliyyət göstərir.

Fakültədə tədris olunan ixtisaslar aşağıdakılardır:

Bakalavriat Magistratura Doktorantura
Beynəlxalq münasibətlər Regionşünaslıq (ABŞ və Kanada) Ekonometriya: iqtisadi statistika
Regionşünaslıq (ABŞ və Kanada) Regionşünaslıq (Avropa ölkələri) Ümumi iqtisadiyyat
Regionşünaslıq (Avropa ölkələri) Beynəlxalq münasibətlər və diplomatiya Sahə iqtisadiyyatı
Regionşünaslıq (Yaxın və Orta Şərq) İqtisadi kibernetika Beynəlxalq münasibətlər
Biznesin idarə edilməsi Turizmin iqtisadiyyatı Siyasi institutlar və sistemlər
Dövlət və bələdiyyə idarəetməsi İqtisadiyyatın hüquqi tənzimlənməsi Siyasi nəzəriyyə
İqtisadiyyat Makroiqtisadi siyasət
Maliyyə Biznesin inzibatçılığı
Marketinq Biznesin idarə edilməsi
Mühasibat Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)
İnformasiya texnologiyaları Biznesin təşkili və idarə edilməsi (audit üzrə)
Sosial iş Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)
Turizm işinin təşkili
Turizm və otelçilik
Kommersiya

Filologiya fakültəsi 2001-ci ildə yaradılmışdır. Fakültə 2012-ci ilə qədər "Filologiya və jurnalistika", "Humanitar və tətbiqi elmlər" adı ilə fəaliyyət göstərmişdir. 2012-ci ildən "Filologiya" fakültəsi adı ilə fəaliyyət göstərir.

Fakültədə ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyəsində kadr hazırlığı aparılır.

Təhsil əyani, qiyabi təhsilalma formaları və dissertantura üzrə həyata keçirilir.

Təhsil əyani, qiyabi təhsilalma formaları və dissertantura üzrə həyata keçirilir.

Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir: "Ümumi filologiya" kafedrası, "Tərcümə" kafedrası, "Xarici dil və ədəbiyyat" kafedrası

Bakalavriat Magistratura Doktorantura
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Azərbaycan dili Dil nəzəriyyəsi
Filologiya (türk dili və ədəbiyyatı) Ədəbiyyatşünaslıq (Avropa ədəbiyyatı) Azərbaycan dili
Filologiya (ingilis dili və ədəbiyyatı) Ədəbiyyatşünaslıq (Türk xalqlarının ədəbiyyatı) German dilləri
Tərcümə (ingilis dili üzrə) Ədəbiyyatşünaslıq (Dünya ədəbiyyatı) Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid
Tərcümə (alman dili üzrə) Azərbaycan ədəbiyyatı Azərbaycan ədəbiyyatı
Tərcümə (fransız dili üzrə) Dilşünaslıq (Ümumi dilçilik) Dünya ədəbiyyatı (ingilis, rus)
Tərcümə (ərəb dili üzrə) Dilşünaslıq (İngilis dili) Folklorşünaslıq
Tərcümə (ingilis dili)

Kafedralar aşağıdakı vəzifələri həyata keçirir:

  • bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
  • cari imtahanların keçirilməsi;
  • dövlət imtahanlarının təşkili və keçirilməsi;
  • təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
  • dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy verilməsi;
  • elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
  • kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
  • respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
  • tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
  • elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
  • tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
  • müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərilməsi;
  • ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi;
  • elmi biliklərin təbliğ edilməsi.

