Eucalyptus camaldulensis

Dimdikvari evkalipt (lat. Eucalyptus camaldulensis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Dimdikvari evkalipt
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Eucalyptus camaldulensis Dehnh.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Avstraliyada bitir. Aralıq dənizyanı ölkələrdə, tropik, subtropik və cənub-mülayim rayonlarda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 70 m-ə çatan iri gövdəli, həmişəyaşıl ağacdır. Vətənində hündürlüyü 100 m-ə qədər olur. Budaqları uzunsov, qabığı hamar, narıncı və ya çəhrayı-ağ, pulcuqları çatlayan, töküləndir. Cavan yarpaqları üzbəüz, göyümtül, ürəkvari, yumru və ya ellipsvari, uzunluğu 6-9 sm və eni 2,5-4 sm, oturaq və ya qısa saplaqlarda yerləşir. Orta yarpaqlar növbəli düzülüşlü, ellipsvari və ya uzunsov, yaşıl və ya göyümtül hissəlidir. İri yarpaqları növbəli düzülüşlü, ensiz və ya enli-neştərvari, saplaqlı, uzunluğu 12-22 sm, eni 8–15 mm, nazik, yaşıl, əsas damarlanması aydın görünür. Çiçəkləri 5-10 ədəd olmaqla çətirvari çıçək qrupunda, qoltuqda, üç rəngli, uzunluğu 3–8 mm olan ayaqcıqlarda yerləşir. Çiçək yatağının borucuğu uzanmış və ya təxminən qabşəkilli; tozluqları uzunsov və ya yumru, məsamələrlə açılır, şarşəkilli, iri vəziciklidir. İyun-avqust aylarında çiçəkləyir. Meyvələri təxminən oturaq, şarşəkilli və ya zəngvari, bəzən yumurtavari-kəsik, uzunluğu 7–8 mm, diametri 5–6 mm-dir.

Təbiətdə subalp zolağında, ağır, nəmişli, bəzən müvəqqəti bataqlaşmış torpaqlarda bitir, soyuğa qismən davamlı növdür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda və Cənubi Qafqazın qərbində, Zaqatala, Lənkəran, Astara və digər subtropik zonalarda, eləcə də Bakıda yaşıllaşdırmada geniş istifadə edilir.

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür, tərkibində efir yağı vardır.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.