Filmin işsiz qəhrəmanı (Rasim Cəfərov) Novruz bayramı ərəfəsində dostundan satmaq üçün 1000 ədəd səməni sifarişi alır. Qəhrəman sifarişi öz evində yerinə yetirir və xanım qəhrəmanla (Təranə Əliyeva) sevgi münasibətləri inkişaf etdikcə buğdalar da cücərməyə başlayır. Köhnə ata evi birdən-birə səmənilərlə dolu məkana çevrilir. Oğlanla qızın münasibətləri də bu səmənilərin fonunda inkişaf edir.
Ev | |
---|---|
Fayl:Ev (film, 2007).jpg | |
Janr | dram |
Rejissor | Asif Rüstəmov |
Ssenari müəllifləri |
Ramiz Fətəliyev Asif Rüstəmov |
Baş rollarda |
Rasim Cəfərov Təranə Əliyeva |
Operator | Adil Abbas |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssamlar |
Rafiq Nəsirov Rafiz İsmayılov |
İstehsalçılar |
Dərviş Prodüser Mərkəzi Butafilm |
İlk baxış tarixi | 2 avqust 2007 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 33 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2007 |
Rəng | rəngli |
Film yeni və köhnə dəyərlərin, idealist və praqmatik təfəkkürün ziddiyyətlərindən bəhs edir. Göydələnlərin mühasirəsinə düşmüş yeganə köhnə evin sahibi — filmin qəhrəmanı dilemma qarşısında qalıb. O, ya öz evini satmalıdır, ya da ata evini qoruyaraq ehtiyac içində yaşamalıdır. Filmdə ev bazar dəyərlərinə müxalif olan bəşəri-mənəvi dəyərlərin simvolu kimi götürülüb.
Filmin layihəsi 2006-cı ildə "Yeni əsr. Yeni Gənclər. Yeni baxış" layihə müsabiqəsinin 3 qalibindən biri olmuşdur.
Çəkilişlər Bakıda aparılıb, 11 günə yekunlaşmışdır.
Filmin texniki təchizatı Butafilm kinoşirkətinə aiddir.
Film fransız telekanalı "Kanal+" tərəfindən alınıb və sözügedən kanalda iki il yayımlanacaq.
Dövlət filmə 30 min manat pul ayırmışdır.