Humanitar fənlər və regionşünaslıq

[redaktə | mənbəni redaktə et]

"Humanitar fənlər və regionşünaslıq" kafedrası Bakı Avrasiya Universitetinin təsis edildiyi ilk vaxtlardan yaradılıb və müxtəlif illərdə fərqli adlar altında fəaliyyət göstərib. 04.07.2011-ci ildə "Regionşünaslıq və humanitar fənlər" kafedrasının bazasının əsasında "Regionşünaslıq və iqtisadiyyat" kafedrası yaradılmış, 26.07.2011-ci il tarixindən "Regionşünaslıq və tətbiqi elmlər" kafedrası adlandırılmışdır. 09.09.2013-cü ildə "Regionşünaslıq və tətbiqi elmlər" kafedrasının bazası əsasında "Regionşünaslıq" kafedrası yaradılmışdır. 03.06.2015-ci il tarixindən "Regionşünaslıq" kafedrası "Humanitar fənlər və regionşünaslıq" kafedrası adlanır. "Regionşünaslıq və iqtisadiyyat" fakültəsinin tərkibinə daxildir.

"Humanitar fənlər və regionşünaslıq" kafedrası Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyəti həyata keçirir, "Regionşünaslıq və iqtisadiyyat" fakültəsinin "Regionşünaslıq (regionlar üzrə)", "Beynəlxalq münasibətlər" və "Sosial iş" ixtisasları üzrə buraxılış kafedrasıdır.

Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ-hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir.

Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada "Siyasi elmlər" elm sahəsi üzrə doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən siyasi elmlərin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.

Kafedrada siyasi elmlərin müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.

Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.

Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.

Kafedranın 40 nəfərə yaxın əməkdaşı var. Kafedraya tarix üzrə fəlsəfə doktoru dosent Aybəniz Vilayət qızı Rüstəmova tərəfindən rəhbərlik edilir.

İqtisadiyyat və idarəetmə

[redaktə | mənbəni redaktə et]

"İqtisadiyyat və idarəetmə" kafedrası rektorun 09.09.2013-cü il tarixli K076–12/51 nömrəli əmri ilə "Riyaziyyat və iqtisadiyyat" kafedrası kimi yaradılmışdır. Strukturunda dəyişikliklərlə əlaqədar 2014/2015-ci tədris ilindən "İqtisadiyyat və riyaziyyat" kafedrası adlandırılmışdır. 2021/2022-ci tədris ilindən etibarən illik dərs yükünün həcminin artması ilə əlaqədar kafedra idarəetməsinin optimallaşdırılması məqsədilə Bakı Avrasiya Universitetinin Elmi Şurasının 24.09.2021-ci il tarixli qərarı (protokol № EŞ01–08/21) əsasında rektorun 27.09.2021-ci il tarixli K135–01/21 nömrəli əmri ilə riyazi, təbiət, texniki fənlər və kompüter, informasiya texnologiyaları ixtisas sahəsinə aid bütün ixtisas fənləri kafedranın tərkibindən çıxarılaraq bu bazada yeni yaradılmış "Riyaziyyat və İKT" kafedrasına verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq kafedranın adı həmin tarixdən dəyişdirilərək "İqtisadiyyat və idarəetmə" kafedrası adlandırılmışdır. "Regionşünaslıq və iqtisadiyyat" fakültəsinin tərkibinə daxildir.

Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, "Regionşünaslıq və iqtisadiyyat" fakültəsinin "İqtisadiyyat", "Maliyyə", "Mühasibat", "Dövlət və bələdiyyə idarəetməsi", "Biznesin idarə edilməsi", "Turizm işinin təşkili","Marketinq", "Kommersiya" ixtisasları üzrə buraxılış kafedrasıdır.

Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ-hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir.

Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada "İqtisad elmləri" elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksəkixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən iqtisad elminin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.

Kafedrada iqtisad elmlərinin problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.

Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.

Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.

Kafedranın 47 nəfərə yaxın əməkdaşı var. Kafedraya iqtisad üzrə fəlsəfə doktoru Aslanova İlhamə Eybulla qızı tərəfindən rəhbərlik edilir.

Riyaziyyat və İKT

[redaktə | mənbəni redaktə et]

 "Riyaziyyat və informasiya-kommunikasiya texnologiyaları (İKT)" kafedrası Bakı Avrasiya Universitetinin Elmi Şurasının 24.09.2021-ci il tarixli qərarı (protokol № EŞ01–08/21) əsasında rektorun 27.09.2021-ci il tarixli K135–01/21 nömrəli əmri ilə yaradılmışdır. "Regionşünaslıq və iqtisadiyyat" fakültəsinin tərkibinə daxildir.

Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, "Regionşünaslıq və iqtisadiyyat" fakültəsinin "İnformasiya texnologiyaları" ixtisası üzrə buraxılış kafedrasıdır.

Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ-hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir. Kafedrada riyazi, təbiət, texniki fənlər və kompüter, informasiya texnologiyaları ixtisas sahəsinə aid bütün ixtisas fənləri tədris olunur.

Kafedrada elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.

Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.

Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.

Kafedranın 16 nəfərə yaxın əməkdaşı var. Kafedraya fizika üzrə fəlsəfə doktoru, dosent Quliyeva Svetlana İbrahim qızı tərəfindən rəhbərlik edilir.

Ümumi filologiya

[redaktə | mənbəni redaktə et]

Kafedra 2001-ci ildə "Humanitar fənlər və jurnalistika" kafedrası adı ilə yaradılmış, 2013-cü ilə qədər "Filologiya və jurnalistika" kafedrası adı ilə fəaliyyət göstərmişdir. 2013-cü ildə "Nəzəri dilçilik" və "Filologiya və jurnalistika" kafedraları bazasında "Türk xalqlarının dili və ədəbiyyatı" bölümü kimi yenidən formalaşdırılmışdır. 03 iyun 2015-ci ildən kafedranın adı dəyişdirilərək "Türk və xarici ölkə filologiyası" adlandırılmışdır. Kafedra 2018-ci ildən "Ümumi filologiya" adı ilə fəaliyyət göstərir.

Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, "Filologiya" fakültəsinin "Filologiya (Azərbaycan dili və ədəbiyyatı; türk dili və ədəbiyyatı) ixtisası üzrə buraxılış kafedrasıdır.

Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ-hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir.

"Filologiya" ixtisasının bakalavriat səviyyəsində təhsil alan tələbələrə müasir Azərbaycan və türk dillərinin bölmələri, ümumi və nəzəri dilçilik fənləri geniş şəkildə öyrədilməklə yanaşı, praktik dil vərdişləri də aşılanır, Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı xronoloji qaydada tədris edilir, tələbələr müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığı ilə tanış edilir, ədəbi əsərlər üzərində sərbəst işlər aparilmaqla fənlər daha dərindən mənimsədilir.

Kafedra professor-müəllim heyəti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində kadr hazırlığı aparılan digər ixtisaslarda "Azərbaycan dili" və "Azərbaycan dili və nitq mədəniyyəti" fənləri tədris olunur.

"Filologiya" ixtisasının magistratura səviyyəsində təhsil alan magistrantlara dil və ədəbiyyatın müxtəlif problemləri ətraflı şəkildə öyrədilir. Eyni zamanda kafedranın professor-müəllim heyəti tərəfindən magistrantlara araşdırma aparmaq, öyrənmək, təhlil və tətbiq etmək, elmi mətn hazırlamaq bacarıqları da aşılanır.

Kafedra fəlsəfə doktoru proqramı üzrə doktoranturada "Filologiya" elm sahəsi üzrə doktorantura və dissertantura yolu ulə yüksəkixtisaslı elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Kafedranın müvafiq elm sahəsi üzrə elmi potensialının rəhbərliyi ilə doktorant və dissertantlar tərəfindən filologiya elminin ən müasir və aktual problemləri üzrə elmi araşdırmalar aparılır, onların fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müəyyənləşdirilmiş dissertasiya mövzuları fundamental və tətbiq elmi tədqiqatları əhatə etməklə kafedranın elmi-tədqiqat işinin planına daxil edilir.

Kafedrada türk və xarici ölkə filologiyasının müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.

Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.

Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir. Bu baxımdan Türkiyənin Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində Universitetdə türk dili və ədəbiyyatı ixtisası üzrə təhsilalanların daha yüksək şəkildə hazırlığını artırmaq məqsədilə hər tədris ilində Türkiyədən müəllimlər dəvət edilir.

Kafedranın 36 nəfər yaxın əməkdaşı var. Kafedranın müdiri filologiya elmləri namizədi Elmira Məmmədova-Kekeç Fikrət qızıdır.

Xarici dil və ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Kafedra rektorun 23.06.2017-ci il tarixli T046–01/21 nömrəli əmri ilə 2017-ci ildə "Xarici dillər" kafedrası kimi yaradılmışdır, 2018-ci ildə struktur dəyişikliklərinə uyğun olaraq "Xarici dil və ədəbiyyat" kafedrası adı ilə fəaliyyət göstərir. Kafedra "Filologiya" fakültəsinin tərkibinə daxildir.

Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, "Filologiya" fakültəsinin "Filologiya (ingilis dili və ədəbiyyatı)" ixtisası üzrə buraxılış kafedrasıdır.

Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ-hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir. Tələbələrə ixtisasın dili müasir interaktiv metodlardan istifadə, qabaqcıl təcrübənin öyrənilməsi və səmərəli şəkildə tətbiqi yolu ilə nəzəri və praktik cəhətdən dərindən öyrədilməklə yanaşı, öyrənilən xarici dildə şifahi və yazılı kommunikasiya bacarıqları aşılanır. Kafedra həmçinin digər ixtisaslarda "Xarici dil", "II xarici dil" fənlərinin tədrisini həyata keçirir.

Kafedrada linqvistikanın müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.

Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.

Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.

Hazırda kafedranın müdiri filologiya elmləri namizədi, dosent Yusifxanova Nərgiz Əli qızıdır. O, kafedra yarandığı vaxtdan kafedreya rəhbərliyi həyata keçirir.

"Tərcümə" kafedrası 2002-ci ildə yaradılmış, müxtəlif illərdə struktur dəyişikliklərinə uyğun olaraq "I Tərcümə (ingilis dili üzrə)", "II Tərcümə (alman, fransız, fars, ərəb, ispan dilləri üzrə)", "Tərcümə, xarici ölkələrin dili və ədəbiyyatı", "Praktik dil və tərcümə", "Tərcümə" kafedrası adı ilə fəaliyyət göstərmişdir. Kafedra "Filologiya" fakültəsinin tərkibinə daxildir.

Kafedra Bakı Avrasiya Universitetinin əsas tədris-elmi struktur vahidi olmaqla tədris, tədris-metodiki, təşkilati-metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir, "Filologiya" fakültəsinin "Tərcümə (ingilis, alman, fransız, ərəb dili)" ixtisası üzrə buraxılış kafedrasıdır. Kafedra respublikamızda ilk dəfə olaraq "Sinxron tərcümə" ixtisası üzrə kadr hazırlığını təmin etmiş və həmin ixtisas üzrə son buraxılış 2010/2011-ci tədris ilində olmuşdur.

Kafedra öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, diğər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativ-hüquqi aktlar, Universitetin Nizamnaməsi, Universitet Elmi Şurasının qərarı və rektorun əmr və sərəncamları əsasında qurur.

Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir. Tələbələrə ixtisasın dili müasir interaktiv metodlardan istifadə, qabaqcıl təcrübənin öyrənilməsi və səmərəli şəkildə tətbiqi yolu ilə nəzəri və praktik cəhətdən dərindən öyrədilməklə yanaşı, müasir əmək bazarının tələblərinə uyğun olaraq peşəkar tərcüməçi vərdişləri, ixtisası üzrə öyrəndiyi xarici dildə şifahi və yazılı kommunikasiya bacarıqları aşılanır. Kafedra tələbələrin peşəkar tərcüməçi kimi formalaşması işinə respublikada müvafiq sahə üzrə fəaliyyət göstərən işəgötürənləri, həmçinin müxtəlif tərcümə mərkəzlərini cəlb etməklə tədris prosesinin səmərəliliyinin artırılmasına nail olmuş və kadr hazırlığında uğurlu nəticələr əldə etmişdir.

Kafedrada linqvistikanın və tərcüməşünaslığın müxtəlif problemləri üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik, proqram və müxtəlif tədris vəsaitlərinin hazırlanması istiqamətində də işlər görülür. Eyni zamanda elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkili, tələbələrin tədqiqat işlərinə cəlb edilməsi əsas istiqamətlərdəndir.

Kafedranın professor-müəllim heyəti beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda mütəmadi olaraq təmsil olunurlar.

Kafedrada beynəlxalq əlaqələr istiqamətində mühüm işlər görülür. Universitetin müxtəlif xarici ölkə ali təhsil müəssisələri ilə bağladığı beynəlxalq əməkdaşlıq proqramlarından müəllim və tələbə heyəti səmərəli istifadə edir.

"I Tərcümə (ingilis dili üzrə)" kafedrasının ilk kafedra müdiri Orucov Rafiq Məmmədqulu oğlu, "II Tərcümə (alman, fransız, fars, ərəb, ispan dilləri üzrə)" kafedrasının ilk kafedra müdiri Rəhimov Həsən Piri oğlu olmuşdur.

Hazırda kafedranın müdiri filologiya elmləri namizədi, dosent Rzayeva Sevda Ramiz qızıdır.

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

"ERASMUS +" elm və təhsil, treyninqlər, idman kimi sahələrin gənclər arasında populyarlaşmasına dəstək olan bir proqramdır. 14,7 milyard avro büdcəyə malik proqram 4 milyondan çox avropalıya təhsil almaq, təcrübə əldə etmək və könüllülük mexanizmini mənimsəmək istiqamətində yardım edir. Proqram bütün fərdlər və təşkilatlar üçün açıqdır.

Bakı Avrasiya Universiteti "Erasmus+" KA1 (akademik mobillik) proqramı çərçivəsində aşağıdakı universitetlər ilə müqavilələr imzalamışdır:

"Mövlana Mübadilə Proqramı" Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən proqramdır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür. Proqramın məqsədi universitetlər arasında müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verməkdir.

Bakı Avrasiya Universiteti "Mövlana Mübadilə Proqramı" çərçivəsində Türkiyənin aşağıdakı universitetləri ilə müqavilələr imzalamışdır:

  • Akdeniz Universiteti
  • Artvin Coruh Universiteti
  • Bayburt Universiteti
  • Beykent Universiteti
  • Bitlis Eren Universiteti
  • Bozok Universiteti
  • Çankaya Universiteti
  • Cümhuriyyət Universiteti
  • Düzce Universiteti
  • Erzincan Universiteti
  • Fırat Universiteti
  • Giresun Universiteti
  • Kafkaz Universiteti
  • Karabuk Universiteti
  • Kastamonu Universiteti
  • Kilis 7 Aralık Universiteti
  • Muş Alp Arslan Universiteti
  • Nevşehir Universiteti
  • Niğde Ömer Halisdemir Universiteti
  • Ordu Universiteti
  • Selcuk Universiteti
  • Siirt Universiteti
  • Uşak Universiteti

İkili diplom proqramı

[redaktə | mənbəni redaktə et]

Bakı Avrasiya Universiteti İtaliyanın Genuya Universiteti ilə ali təhsilin magistratura səviyyəsində Turizmin iqtisadiyyatı ixtisası üzrə ikili diplom proqramını həyata keçirir.

Qəbu şərtləri "Turizmin iqtisadiyyatı" ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi olmaq və B2 səviyyəsində ingilis dili biliyi. Xaricdə təhsil müddəti 1 semestrdir. Tədris dili ingiliscədir.

İkili diplom proqramı çərçivəsində təhsil alan magistrantlar 3 semestr BAAU-da, 1 semestr isə Genuya Universitetində təhsil alacaqlar. Təhsilini uğurla bitirən magistrantlara hər iki universitetin diplomları təqdim olunacaqdır.

Tələbə təşkilatları

[redaktə | mənbəni redaktə et]

Tələbə Gənclər Təşkilatı

[redaktə | mənbəni redaktə et]

Bakı Avrasiya Universitetində Tələbə Gənclər Təşkilatı 2007-ci ildən fəaliyyət göstərir. Tələbə Gənclər Təşkilatı təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədilə təsis edilib. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Təşkilat ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan müstəqil tələbə-gənclər təşkilatıdır.

Təşkilatın fəaliyyətində əsas məqsəd dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

TGT-nin əsas vəzifələri:

  • tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • tələbələrin hüquqlarının təmin edilməsi;
  • respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  • tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədilə qəzet və dərgilərin nəşr olunması;
  • tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün — dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
  • tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
  • təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;

TGT-yə üzvlük, üzvlərin hüquq və vəzifələri:

  • Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri təhsil aldıqları müəssisələr üzrə təşkilata üzv ola bilərlər;
  • Təşkilata üzvlük könüllü xarakter daşıyır;
  • Təşkilata üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyata keçirilir;
  • Təşkilatın üzvləri bərabər hüquqludurlar;
  • Təşkilatda bir neçə departament və klublar fəaliyyət göstərir: Elm və təhsil departamenti, BMT Modeli klubu, Şahmat klubu, Əyləncə klubu, İdman klubu, İncəsənət klubu, Mədəniyyət və vətənpərvərlik klubu, İntellektual oyunlar klubu.

Tələbə Elmi Cəmiyyəti

[redaktə | mənbəni redaktə et]

TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosialiqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.

TEC-in vəzifələri:

  • Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
  • Elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
  • Tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
  • Tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
  • Tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
  • İstedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
  • Elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
  • Digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə (bundan sonra –TETİ) tətbiq edilməsi;
  • Müxtəlif səviyyəli tədbirlərin — elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
  • Tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
  • İnnovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
  • Tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
  • Ali məktəbdaxili və ali məktəbdənkənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.

Bakı Avrasiya Universiteti 2022-ci ildə 5 mərtəbəli qızlar yataqxanasını tələbələrin ixtiyarına verib. "Tələbə dünyası" adlı yataqxana 2, 4 və 6 nəfər üçün dizayn olunub; yataq və yataq dəsti; yazı masası və stulu; şəxsi əşyalarının yığılması üçün dolablar; mərkəzləşmiş istilik sistemi, kondisoner; TV və yüksəksürətli internet; tələbə yeməkxanası; otaqlarda hamam və sanitar qovşağı; oxu zalları; camaşırxana; 24 saat isti və soyuq su; 24/7 təhlükəsizlik xidməti ilə təmin olunub.

  • Nazim Ziyad oğlu Hüseynli (f.e.d.) — Rektor, Elmi Şuranın sədri
  • Nigar Nazim qızı Hüseynova (fil.ü.f.d., dos.) — Tədris işləri üzrə prorektor, Elmi Şuranın sədr müavini
  • Günel Musaməddin qızı Şıxaliyeva — Elmi katib
  • Gülzar İsaxan qızı İbrahimova (s.e.ü.e.d., prof.) — Elmi işlər üzrə prorektor
  • Səyavuş Kamran oğlu Qasımov (s.e.ü.f.d.) — Beynəlxalq əlaqələr üzrə prorektor
  • Günhan Nazim oğlu Hüseynli — Ümumi işlər üzrə prorektor
  • Nərgiz Surxay qızı Həsənova — Rektorun müşaviri — İcra Aparatının rəhbəri
  • Rəşad Kamil oğlu Alıyev — Beynəlxalq əlaqələr departamentinin rəhbəri
  • Mənsim Zeynalabdin oğlu Məmmədov — (fiz.riy.e.n., dos.) — Tədrisin təşkili departamentinin rəhbəri
  • Mesed Musa qızı Toholiyeva — Baş mühasib
  • Salman Səfəralı oğlu Süleymanov (fil.e.n., dos.) — "Filologiya" fakültəsinin dekanı
  • Mütəllim Qara oğlu Rəhimov (f.e.n., dos.) — "Regionşünaslıq və iqtisadiyyat" fakültəsinin dekanı
  • Elmira Fikrət qızı Məmmədova (fil.e.n., dos.) — "Ümumi filologiya" kafedrasının müdiri
  • Sevda Ramiz qızı Rzayeva (fil.e.n., dos.) — "Tərcümə" kafedrasının müdiri
  • Nərgiz Əli qızı Yusifxanova (fil.e.n.) — "Xarici dil və ədəbiyyat" kafedrasının müdiri
  • Aybəniz Vilayət qızı Rüstəmova (t.ü.f.d.) — "Humanitar fənlər və regionşünaslıq" kafedrasının müdiri
  • Quliyeva Svetlana İbrahim qızı (fiz.ü.f.d) — "Riyaziyyat və İKT" kafedrasının müdiri
  • Aslanova İlhamə Eybulla qızı (i.ü.f.d.) — "İqtisadiyyat və idarəetmə" kafedrasının müdiri
  • Cəfərova Sima İslam qızı — Kitabxana və informasiya mərkəzinin müdiri
  • Tahirzadə Ədalət Şərif oğlu (fil.e.n., dos.) — "Ümumi filologiya" kafedrasının professoru
  • Cəfərli Məmməd Şəmsəddin oğlu (t.e.n., dos.) — "Humanitar fənlər və regionşünaslıq" kafedrasının professoru
  • İsmayılova Jalə Musa qızı (t.ü.f.d.) — "Humanitar fənlər və regionşünaslıq" kafedrasının baş müəllimi
  • Məmmədova Aygün Allahşükür qızı (t.ü.f.d.) — "Humanitar fənlər və regionşünaslıq" kafedrasının müəllimi
  • Cəlil Fərəh Cabbar qızı (fil.ü.e.d., dos.) — "Ümumi filologiya" kafedrasının professoru
  • Altaylı Seyfəddin Əli oğlu (fil.ü.f.d.) — "Ümumi filologiya" kafedrasının dosenti
  • Əliquliyeva Lalə Həsaməddin qızı (fil.e.n., dos.) — "Tərcümə" kafedrasının dosenti
  • Əliyeva Rəfiqə Həmid qızı — "Tərcümə" kafedrasının baş müəllimi
  • Məhəmmədli Kamil İsmayıl oğlu — Rektorluğun mütəxəssisi (təşkilati məsələlər üzrə)
  • Talıbova Esmira Şirin qızı — Keyfiyyət idarəetmə sistemi üzrə mütəxəssis
  • Əliyev Şəfahət Müzəffər oğlu — Universitet Həmkarlar Təşkilatının sədri
  • Rəsulzadə Zəhra Şaban qızı — Tələbə Elmi Cəmiyyətinin sədri
  • Əzizova Fidan Samir qızı — Tələbə Gənclər Təşkilatının sədri
  • Allahverdili Ləman Feyruz qızı — Tələbə Həmkarlar Təşkilatının sədri
  1. "Bu universitetə yeni rektor təyin olundu". Axar.Az (az.). 2024-09-30. 2024-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]